Cümə günü, 02 oktyabr 2026
     

Azərbaycana görə Qərbdən Ermənistana sərt xəbərdarlıq...

Image


Azərbaycan-Ermənistan sərhədində son günlərdə yaranmış gərginlik Qərb təhlilçilərinin də diqqətindədir. Amerikalı təhlilçi Pol Qobl bu fonda Qarabağ münaqişəsinin artıq yeni miqyas aldığını bildirir: “Son 25 ildə döyüşlər Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində gedirdi. İndi isə hər iki tərəfdən toqquşmaların dövlət sərhədinə keçməsi, kövrək atəşkəsi qanlı sonluqla bitirməsi təhlükəsi var”. Təhlilçi Rusiya, Birləşmiş Ştatlar və Fransanın qarşıdurmanın daha böyük müharibəyə keçməsini əngəlləməyə çalışdığını yazır: “Ermənistan iddia edir ki, Azərbaycan hərbçiləri onun ərazisinə doğru bir neçə kilometr irəliləyib. Azərbaycan isə, sadəcə demarkasiya işi aparıldığını, hərbi qüvvələrin mövqelərini tutduğunu bildirir. Ermənistanın Müdafiə Nazirliyi vəziyyətin nəzarətdə olduğunu, Qaragölə nəzarət etdiyini bildirsə də, çoxsaylı təhlilçilər, o cümlədən regionda yaşayan ermənilər buna şübhə edir. Bir neçə gün öncə sərhəddə yaşayan ermənilər İrəvana müraciət edərək onlara silah verilməsinə çağırıb. Onların fikrincə, Ermənistan ordusu bu işin öhdəsindən gələ bilmədiyini ortaya qoyub”.

Ekspert sərhəd məsələsinin üç səbəbdən indi ortaya çıxdığını vurğulayır: “Birincisi, Ermənistan və Azərbaycan qüvvələri hazırda üzbəüz dayanıblar. İkincisi, Moskva özəlliklə Zəngəzur vilayətindən sərhədlərarası nəqliyyat xəttinin açılmasına çağırır. Üçüncü məsələ isə Türkiyənin Cənubi Qafqazdakı nüfuzudur. Azərbaycanın Zəngəzur dediyi dəhliz açılarsa, Türkiyənin Azərbaycan və Orta Asiya ilə quru əlaqəsi yaranacaq ki, Ermənistan, Rusiya və İran bundan narahatdır.  Sərhədin delimitasiyası və demarkasiyası təkcə Zəngəzurda deyil, başqa yerlərdə də həddən artıq çətin olacaq. Çünki onların ümumi istifadə edəcəyi xəritə yoxdur, ortalıqdakı iki sovet xəritəsi azı 30 illikdir. Ermənistanın istinad etdiyi sovet topoqrafik xəritəsinə görə Qaragölün 80 faizi onun ərazisinə düşür. Azərbaycanın üstünlük verdiyi sovet hərbi xəritəsində isə həm gölün böyük hissəsi, həm də hərbçilərin irəlilədiyi yerlər məhz Azərbaycanın suveren ərazisidir”. Ekspert qeyd edir ki, mübahisəni Ermənistan güc yolu ilə çözməyə çalışsa, Azərbaycan yenə ona sarsıdıcı hərbi zərbələr vurmağa hazırdır. Çünki 44 günlük müharibədə Ermənistan ordusu darmadağın olub, Azərbaycan isə savaşdan sonra ordusunu daha güclü hala gətirib. Bu vəziyyətdə Ermənistan Rusiyanın da köməyinə arxayın olmamalıdır. Bunu erməni ekspertlər özləri də etiraf edir. Məsələn, erməni politoloq Robert Gevondyan bildirir ki, Kreml Ermənistanın yanında yer almaq istəmir: “Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib ki, hər iki tərəf xahişlə müraciət etsə, Rusiya Bakıya və İrəvana sərhəd gərginliyinin həlli məsələsində kömək edəcək. Bənzər bəyanatlar müttəfiq münasibətlər məntiqindən irəli gəlmir. Bu, sadəcə göstərir ki, Rusiya tərəflərdən hər hansı birini incitmək istəmir. Rusiya bu məsələdə tərəflərdən hər hansı birinin tərəfini tutmaq istəmir, sadəcə “leopold pişiyi” kimi tərəflərin barışıq içində yaşamasını istəyir”.  Politoloq bildirib ki, Moskva özünü Ermənistanın müttəfiqi olmayan rolda göstərir.  Digər bir erməni politoloq Armen Vardanyanın sözlərinə görə, Rusiya bu məsələdə özünü vasitəçi kimi və Ermənistanın müttəfiqi olmayan şəkildə göstərir: “Rus tərəfi müttəfiqlik öhdəliklərindən yayınır. Rusiya da Ermənistanın ondan asılı olduğunu anlayır və Azərbaycanla münasibətlərini hər hansı şəkildə korlamaq istəmir”.

Ermənistanın Beynəlxalq İnsan İnkişafı Mərkəzinin sədri Tevan Poğosyan da eyni mövqedədir: “2020-ci il sentyabrın 27-dən başlayaraq ölkəmizin təhlükəsizliyi sarsılıb və bugünə qədər getdikcə pisləşir. Bugünkü vəziyyətə əsasən isə sadəcə onu qeyd edə bilərik ki, ölkənin, eləcə də cəmiyyətin təhlükəsizliyini təmin etmək iqtidarında olmayan iflic dövlətə sahibik”. Poğosyanın sözlərinə görə, xüsusən sərhəd qoşunlarının və ya silahlı qüvvələrin öhdəlikləri haqqında Ermənistanın əsas qanunları icra edilmir:
“Mənə izah edə bilərsinizmi ki, niyə vasitəçilik vəzifəsi 102-ci hərbi bazanın komandiri tərəfindən yox, Qarabağdakı sülhməramlı qoşunların komandiri tərəfindən həyata keçirilir?”. Erməni mətbuatı da yazır ki, Kreml İrəvanı arxa plana atıb və bu, Ermənistan prezidenti Armen Sarkisyanın Rusiya səfəri fonunda özünü qabarıq büruzə verdi. Belə ki, erməni mediası 6 gün Rusiyada işgüzar səfərdə olan Sarkisyanın rəsmi şəxslər tərəfindən qəbul edilməməsini müəmmalı məqam kimi qiymətləndirib. “Vereleq” portalı bu xüsusda qeyd edir: “Ermənistan prezidenti Rusiyaya səfəri zamanı hansısa bir rus məmurla görüşə bilərdi. Amma kimsə ilə görüşmədi, qarşı tərəf də ölkəmizdə hazırkı vəziyyətlə maraqlanmadı”. İddia olunur ki, Armen Sarkisyan Rusiyada elə də xoş qarşılanmayıb. Hətta Rusiya rəsmiləri onunla görüşə maraqlı olmadıqlarını gizlətməyiblər. Bu səbəbdən Sarkisyan 6 günlük Rusiya səfərindən əliboş qayıdıb.

Samirə SƏFƏROVA

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ