Cümə günü, 13 noyabr 2026
     

“Şimal axını-2” dayandırıldı, Avropa Azərbaycandan daha çox qaz istəməyə başladı

Image


Ukrayna ətrafında getdikcə artan gərginliyin Avropada Azərbaycan təbii qazına tələbin daha sürətlə yüksəlməsinə gətirib çıxaracağı proqnozlaşdırılır. Bunun əsas səbəblərindən biri Almaniyanın “Şimal axını-2” layihəsini sertifikatlaşdırmaqdan imtina etməsidir.

Artıq Almaniya kansleri Olaf Şolts “Şimal axını-2” layihəsinin sertifikatlaşdırılması prosesini dayandırdığını bildirib: “Mən federal İqtisadiyyat Nazirliyindən xahiş etdim ki, enerji təhlükəsizliyinə dair məruzəni federal şəbəkə agentliyindən geri götürsün. Bu, texniki məqam kimi görünür, lakin indi qaz kəmərinin sertifikatlaşmasının baş tutmaması üçün zəruri addımdır. Sertifikatlaşma olmadan “Şimal axını-2” işə salına bilməz”. Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı qondarma "DXR" və "LXR"i tanımasına reaksiya məqsədyönlü və birləşmiş olacaq, Moskvanın addımları isə nəticəsiz qalmayacaq. Şolts Rusiyanın "DXR" və "LXR"i tanıması qərarını "beynəlxalq hüququn və BMT nizamnaməsinin kobud şəkildə pozulması" adlandırıb: "Bununla yanaşı, Almaniya "Normandiya formatı"nı vacib hesab edir və Fransa ilə birgə bu formatı istifadə etməkdə davam edəcək". Qeyd edək ki, “Şimal axını – 2” Rusiyadan Baltik dənizi üzərindən Almaniyaya çəkilən 1234 kilometr uzunluğunda magistral qaz xəttidir. Onun cari ilin əvvəlində istismara veriləcəyi gözlənilirdi. Lakin sertifikatlaşma prosesinin ləngiməsi buna mane oldu, ardınca isə Rusiya prezidenti Vladimir Putinin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirməsi, bununla bağlı fərman imzalaması artıq “Şimal axını-2” layihəsinin yaxın perspektivdə işə düşmə ehtimalını xeyli azaldıb. Elə bu fonda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Avropanı qazın bahalaşacağı ilə təhdid edib: “Almaniyanın kansleri “Şimal axını-2” qaz xəttinin sertifikasiyasını dayandırmağı tapşırıb. Yaxşı, o zaman yeni dünyaya xoş gəlmisiniz. O dünyada ki avropalılar artıq yaxın zamanda qazın min kubmetrinə görə 2000 avro ödəyəcəklər!”.

“Şimal axını-2” layihəsinin sertifikatlaşdırılması prosesini dayandırılması Avropanı digər mənbələrdən qaz alışına daha çox diqqət yetirməyə vadar edir və bu halda Azərbaycan yenə ön plana çıxır. Avropada nəzərə alınır ki, əsrin ən böyük layihələrindən biri olan “Cənub Qaz Dəhlizi” bütün tərəflərin maraqlarının uzlaşdırılması və diversifikasiya siyasətinin məhsulu kimi bu gün Azərbaycan qazının regional beynəlxalq bazarlara fasiləsiz axınını təmin edir. Avropa bu kəmər vasitəsilə daha çox qaz nəqlində maraqlı olduğunu indi ən yüksək səviyyədə bəyan edir. Elə bu fonda Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər intensiv yüksələn xətlə inkişaf edir. Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson bu fonda bildirir ki, Avropa qaz tədarükündə  “Cənub Qaz Dəhlizi”nə daha böyük ümidlər bəsləyir: “Avropa İttifaqının bir neçə il ərzində enerji təchizatını şaxələndirmək səylərinə baxmayaraq, İttifaqın hələ də böyük bir hissəsi idxal olunan qazdan çox asılıdır. Amma “Cənub Qaz Dəhlizi “və Əlcəzair ilə "Medqaz" bağlantısı kimi qaz kəmərləri vasitəsilə tədarükümüzü şaxələndirmişik. Həmçinin, mayeləşdirilmiş təbii qaz (LNG) terminallarına böyük sərmayə qoyulub". O əlavə edib ki, qaz ehtiyatlarının həcminin ilin bu vaxtı üçün az olmasına baxmayaraq, qışın sonunadək Avropa İttifaqında tələbatı ödəmək üçün anbarlarda kifayət qədər qaz ehtiyatı var. Amma biz enerji mənbələrimizi şaxələndirməliyik. Rusiya qazından asılılığımızı azaltmaq üçün, ilk növbədə, bərpa olunan enerjiyə böyük sərmayə qoymalıyıq".

Bu durumda Azərbaycanın malik olduğu zəngin enerji resursları ölkəmizin iqtisadi potensialını gücləndirməklə yanaşı, regional əməkdaşlıqda mühüm rol oynayır. Avropa ilə yaradılan enerji əməkdaşlığı, bu kontekstdə 2020-ci ilin sonunda tam istifadəyə verilmiş “Cənub Qaz Dəhlizi” qeyd edilənlərin real təsdiqidir. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinə  töhfə verən ölkələrdən biri hesab edilir. 2,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatı olan və müvafiq ixrac infrastrukturuna malik Azərbaycan Avropa üçün etibarlı və uzunmüddətli enerji tərəfdaşıdır. “Cənub Qaz Dəhlizi”nin əsas seqmentlərindən biri olan TAP vasitəsilə ildə artıq 10 milyard kubmetr qazın İtaliyaya, 2 milyard kubmetr qazın isə Yunanıstan və Bolqarıstana nəql olunacağı nəzərdə tutulur. Lakin sonradan bu həcmlər artacaq və artıq bir sıra digər Avropa ölkələrinə də Azərbaycan qazı nəql ediləcək. Artıq gələcəkdə “Cənub Qaz Dəhlizi” ilə Balkan bölgəsinə də qaz nəqli nəzərdə tutulur. Bu məqsədlə  “İonik-Adriatik2 boru kəmərinin çəkilişi üzərində iş gedir. Həmin kəmərin təchiz edilməsi üçün Azərbaycanın kifayət qədər ehtiyatları və müvafiq infrastrukturu var. “İonik-Adriatik”  kəməri işə düşdükdən sonra Azərbaycan qazı  Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya kimi ölkələrə də çatacaq. Azərbaycanın öz ehtiyatları ilə yanaşı, digər mənbələrdən də Avropaya təbii qaz nəqlində əsas tranzit ölkələrdən birinə çevrilməsi gözlənilir. Gələcəkdə ilk olaraq Türkmənistandan “Cənub Qaz Dəhlizi” ilə təbii qaz nəql edilməsi proqnozlaşdırılır. Xatırladaq ki, Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən, Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Yataqdan hasil edilən qazın, eləcə də Türkmənistanın öz yataqlarından çıxarılan “mavi yanacağın” “Cənub Qaz Dəhlizi” ilə Avropaya nəqli nəzərdə tutulur.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ