Cümə günü, 13 noyabr 2026
     

Moskva bəyannaməsi Ermənistanda isterikaya səbəb oldu

Image


Fevralın 22-də Rusiya ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik fəaliyyəti haqqında bəyannamə təkcə bu iki ölkənin yox, həm də dünya gündəminin xüsusi diqqət çəkən mövzuları sırasında yer alır. Aparılan təhlillər göstərir ki, bəyannamə hər iki ölkənin gələcək münasibətlərinin daha sağlam və bir-birinin maraqlarına qarşılıqlı hörmət təməlləri üzərində qurulması, inkişaf etdirilməsi üçün yeni bazis rolunu oynayacaq. Ekspertlər belə hesab edir ki, bu sənəd 44 günlük ikinci Qarabağ savaşından sonra bölgədə yaranmış yeni geopolitik reallıqları da özündə əks etdirir.

Sənədə əsasən, Rusiya və Azərbaycan regionda sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər. Bəyannamədə mühüm məqamlardan biri də odur ki, üçtərəfli bəyanatlar tam şəkildə icra olunmalıdır. Bu xüsusda sənəddə deyilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər. Tərəflər yuxarıda qeyd olunan bəyanatların müddəalarından irəli gələn məsələlərin həllində qarşılıqlı fəaliyyət göstərəcək və region dövlətləri arasında uzunmüddətli sülhün yaradılması üzrə regional və beynəlxalq səviyyələrdə sıx əməkdaşlıq edəcəklər”. Üçtərəfli bəyanatların şərtlərinin tam icrası Azərbaycanın xüsusi maraq dairəsindədir və Moskva bəyannaməsi buna əlavə zəmin yaradır. Elə bu fonda Ermənistanda bir çox siyasi qüvvələr bəyannaməni Bakının İrəvan üzərində növbəti qələbəsi kimi qələmə verir. Məsələ burasındadır ki, Moskva bəyannaməsi Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə növbəti dəstək hesab olunur. Rusiya və Azərbaycanın münasibətlərini müstəqilliyə, dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında quracaqları ilə bağlı maddənin bəyannamənin birinci bəndində qeyd olunması da bunun göstəricisidir. Şuşa bəyannaməsinin ardınca Moskva bəyannaməsinin imzalnması ilə Azərbaycan iki qüdrətli qonşusu olan Türkiyə və Rusiya ilə müttəfiq olur. Ermənilər də etiraf edir ki, Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, bütün güc mərkəzlərindən öz müstəqil siyasətinə, təhlükəsizliyinə zəmanət qazanıb.

Rusiyalı politoloq Stanislav Tarasov isə erməni mediasına açıqlamasında bildirib ki, Azərbaycan fəal xarici siyasət aparır, mütəffiqlik əlaqələrini gücləndirir, konfliklərin çözümündə vasitəçi kimi özünü təsdiq edir: “Bu mənada Azərbaycan prezidentinin Moskvaya səfərini təkcə Cənubi Qafqazdakı problemlərlə deyil, İlham Əliyevin rol oynaya biləcəyi Rusiya-Ukrayna böhranının növbəti mərhələsi ilə əlaqələndirmək olar. Biz görürük ki, Azərbaycan Kiyev və Moskva arasında vasitəçi rolunu öz üzərinə götürmək istəyir. Yanvarın 18-də İlham Əliyev Kiyevdə olub, daha sonra Putinlə dialoq olub və Ərdoğan da prosesə qoşulub. Əgər əvvəllər Moskva bu vasitəçilik səylərinin mümkünlüyünü inkar edirdisə, indi bu variantı ehtiyat variant kimi dəyərləndirir. İlham Əliyevin səfəri, yəqin ki, həm də Rusiya-Ukrayna məsələləri ilə bağlıdır”. Bu kontekstdə Tarasov NATO-nun baş katibi Yens Stoltenberq və İlham Əliyev arasında baş tutan söhbəti diqqətəlayiq hesab edib: “Məsələ burasındadır ki, NATO-nun baş katibi, adətən, əsasən NATO-ya üzv dövlətlərin müdafiə nazirləri və ya xarici işlər nazirləri ilə əlaqə saxlayır. Azərbaycan belə deyil, ona görə də İlham Əliyevlə Stoltenberqin söhbəti anormal, qeyri-qanuni proses kimi görünür. Bir sözlə, bütün bunlar elə təəssürat yaradır ki, İlham Əliyev Moskvada diqqət çəkən bu çətin prosesin fəal oyunçusu təsiri bağışlayır”.
Rusiyalı politoloq vurğulayıb ki, İlham Əliyevin Moskvaya səfəri zamanı Qarabağ məsələsi ilə bağlı maraqlı məqamlar qeydə alındı. Tarasovun sözlərinə görə, mövzu indi aktual deyil: “Çünki Qarabağ məsələsi bitib. İlham Əliyevin necə aktiv xarici siyasət yürütdüyünə baxın: Stoltenberq, Putin... Bəs Ermənistanın xarici işlər naziri və ya yoldaş Paşinyan kiminlə əlaqə saxlayır? Moskvada belə bir təəssürat var ki, siz oturub dolma yeyirsiz”. Tarasov bildirib ki, Minsk Qrupu işləmir, İrəvan isə məsələyə susur: “Qarabağ məsələsi bitib. Və belə bir təəssürat var ki, ermənilər artıq vəziyyətlə barışıblar ki, Ermənistan regionda faktor deyil və olmayacaq”. Tarasov qeyd edir ki, Moskva bəyannaməsi Azərbaycan və Rusiya arasında münasibətləri daha da gücləndirir və Ermənistanın həqiqətən bundan narahat olması lazımdır. Çünki bu halda Bakı öz şərtlərini diqtə etmək imkanlarını daha da artırır. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın rəhbəri olduğu Respublikaçılar Partiyasının bəyanatında da bildirilir ki, İrəvanın xarici siyasəti regionda Azərbaycanı daha da gücləndirib: “2018-ci ilin aprel-may aylarında Ermənistanda hakimiyyətin fəlakətli şəkildə ələ keçirilməsi nəticəsində “Ermənistan və Qarabağın təhlükəsizlik sistemləri”nin ən mühüm komponenti olan Ermənistan-Rusiya strateji və müttəfiqlik münasibətləri pozulub, qeyri-ardıcıl və savadsız xarici siyasət ucbatından Ermənistan öz suverenliyini genişləndirmək və möhkəmləndirmək üçün mövcud imkanlarını itirib. Türkiyənin Cənubi Qafqaza nüfuz etməyə və hərbi-siyasi amilinin güclənməsinə imkan verilib ki, bu da Azərbaycanın qlobal miqyasda mövqeyini yaxşılaşdırıb. Sizin yeganə müttəfiqiniz (Rusiya) düşməninizlə (Azərbaycan) müttəfiqə çevrilirsə, bu, ilk növbədə sizin zəifliyiniz, səhvləriniz, hərbi-siyasi uğursuzluğunuz, geosiyasi iflasa uğramağınızın nəticəsidir. Rusiya-Azərbaycan bəyannaməsi Ermənistandakı mövcud rejimin dərhal istefası üçün yeni siqnaldır. Rusiya ilə yeni keyfiyyətə, məzmuna və dürüstliyə əsaslanmalı olan hərtərəfli münasibətlər Ermənistan və Qarabağın gələcəyi üçün həyati əhəmiyyət kəsb edir. Gələcəkdə hakimiyyətə gələnlər bu prosesə dərhal başlamalıdır”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ