Cümə günü, 13 noyabr 2026
     

“Ermənistan Xocalı soyqırımına görə məsuliyyətini etiraf etməli və faciə qurbanlarından üzr istəməlidir” - Azərbaycanın İtaliyadakı səfiri

Image


İtaliyanın nüfuzlu “il Giornale” qəzetində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı məqaləsi dərc olunub.

Məqalədə qeyd olunur ki, hər il 30 il bundan əvvəl fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş faciənin anılması zamanı Azərbaycanda bütün həyat sanki dayanır, təkcə o faciəni canlı olaraq yaşayanlar deyil, həm də daha sonra dünyaya gələn hər bir azərbaycanlı həmin anım gününü dərin hüznlə yaşayır və bütün azərbaycanlıları baş verənləri unutmamağa, həqiqətləri danışmağa və ədalətə ümid etməyə olan ehtiyac birləşdirir.

Diplomat həmin uzun və dəhşətli gecədə Ermənistan silahlı qüvvələrinin, keçmiş SSRİ-nin 366-cı moto-atıcı alayının köməyi ilə Xocalı şəhərini mühasirəyə alaraq işğal etdiyini və dinc əhaliyə qarşı bəşəriyyətin indiyədək gördüyü ən böyük vəhşiliklərdən birini törətdiyini bildirərək faciənin acı nəticələri haqqında məlumat verib və Xocalıda mülki əhalinin qəsdən qətlə yetirilməsinin tək və ya təsadüfi bir akt deyil, Ermənistanın nifrət, irqi və etnik ayrı-seçkilik ideyalarına əsaslanan geniş yayılmış və sistemli vəhşilik siyasətinin və praktikasının bir hissəsini təşkil etdiyini, Xocalıda qətlə yetirilənlərin yeganə “günah”ının isə məhz azərbaycanlı olmaları olduğunu vurğulayıb.

Xocalıda baş verənlərin Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinin təcəssümü olmaqla yanaşı, münaqişə zamanı Ermənistan hərbi qüvvələrinin azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi vəhşiliyin ən yüksək nöqtəsi olduğunu bildirən M.Əhmədzadə sözlərinə belə davam edib: “Ermənistanın Xocalıya hücumunda əsas məqsədi təkcə bu şəhəri işğal etmək deyil, həm də Azərbaycanın Qarabağ bölgəsində və ətraf ərazilərində yaşayan azərbaycanlıların gözlərində dəhşət yaratmaq idi. Ermənistan Xocalıda qanlı qırğın törətməklə Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başlamış, ölkəmizin ərazisinin 20%-ni hərbi yolla işğal etmiş, bir milyondan artıq azərbaycanlıya münasibətdə etnik təmizləmə həyata keçirmiş, onları öz yurd-yuvalarından zorla qovmuş, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur etmişdir. İşğal zamanı ümumilikdə 30 min insan həlak olmuş, 50 mindən çox insan yaralanmış və ya əlil olmuşdur, 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyi hələ də naməlum olaraq qalmaqdadır.”

Diplomat məqaləsində 2020-ci ildə İkinci Qarabağ Müharibəsi zamanı da Ermənistan tərəfindən qəsdən mülki azərbaycanlı əhaliyə qarşı həyata keçirilmiş ağır cinayətlərdən bəhs edib, istər 1992-ci il Xocalı soyqırımı, istərsə də 2020-ci ildə dinc azərbaycanlı əhalinin bombalanmasının Ermənistan hakimiyyətinin mülki azərbaycanlılara qarşı düşünülmüş siyasətinin və sistemli zorakılıq aktlarının bariz sübutu olduğunu bildirib.

Məqaləsində Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi və siyasi qiymət verilməsi istiqamətində aparılan işlərə diqqət çəkən diplomat bildirib: “Artıq uzun illərdir ki, Xocalı hadisələrinin xatirəsinin anılması ölkəmizin hüdudlarını aşmışdır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması üçün başlanılmış “Xocalıya ədalət!” kampaniyası faciə ilə bağlı dəhşətli faktların, Xocalı həqiqətlərinin milyonlarla insana çatdırılmasında həlledici rol oynamışdır. “Xocalıya ədalət!” kampaniyası nəticəsində bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsi kəskin şəkildə pislənilmiş və soyqırımı cinayəti kimi tanınmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il aprelin 22-də Xocalıda mülki azərbaycanlıların qətlə yetirilməsinin “müharibə cinayəti və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan xüsusilə ağır hərəkətlər” olduğu barədə qərar çıxarmışdır.”

M.Əhmədzadə məqaləsinə İtaliyada “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülmüş işlər barədə məlumat verərək davam edir: “Azərbaycanla dost və həmrəy olan İtaliyada son illər ərzində bu kampaniya çərçivəsində Xocalıda baş verənlər barədə həqiqətlərin yayılması məqsədilə çoxsaylı tədbirlər keçirilib. Bu xüsusda, Лейла Ялийеваnın ideya müəllifi olduğu “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabındakı hekayələr əsasında “10 hekayə. Bunlar həqiqət ola bilərdi...” adlı italyan aktyorlar və musiqiçilərin iştirakı ilə ədəbi-musiqili tamaşa, litvalı müharibə jurnalisti Rikardas Lapaitisin xatirələri əsasında çəkilmiş “Sonsuz dəhliz” sənədli film bir neçə dəfə nümayiş etdirilib, 2018-ci ildə Senatın Kitabxanasında Arye Qut və Əmir Qutun həmmüəllifi olduqları “Ağrı” kitabının və 2019-cu ildə Deputatlar Palatasında Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayevanın iştirakı ilə Barbara Kassaninin müəllifi olduğu və bu faciədən bəhs edən “Bakıda taksi sürücüsü” kitabının təqdimatı keçirilib. Bununla yanaşı, kampaniya çərçivəsində, həmçinin akademik qurumlar və qeyri-hökumət təşkilatları tərəfindən çoxsaylı seminarlar, konfranslar, İtaliyadakı Azərbaycan icması təşkilatları, tələbələrimiz və italyan dostlarımızın təşəbbüsü ilə İtaliyanın müxtəlif şəhərlərinin əsas meydanlarında aksiyalar və nümayişlər də keçirilib. Fürsətdən istifadə edərək, bu kampaniyaya dəstək verən, Xocalıda törədilmiş cinayətləri pisləyən və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən hər kəsə, o cümlədən çoxsaylı italyan parlamentarilərə, akademik və mədəniyyət çevrələrinin nümayəndələrinə, jurnalistlərə dərin təşəkkürümü bildirirəm”.

Diplomat cari ildə də Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə İtaliyada bir sıra tədbirlərin keçiriləcəyini, bu xüsusda, Romada Arye Qut və Amir Qutun həmmüəllifləri olduqları kitabdan ilhamlanan italyan yazıçı Klaudia Di Domenikonun ssenari müəllifi olduğu “Ağrı” adlı ədəbi-musiqili tamaşanın nümayiş olunacağını bildirib. Bu il həm də Xocalı soyqırımının tanınması ilə bağlı irəli sürülən “Tanınma yolu ilə barışıq: sülh quruculuğu və keçid ədaləti” təşəbbüsü ilə bağlı İtaliyada tədbirin keçiriləcəyini deyən diplomat bu təşəbbüs barədə də məlumat verib. Diplomat bölgədə real barışıq və münasibətlərin normallaşması üçün 30 ildir inkar siyasəti yürüdən Ermənistanın Xocalı faciəsinə görə öz məsuliyyətini etiraf etməsinin və faciə qurbanlarından üzr istəməsinin vacib olduğunu qeyd edib. Bütün bunların istər tarixi nümunələr, istər Ermənistanın keçmişi ilə hesablaşması, istərsə də regionda dayanıqlı sülhün bərqərar olması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

M.Əhmədzadə məqaləsini bu fikirlərlə tamamlayıb: “Bu dəhşətli faciənin 30-cu ildönümü günündə Xocalıya ədalət deyə çağıran səsin daha da ucalmasının vaxtı çatıb. XX əsrin sonlarında bütün sivil bəşəriyyətin gözü önündə Xocalıda törədilən vəhşiliklərə biganəlik, yüzlərlə dinc insanın qətlə yetirilməsinin cəzasız qalması yeni faciələrə yol aça bilər. Biz bütün beynəlxalq ictimaiyyətin Xocalıda baş verənlərə ədalətli və obyektiv hüquqi-siyasi qiymət verməsini və bəşər tarixinin ən qaranlıq səhifələrindən biri olan bu qətliamı soyqırımı kimi tanımasını gözləyirik. Bütün bunlar Xocalı qurbanlarının anılması və bu faciəyə münasibətdə ədalətin bərqərar olması üçün vacibdir.”



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ