Cümə günü, 13 noyabr 2026
     

Necə yəni “Rusiyanı 1913-cü il imperiya sərhədlərində bərpa etmək istəmirik”? - Putindən şok söz...

Image


“Biz Rusiyanı 1913-cü il İmperiyasının sərhədləri daxilində bərpa etmək fikrində deyilik. Rusiya keçmiş sovet respublikalarının suverenliyini dəstəkləyir, Ukrayna ilə bağlı vəziyyət bu ölkəyə xarici təsirlərə görə istisnadır”. Bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə görüşündə deyib. 

Putin “Rusiyanı 1913- cü il imperiya sərhədlərində bərpa etmək istəmirik” deməklə hansı ölkələri nəzərdə tutur?

  • “Bu fikri söyləməklə gözdən pərdə asmaq, əsl niyyətlərini gizlətmək istəyir”

AVCİYA-nın vitse-prezidenti, professor, siyasi şərhçi Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, Putinin çıxışına diqqətlə qulaq asıb: “Putin keçmiş SSRİ tarixi haqqında öz fikirlərini dedi. O bir kommunist, KQB-nin zabiti kimi bu tarixi bilir, amma tarixə birtərəfli yanaşır. Putinin tarixə birtərəfli yanaşması, Leninə, Stalinə irad tutması, Leninin Doneskini Ukraynaya, Stalinin də Polşadan, Macarıstandan və digər ərazilərdən Ukraynaya ərazi verməsini iddia etməsi, onların hərəkətlərini səhv adlandırması belə bir fikir yaratdı ki, rus imperiyasının parçalanmasının əleyhinə olan Putinə baxanda, millətlərə öz müqəddəratını təyin etmək hüququnu formal da olsa verən Lenin daha demokrat imiş. Mən belə başa düşdüm. Yəni Ukrayna kimi böyük bir xalqı yox etmək, dövlətçiliyinin olmamasını iddia etmək düzgün deyil. Yəqin ki, Ukrayna tarixçiləri Putinin cavabını verəcəklər”.

Putinin Rusiya İmperiyasının 1913-cü il sərhədləri məsələsini qabartmasına gəlincə, M.Zülfüqarlı bildirdi ki, Putin imperialist maraqlarını hər zaman qabardır. M.Zülfüqarlının sözlərinə görə, indi gedən proseslərdə Azərbaycanın öz dövlətçiliyini və xalqını mühafizə etməsi atılan ən böyük addım idi. “Çünki imperiyalar dağılanda onun zərbəsi əsasən kiçik xalqlara dəyir. Azərbaycan hazırda Qafqazda ən güclü respublika olmaqla yanaşı, iqtisadi inkişafı da yüksək səviyyədə olmasına baxmayaraq, Rusiya ilə müqayisədə kiçik dövlətdir. Ona görə də, biz indiki addımları dəstəkləməliyik. Prezidentin dediyi bir fikir vardı ki, mən nəyi nə zaman etməyi bilirəm. Yəqin ki, bizim bilmədiyimiz şeylər də var. Rusiya ilə imzalanan bəyannamədə ki müəyyən maddələr var, onlar müzakirə olunacaq. Mənə belə gəlir ki, bundan sonra Rusiya böyük təzyiqlərlə üzləşəcək və təzyiqlər nəticəsində Putin rejimi Qərbə qarşı duruş gətirmək istəsə də, problemlərlə qarşılaşacaq. Çünki Rusiyada əhalinin sosial problemlərinin artması, müəyyən embarqoların qoyulması və sair yaşanır. Belə bir vəziyyətdə Azərbaycan özünü mühafizə etməli və bu böhranlı vəziyyətdən güclü dövlət kimi çıxmalıdır. Burada da əsas müttəfiqimiz olan qardaş Türkiyənin yenə də dəstəyinə ehtiyacımız olacaq. Lakin bir tarixçi kimi deyirəm ki, imperiyalar ölümə məhkumdur. Heç bir imperiyanı sona qədər qoruyub saxlamaq mümkün olmayıb. Böyük Britaniya İmperiyasını, Osmanlı İmperiyası, onlardan əvvəl Roma, Bizans imperiyalarını, Ərəb Xilafətini saxlamaq mümkünsüz olub. Çar Rusiyası süqut etdi,  SSRİ yarandı, SSRİ dağıldı və rus imperiyası da dağılmağa məhkumdur. İndi XXI əsrdir, heç bir hadisəni gizlətmək mümkün deyil. Qloballaşan bir cəmiyyətdə  yaşayırıq, harada nə olursa bütün insanlar onu internet vasitəsilə izləmək imkanına malikdir”.

M.Zülfüqarlının dediyinə görə, bu səbəbdən də yaxın gələcəkdə Rusiya üçün ən yaxşı variant qarşıdurmadan çəkinməklə öz xalqının gələcəyi naminə onun sosial problemlərinin həllinə diqqət yetirmək və insanlara sərbəstlik verməkdir. “Putin deyir ki, imperiyanı bərpa etmək niyyətimiz yoxdur. Putin inkar etsə də, onun çıxışlarının mütləq əksəriyyəti imperiyanın bərpasına istiqamətlənir. Rusiya prezidentinin son söhbətində də  imperiyanın 1913-cü il sərhədləri məsələsinə toxunması təsadüfi deyil. Bu onun imperialist maraqlarından, xəyalından keçənlərdən xəbər verir. Bu fikri söyləməklə gözdən pərdə asmaq, əsl niyyətlərini gizlətmək istəyir, amma əməli başqa şey deyir”.

M.Zülfüqarlı deyir ki, çar Rusiyası o əraziləri işğal etmişdi və işğal nəticəsində öz sərhədlərinə birləşdirmişdi. Sovet imperiyası Xalq Cumhuriyyətini işğal etməyə gələndə heç bir rəsmi müqavilənin olmadığını deyən M.Zülfüqarlı deyir ki, guya burada inqilab olub ab-havası yaratmaq üçün hansısa süni hadisələr törədildi. M.Zülfüqarlı deyir ki, onlar, guya rus bolşeviklərinin Azərbaycan bolşeviklərinə köməyə gəldiklərini bildirirdilər, bu da saxta iddia idi. Azərbaycanın özünü bütün bunlardan sığortalamalı olduğunu deyən M.Zülfüqarlının bildirdiyinə görə, biz kiçik dövlət olsaq da qalib dövlətik, dövlətimizi inkişaf etdirməklə qonşu ölkələrlə münasibətimizi normal saxlamalıyıq: “Türkiyə və Rusiya ilə bəyannamə imzalamışıq, gələcəkdə də İranla münasibətlərimizi gücləndirib, yaxşılaşdırıb öz gücümüzü qoruyub saxlamalı, daha da möhkəmləndirməliyik”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ