Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanda atom elektrik stansiyasının inşası yenidən aktuallaşdı

Image


Azərbaycanda vaxtaşırı gündəmə gələn məsələlərdən biri də ölkədə atom elektrik stansiyasının (AES) inşa edilməsidir. Məsələni növbəti dəfə aktuallaşdıran məqam “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” oldu.

Həmin sənəd özündə Rusiya və Azərbaycanın atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığını da ehtiva edir. Bəyannaməyə əsasən, tərəflər atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirəcəklər. Elə bu da perspektivdə Rusiyanın yardımı ilə Azərbaycanda atom elektrik stansiyasının inşasını istisna etmir. Onu da qeyd edək ki, Azərbaycanda belə stansiyanın tikilməsi təzə məsələ deyil. Hələ Sovetlər Birliyi dönəmində SSRİ Nazirlər Soveti Azərbaycanda AES tikilməsi barədə qərar qəbul etmiş, müvafiq layihə və texniki-iqtisadi əsaslandırmalar hazırlanmış və bu işin Nəvai qəsəbəsi tərəfdə həyata keçirilməsi istiqamətində ilkin hazırlıq işləri də başlanmışdı. Lakin 1986-cı ildə Ukraynada baş verən qəza Azərbaycanda AES tikilməsi işini dayandırdı. İndi isə vəziyyət dəyişib və müasir texnologiyalar əsasında belə stansiyaların inşası daha təhlükəsiz şəraitdə həyata keçirilir. Özü də bu sahədə dünya miqyasında öncül ölkələrdən biri də Rusiyadır. Rusiya isə Azərbaycanda bu cür stansiya tikməyə hazır olduğunu dəfələrlə bəyan edib. Hətta 3 il əvvəl Rusiyanın dövlət şirkəti olan “Rosatom” Azərbaycanda atom elektrik stansiyası tikməyi təklif edib. O vaxt bu haqda danışan “Rosatom”dakı mənbə bildirirdi: “Azərbaycanda nüvə sənayesi var, amma atom elektrik stansiyası yoxdur. “Rosatom” təklif verib. Azərbaycan tərəfi düşünür. İki seçim təklif etmişik. Birincisi dərhal AES inşaatına başlamağı nəzərdə tutur. SSRİ dövründə AES tikintisi üçün ərazi də seçilmişdi, bu səbəbdən həmin ərazidə birbaşa inşaat işlərinə başlanıla bilər”. İkinci variant isə Rusiya ilə Azərbaycan arasında nüvə enerjisi sahəsində əməkdaşlığın mərhələli şəkildə inkişaf etdirilməsini nəzərdə tutur. Hər halda, bu prosesdə Rusiya olduqca maraqlıdır. Xatırladaq ki, Türkiyədə inşa edilən "Akkuyu" AES-də bütün proseslər məhz Rusiya tərəfindən həyata keçrilir. Özü də burada AES-lərin digər üstünlüyü də nəzərə alınmalıdır. Məsələn, su elektrik stansiyaları tərəfindən elektrik enerjisi istehsalının artması kənd təsərrüfatı istehsalı üçün yararlı olan torpaqların su altında qalmasına səbəb olur. Bundan əlavə, Azərbaycanda kifayət qədər axar çaylar yoxdur. Eləcə də elektrik enerjisi istehsal etmək üçün Günəş enerjisindən istifadə yalnız Günəş panelləri üçün əhəmiyyətli meydançaları tələb etmir, həm də hava şəraitindən asılı olduğu üçün bütövlükdə enerji sisteminin sabitliyini vəd etmir. Amma AES tamam fərqli məsələdir və sabit enerji mənbəyidir. AES-in tikilməsinin dəyəri reaktorun gücü, avadanlığın hardan alınmasından, maliyyələşdirmə mənbələri və şərtlərindən və digər bu kimi amillərdən asılıdır.

İndinin özündə də dünyada ən çox istifadə olunan enerji mənbələrindən biri isə nüvə enerjisidir. İlk AES olan “AM-1” 1954-cü ildə Obninsk şəhərində tikilib. Nüvə stansiyalarının yayılması 1970-ci illərdə neft böhranı ilə birlikdə başladı. Neft və digər hidrokarbon ehtiyatlarına sahib olmayan ölkələr bu mənbələrə olan bağlılıqlarını azaltmaq və elektrik enerjisi ehtiyacını ödəmək məqsədilə nüvə stansiyalarının inşasına başladılar. Dünyanın 30-dan çox ölkəsində ümumi gücü 400 qeqavatı keçən  500-ə yaxın nüvə reaktoru fəaliyyət göstərir. Ümumilikdə nüvə enerjisi dünya elektrik enerjisinin təxminən 15%-ni təşkil edir. 12 ölkə isə elektrik ehtiyacının 30%-dən çoxunu nüvə stansiyaları vasitəsilə qarşılayır. ABŞ, Fransa, Çin, Rusiya, Cənubi Koreya, Kanada nəhəng nüvə enerjisindən istifadə edən əsas ölkələrdir. Onu da qeyd etmək yerinə düşər ki, saxlama məntəqələrində saxlanılan radioaktiv tullantılar uzun illər radioaktivliyini qoruyub saxladığı halda, yeni nəsil nüvə reaktorlarında bu tullantıların radioaktivlik ömrü daha az olur. Dünyanın bir çox ölkəsində bu sahədə geniş tədqiqatlar aparılır və 4-cü nəsil nüvə stansiyalarının istifadəyə verilməsi planlaşdırılır. Bir sıra ölkələr köhnə reaktorlarının çoxunun fəaliyyətini dayandırmaq və 4-cü nəsil texnologiyalar əsasında olan reaktorlar tikmək fikrindədir. Azərbaycanda da belə nəsil texnologiyalar əsasında AES inşası mümkün hesab edilir. Xatırladaq ki, Azərbaycanda 2014-cü ildə Milli Nüvə Tədqiqatları Mərkəzi yaradılıb. Nüvə energetikası sahəsində inkişafa nail olmaq Mərkəzin əsas fəaliyyət istiqamətlərindəndir. Ekspertlər hesab edir ki, Azərbaycanın dinamik inkişafı ölkədə perspektivdə AES inşasını mümkün hala gətirir. Bu arada bir məqamı da xatırladaq ki, Ermənistan ərazisində ikinci belə stansiyanın inşası üçün Rusiya ilə uzun müddətdir danışıqlar aparsa da, Moskva buna razılıq vermir. Amma Rusiya özü Azərbaycanda belə stansiyanın inşasında maraqlıdır. Hər halda, Azərbaycan ehtiyac duyarsa, AES inşası ölkəmiz üçün problem olmayacaq və bu da Azərbaycanın enerji istehsalı sahəsində imkanlarını daha da yüksəldəcək.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ