Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan-rus müttəfiqliyi 100 il əvvəlin müqaviləsini təhrif etməklə başladı... Pis başlanğıcdır...

Image


“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur”.

Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya XİN-in sosial şəbəkə səhifəsində Türkmənçay Müqaviləsinə dair təhrif olunmuş paylaşımla bağlı şərhində qeyd olunub. “Vurğulamaq istərdik ki, sözügedən müqavilədə, ümumiyyətlə, “Şərqi Ermənistan” sözünə istinad edilmir və əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi Sənədlər Departamentinə yaxşı bəlli olmalıdır.

Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yanlış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik”- Azərbaycan XİN-in şərhdə bildirilib.

Qeyd edək ki, uzun illərdir Rusiyanın bəzi tarixçiləri bu məsələ ətrafında manipulyasiya edir və hətta Türkmənçay müqaviləsi uzun illər Rusiyanın ali və orta məktəblərində təhrif edilərək tədris edilir. Bu yaxınlarda Rusiya Təhsil Nazirliyi bu yanlışlığı orta məktəblərin 9-cu sinif tarix dərsliyində düzəldib “Şərqi Ermənistanı” Naxçıvan və İrəvan xanlığı sözü ilə əvəz etsə də, Rusiya XİN hələ də yanlışı davam etdirir.

  • “Azərbaycan və Rusiya arasında müttəfiqlik bəyannaməsinin imzalanması, görünür, Rusiya XİN-dəki ermənipərəst qüvvələri ciddi narahat edib”

AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, iki ölkə arasında əməkdaşlıq bəyannaməsinin imzalandığı gün Rusiya XİN-in Türkmənçay müqaviləsi ilə bağlı yanlışlığa yol verməsi qəbuledilməzdir. Q.Hacıyevin sözlərinə görə, bir qrup Rusiya tarixçisi Türkmənçayın əsl mahiyyətini gizlətməklə, onun bəndlərini saxtalaşdırmaqla məşğul olub və sözügedən ölkənin Xarici İşlər Nazirliyi də uzun illərdir bunun təsirindən çıxa bilmir. Rus tarixçilərinin saxtakarlıq edərək erməniləri o müqaviləyə bənd etmək, bağlamaq niyyətləri də, Rusiya XİN-in məqsədləri də aydındır. Q.Hacıyevin fikrincə, bu siyasət uzun illərdir aparılsa da, sonda iflasa uğrayacağı şübhə doğurmur: “Ümumiyyətlə, Rusiya hər zaman Türkmənçay müqaviləsinin təqdimatı məsələsində yanlış mövqe tutub. Mən Rusiyanın Minsk Qrupundakı sabiq təmsilçisi Vladimir Kazimirov haqqında kitab yazanda qeyd etmişdim ki, Rus imperiya başçıları Pyotrdan bugünə qədər Azərbaycan dövlətinə, dövlətçiliyinə heç vaxt hörmətlə yanaşmayıb, sən də onların nəvələrindənsən, səndən də bir ləyaqət gözləmirik, amma heç olmasa aranı qarışdırma. Mən o vaxt elə bu cür də yazmışdım.   

Sovetlər dövründə ermənilər həmrəyliklərindən, rəsmi Moskvanın onların tərəfini saxlamasından, ikiüzlü siyasət aparmasından istifadə edərək İrəvanda və Moskvada Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrinin yubileyini keçirirdilər. Utanıb-çəkinmədən bu müqavilələrə məclislər, iclaslar həsr edirdilər. Yadıma gəlir ki, Türkmənçay müqaviləsinin yubileylərini keçiridilər. Azərbaycan SSR-in qondarma, saxta məsələlərə səsi ona görə çıxmırdı ki, buna rəsmi Moskva imkan vermirdi. Amma indi müstəqil dövlətik, tarixi, siyasəti mükəmməl bilən dövlət başçımız var. O hər şeyi yaxşı bilir. Hətta İrəvanın tarixinin saxtalaşdırılmasını da çox yaxşı bilir. Rusiya XİN-in Türkmənçay müqaviləsini təhrif etməsinə də rəsmən cavab verilib. Erməni və rus tarixçiləri əvvəlki dövrdə fürsətdən istifadə edərək öz məqalələrində, kitablarında Türkmənçay müqaviləsini təhrif etdilər, müqavilədə guya ermənilərin adının çəkildiyini, “Şərqi Ermənistan”dan bəhs edildiyini qeyd etdilər. Əlbəttə, bütün bunların bir adı var - saxtakarlıq. Amma təbii ki, sonradan Azərbaycan tarixçiləri onların cavabını layiqincə verdilər. Türkmənçay müqaviləsinin mətni durur. Bu da qədim dövrə aid sənəd deyil ki, erməni və rus alimləri birləşərək onu saxtalaşdıralar. Rusiya XİN də, onu yanlış mövqeyə sürüklüyən Rusiya tarixçiləri də açıb Türkmənçay müqaviləsinə baxsınlar, görsünlər ki, o müqavilənin harasında erməni adı var, harada ermənilərin adı çəkilir. Əgər bunlar Qarabağ məlikilərindən danışırlarlarsa, heç o müqavilədə məlik adı yoxdur, məliklərin adı olsaydı belə, onun ermənilərə heç bir aidiyyəti yoxdur. Yerli məliklər erməni deyildi. 1828-ci ildən sonra,  30-cu illərdə ermənilər Qarabağa köçürülüb. Necə ola bilər ki, Türkmənçay müqaviləsi ermənilərin iştirakı ilə Qacarlarla Rusiya arasında bağlansın? O zaman orada erməni vardı? Rusiya XİN-in bu davranışı absurd fikirdi, biabırçılıqdır. Bu biabırçlığın belə bir zamanda ortaya çıxması təsadüfi deyil, bunun erməni təxribatı olması da istisna deyil. Azərbaycan və Rusiya arasında müttəfiqlik bəyannaməsinin imzalanması, görünür,  Rusiya XİN-dəki ermənipərəst qüvvələri ciddi narahat edib və buna görə də təxribata əl atıblar, Türkmənçay müqaviləsini təhrif edilmiş varianta təqdim ediblər. Bilirsiz ki, Azərbaycan və Rusiya arasında müttəfiqlik bəyannaməsinin imzalanması revanşist qüvvələrin də yuxusuna haram qatıb. Bunlar elə bir qüvvədir ki, onlara nə siyasət, nə tarixi söhbət çatır. Hər bir məsələdə ortaya təxribat, hiyləgərlik və mənfur niyyət qoyur. Baş verənlər də bunlardan biridir. Gülüstan və Türkmənçay müqavilələri Qacarlarla Rusiya arasında bağlanılıb və müqavilənin əsas döyüşən tərəfi azərbaycanlılar idi. Türkmənçay müqaviləsi bağlananda Qarabağda erməni yox idi və bu müqavilədən sonra onlar bizim ərazilərə köçürüldülər. Həmin müqaviləyə əsasən, 40 min İrandan, 90 min nəfər də Osmanlı Türkiyəsindən erməni köçürülüb gətirilib bu ərazilərdə məskunlaşdırıldı. Bunu necə, harada giozlətmək olar? Mümkün deyil”- deyə Q.Hacıyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ