Cümə günü, 13 noyabr 2026
     

I Qarabağ və Vətən müharibələri - məgər I Qarabağ Vətən uğrunda müharibə deyildimi...

Image


Tarixşünaslıq üçün mühüm məsələlərdən biri hərbi münaqişələrin nəticələrinin necə qiymətləndirilməsi, gələcək nəsillərin yaddaşında müharibə dövrlərinin necə adlandırılmasıdır. 

Xalq olaraq ərazi bütövlüyümüz uğrunda iki müharibə dövrünü yaşamışıq. 1988-1994-cü illərdə baş vermiş hərbi münaqişə həm Sovet, həm də Müstəqillik dövrünü əhatə edib. Bu mərhələdə hərbi münaqişə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Qarabağ müharibəsi adlandırılıb. 

2020-ci ilin 27 sentyabr - 9 noyabr tarixlərində baş vermiş hərbi münaqişədən sonra əvvəlki müharibə ilə bağlı Birinci Qarabağ müharibəsi ifadəsi işlədilir. Ancaq bu ad rəsmiləşməyib. 2020-ci ilin 27 sentyabr - 9 noyabr tarixlərindəki müharibəyə rəsmən Vətən müharibəsi adı verilib. Bununla əlaqədar fəxri ad, orden və medallar təsis olunub. 

Beləliklə, yaşadığımız iki müharibə dövrünün adlarının uzlaşdırılmasına ehtiyac yaranıb. Hansı qaydada adlandırma daha düzgündür? Bununla bağlı cəmiyyətdə vahid yanaşma formalaşmalıdır. 

Vətən müharibəsi adı hər iki hərbi münaqişəyə aid edilə bilərmi? Birinci Vətən müharibəsi və İkinci Vətən müharibəsi ifadəsi məqbuldurmu? 2016-cı ilin Aprel döyüşləri də nəzərə alınaraq bu müharibənin ayrı-ayrı mərhələlərinə bütöv yanaşma meyarı müzakirə mövzusudur. Hazırda Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi, Birinci Qarabağ müharibəsi və İkinci Qarabağ müharibəsi ifadələri yazılır, deyilir. Belə müxtəlif formada adlandırma müəyyən ziddiyyət yaradır. Bir sözlə, Birinci və İkinci Qarabağ müharibələrinə vahid adın, statusun verilməsi aktuallaşıb.

  • Tərlan Eyvazov: “Birinci Qarabağ müharibəsi də, İkinci Qarabağ müharibəsi də Vətən müharibəsidir”

Tanınmış hərbi ekspert Tərlan Eyvazov bizimlə söhbətində bildirdi ki, bu məsələ olduqca aktualdır: “Biz bunu dəfələrlə demişik. Birinci Qarabağ müharibəsi də, İkinci Qarabağ müharibəsi də Vətən müharibəsidir. Bu müharibə 1980-ci illərin sonlarından Ermənistanın təcavüzü nəticəsində başalayıb. 1989-cü, 90-cı illərdə başlayıb və sonra daha böyük fazaya keçib. Bir müddət aşətkəs elan olunsa da, hər gün, demək olar ki, Ermənistan tərəfindən bu atəşkəs pozulub. Dəfələrlə demişəm, yenə də vurğulamaq istəyirəm ki, bu ümumilikdə 30 il çəkən Vətən müharibəsdir. Ermənistan və Azərbaycan arasında baş verən bu müharibəyə “etnik münaqişə” və sair də deyirlər. Amma bu boş söhbətdir. Bu müharibə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasına görə başlayıb və bu ölkə Azərbaycan torpaqlarına təcavüz edib. Ermənistanın təcavüzünə qarşı Azərbaycanın apardığı hər iki müharibə Vətən müharibəsi adlandırılmalıdır. Ona görə, istər Birinci Qarabağ müharibəsi, istərsə də İkinci Qarabağ müharibəsi adlanan müharibədə iştirak edənlər, döyüşənlər hamısı Vətən müharibəsi iştirakçıları sayılmalıdır. Hər iki müharibə Vətən müharibəsidir. Mənim fikrim belədir”. 

  • Akif Nağı: “Hər iki müharibənin Vətən müharibəsi adlandırılması daha doğrudur”

QAT sədri Akif Nağı da hesab edir ki, o vaxt Qarabağ müharibəsi ifadəsi kortəbii olaraq işlədilməyə başladı, reallığı da əks etdirirdi, çünki bütün proseslər Qarabağın ətrafında baş verirdi. “Ona görə də, müharibənin Qarabağ müharibəsi adlandırılmasını da başa düşmək olar. Amma hər iki müharibənin Vətən müharibəsi adlandırılması daha doğrudur. On illər bundan əvvəl də Vətən müharibısi ifadəsi işlədilirdi. Biz də birinci müharibənin Vətən müharibəsi adlandırılmasını təklif etmişdik. İndiki şəraitdə hesab edirəm ki, Birinci və İkinci Vətən müharibəsi, yaxud Birinci və İkinci Qarabağ müharibəsi yox, bütövlükdə Vətən müharibəsi ifadəsi işlənilməlidir. Vətən müharibəsinin birinci və ikinci mərhələsi deyilməlidir. Bu daha doğrudur. Bu rəsmi qaydada dərsliklərə salınmaqla, KİV-də istifadə olunmaqla ictimai rəyə yeridilməlidir. Vətən müharibəsinin birinci və ikinci mərhələsi ifadəsi ən doğru variantdır. Bu həm reallığı əks etdirir, həm Azərbaycanın daxilində ictimai rəyin formalaşdırılmasına xidmət edəcək ki, hər ikisi Vətən müharibəsidir. Vətən uğrunda insanlar şəhid oldular. Bunun millətin birləşməsinə, ictimai rəyin bir araya gəlməsinə, ictimai rəyin mərkəzləşməsinə, vətənpərvərlik ruhunun yüksəldilməsinə, gənclərin arasında müəyyən hərbi-hazırlıq işinin aparılmasına böyük təsiri ola bilər. Vətən müharibəsi ifadəsi çox vacibdir, burada vətən anlayışı qabardılır. Biz son prosesləri izləyirik ki, Azərbaycanın hər yerində Vətən sözü daha çox işlədilir. Vətən kitabı, Vətən mahnısı...Hər şeyin mərkəzində Vətən dayanır. Bir dəfə müzakirədə dedim ki, Vətən müharibəsinin ikinci mərhələsinin qəhrəmanlarından biri Xudayar Yusifzadənin oxuduğu təsnif Vətən təsnifi, mahnısı adlandırılsın”.

A.Nağı dedi ki, Qarabağ müharibəsi deyəndə qeyri-müəyyənlik olur və guya Azərbaycanla Ermənistan arasında mübahisəli bir ərazidən söhbət getdiyi anlaşılır, yəni belə təsir bağışlayır. “Vətən müharibəsi ifadəsini beynəlxalq ictimai rəyə də yeritsək, istər-istəməz düşünəcəklər ki, Azərbaycan bu müharibəyə vətən müharibəsi deyir. Vətən müharibəsi də o deməkdir ki, Azərbaycan xalqı öz vətənin qorumaq, işğal faktını aradan qaldırmaq üçün müharibə aparıb. Yəni bu Azərbaycan üçün Vətən müharibədir, Vətənin müdafiəsi və azad olunması müharibəsdir. Hesab edirəm ki, bu vacib məsələyə bu mövqedən yanaşılmalıdır. Bu məsələ həm daxili, həm də xarici amillər baxımından öz həllini tapmalıdır. Bu rəsmi qaydada bu işə yanaşılarsa daha tez nəticəsi olar. Amma ictimai səviyyədə də istər ictimai təşklatlar, istər siyasi partiyalar, istər KİV-lər olsun bu terminin Vətən müharibəsi olaraq işlədilməsinə çalışmalıdır. Bu işdə fəal olmalıdır” - deyə A.Nağı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ