şənbə günü, 26 sentyabr 2026
     

Prezident İlham Əliyev Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub - FOTO/YENİLƏNDİ

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskvada Rusiya Nazirlər Kabinetinin Əlaqələndirmə Mərkəzi ilə tanış olub.

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Prezident İlham Əliyevi qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında görüş oldu.

Prezident İlham Əliyevi salamlayan Mixail Mişustin dedi: Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizi bir daha salamlayım. Bu gün Vladimir Vladimiroviç Putinin ilə Sizin imzaladığınız Rusiya ilə Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə ilə əlaqədar ən mühüm, strateji məsələləri müzakirə etməyi təklif edirəm. Bu mühüm qərar bizim dostluq və mehriban qonşuluq münasibətlərimizi daha yüksək səviyyəyə çatdırır. Sizi əmin etmək istərdim ki, Rusiya Federasiyasının Hökuməti liderlərimizin qərarlarını həyata keçirmək üçün nə lazımdırsa edəcək.

Biz azərbaycanlı tərəfdaşlarla dostluğumuzu yüksək qiymətləndiririk. Bu dostluq bizim qardaş xalqlarımızın sıx əlaqələrinə əsaslanır. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur və bizim mehriban qonşuluğumuzun tarixinin kökləri əsrlərin dərinliyinə gedib çatır. Əsas odur ki, pandemiyaya baxmayaraq, bizim ticari-iqtisadi əlaqələrimiz möhkəmlənir, əmtəə dövriyyəsi, - Siz yəqin bu barədə ətraflı danışdınız, - 2020-ci ildəkinə nisbətən 16 faiz artaraq 3 milyard 300 milyon dollara çatıb. Azərbaycanda Rusiya kapitalı ilə mindən artıq şirkət fəaliyyət göstərir, energetika, maşınqayırma, nəqliyyat sahələrində böyük sayda birgə layihələr icra olunur, kənd təsərrüfatı, infrastruktur, bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat sferalarında belə əməliyyatlar üçün böyük potensial mövcuddur. Bizim hökumətlərarası komissiya bu məsələni fəal həll edir. Rusiya Federasiyası tərəfindən komissiyaya Baş nazirin müavini Aleksey Loqvinoviç Overçuk kuratorluq edir. Rusiya şirkətlərinin Azərbaycana müntəzəm işgüzar missiyaları da müsbət nəticələr verir. Biz bu əlaqələri, Rusiya İxrac Mərkəzi tərəfindən təşkil olunan səfərləri davam etdirmək istərdik. Biz, həmçinin regionlararası əlaqələrimizə də böyük diqqət yetiririk. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycan ilə əməkdaşlıq edir.

Biz koronavirus infeksiyasına qarşı birgə mübarizə aparır, bir-birimizə qarşılıqlı kömək edirik. Bizim tərəfimizdən Azərbaycana xüsusi test-sistemlər verilib, ən yaxşı həkimlərimizdən ibarət briqadalar göndərilib. Bu günədək təqribən 220 min doza “Sputnik V” vaksini tədarük edilib. Mən əminəm ki, kütləvi immunlaşdırma bizə, həmçinin pandemiyanın öhdəsindən gəlməyə və insanlarımızın sağlamlığını qorumağa kömək edəcək.

Bir daha Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Cənubi Qafqazın inkişafına imkan verən mühüm bəyanatını xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, yeni infrastruktur marşrutlarının yaradılması Cənubi Qafqazın bütün dövlətlərinin maraqlarına cavab verir. Bizim zəngin gündəliyimiz var. Sağ olun. Biz şadıq ki, Siz bizim Rusiya Federasiyası Hökumətinin Əlaqələndirmə Mərkəzinə gəlmisiniz. Əlbəttə, bizim qarşılıqlı fəaliyyətimizin bütün aktual məsələlərini müzakirə etməyə hazırıq. Buyurun, söz sizindir, hörmətli İlham Heydər oğlu.

X X X

Prezident İlham Əliyev dedi: Çox sağ olun, hörmətli Mixail Vladimiroviç. Xoş sözlərə görə sağ olun. Siz tamamilə düzgün olaraq qeyd etdiniz ki, bu gün Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Bu, bizim münasibətlərimizin inkişafında yeni mərhələdir. Bu gün Vladimir Vladimiroviç ilə biz çox söhbət etdik, həm ikitərəfli qarşılıqlı fəaliyyətə, həm də regional problemlərə dair çox mühüm mövzuları müzakirə etdik. Əlbəttə, mətbuat qarşısına çıxanda ölkələrimizin dövlətlərarası münasibətləri tarixində qalacaq bu günün vacibliyini qeyd etdik. Əlbəttə, rəmzi haldır ki, bu hadisə ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi ərəfəsində baş verir. Başqa məsələlərdən əlavə, biz ticari-iqtisadi əməkdaşlıq məsələlərini də nəzərdən keçirdik, əlaqələrimizin necə inkişaf etməsindən məmnun olduğumuzu bildirdik. Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrimizin inkişafına şəxsən ayırdığınız diqqətə görə sizə təşəkkürümü bildirmək istərdim. Pandemiya şəraitinə baxmayaraq, əmtəə dövriyyəsi xeyli artıb. Bu, əlbəttə, bizim nə dərəcədə səmərəli işləməyimizin göstəricisidir. Ölkələrimizin Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi hökümətlərarası komissiyanın səmərəli işini də qeyd etmək istərdim. Bu komissiya gömrük məntəqələrində, nəzarət-buraxılış məntəqələrində yaranan məsələləri operativ surətdə həll edir və ticari-iqtisadi əlaqələrimizin strateji planlaşdırılması ilə məşğul olur. Çox xoşdur ki, qarşılıqlı ticarətin həcmi artır. Fikrimcə, daha çox potensial var. Ümid edirik ki, biz bu il də əmtəə dövriyyəsinin artmasını məmnuniyyətlə qeyd edəcəyik.

Şübhəsiz, regionda yeni reallıqlar nəzərə alınmaqla regional problemlərlə bağlı məsələlər həm regionda etimad, sülh və təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi, həm də ikitərəfli və çoxtərəfli formatda qarşılıqlı faydalı iqtisadi tərəfdaşlıq üçün yaxşı ilkin şərait yaradır. Bu gün Rusiya Federasiyasının Prezidenti ilə görüşdə biz “3+3” yeni əməkdaşlıq formatının perspektivlərini də müzakirə etdik. Bu format indiki mərhələdə, ilk növbədə, nəqliyyat-kommunikasiya, logistika problemlərinə dair fəal iş aparılmasını nəzərdə tutur. Əminəm, bugünkü diskussiyalar, aparacağımız fikir mübadiləsi Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanatın bütün bəndlərinin həyata keçirilməsinə xidmət edəcək ki, biz öz planlarımızı tamamilə reallaşdıra bilək.

Rusiya-Azərbaycan münasibətləri zamanın sınağından çıxıb. Əlbəttə, biz diplomatik münasibətlər yaradılmasından bəri əlaqələri inkişaf etdiririk, lakin, əlbəttə, əvvəlki nəsillər tərəfindən qoyulmuş təməl olmasaydı, yəqin ki, biz bu uğurları qazana bilməzdik. Bu gün imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə bizim ticari-hüquqi baza portfelində xüsusi sənəddir. Əminəm ki, bu sənəd ölkələrimiz arasında dostluq, mehriban qonşuluq və bu gündən etibarən müttəfiqlik münasibətlərinin möhkəmlənməsi işinə xidmət edəcək.

Koronavirusa qarşı mübarizədə köməyə görə Rusiya tərəfinə ayrıca təşəkkür etmək istərdim. Biz çox minnətdarıq ki, bizə mütəxəssis briqadaları göndərilib, PZR-testlər almışıq və bildiyiniz kimi, biz “Sputnik-V” vaksinini sertifikatlaşdırmışıq. Vətəndaşlarımızın sağlamlığını qorumaq üçün biz gələcəkdə də bu istiqamətdə işləmək niyyətindəyik.

Fikir mübadiləsi aparmaq üçün yaratdığınız bu imkana görə bir daha sağ olun. Əlaqələndirmə Mərkəzinin çox maraqlı təqdimatına görə sağ olun və artıq indidən ümumi mülahizələrdən irəli gələn praktiki məsələləri müzakirə edəcəyik. Sağ olun.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ