Cümə günü, 02 oktyabr 2026
     

Sərhəd məsələsini siyasiləşdirməsi Paşinyana baha başa gəlir...

Image


Gələn ay Ermənistanda baş tutacaq növbədənkənar parlament seçkilərinə qədər bu ölkənin Azərbaycanla sərhəd məsələsi ətrafında süni gərginlik yaratmaqda davam edəcəyi proqnozlaşdırılır. Digər tərəfdən belə hesab edilir ki, Ermənistan beynəlxalq hüquq normaları çərçivəsində sərhədlərin müəyyən edilməsinə razılıq verməsə çox ciddi problemlərlə üzləşəcək.

Bu haqda danışmazdan öncə qeyd edək ki, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında təxribatçı açıqlama verərək, Zəngəzur dəhlizi məsələsini müzakirə etmədiyini və müzakirə etməyəcəyini deyib. O, Ermənistanın əlaqə yollarının blokadadan çıxarılması gündəminin müzakirəsinin tərəfdarı olduğunu, ancaq sözdə dəhliz məsələsini müzakirə etmədiyini və etməyəcəyini qeyd edib. Ermənistanın “Qraparak” nəşri yazır ki, bu açıqlama ilə Paşinyan Azərbaycan qarşısında öhdəliklərini pozub və elə sərhəd gərginliyi də bununla bağlıdır: “Xəbərlərə görə, Nikol Paşinyan Azərbaycana Tavuş vilayətində 9-12 kəndi və Kərkini, eləcə də Zəngəzurda Azərbaycanı Türkiyə ilə birləşdirəcək 2 dəhliz verməyi vəd edib. Bu fonda  Qaragöl yaxınlığında bərqərar olmuş azərbaycanlılar danışıqlar əsasında uzaqlaşmaq üçün əşyaları toplayıblar, lakin bir neçə saatdan sonra yenidən əşyalarını geri qoyublar və mövqe tutublar. Bəziləri bunu Paşinyanın Təhlükəsizlik Şurasının iclasındakı çıxışı ilə izah edib. Belə ki, onun çıxışında dəhliz haqqında heç bir söz olmayıb, bu da Azərbaycan tərəfini qəzəbləndirib. Onlar belə bir qərara gəliblər ki, Paşinyan öz öhdəliklərinə əməl etmirsə, biz də özümüzünkünə əməl etməyəcəyik”. Erməni siyasi ekspert Hakob Badalyan da bildirir ki, Təhlükəsizlik Şurasının iclasından sonra Nikol Paşinyanın “Facebook”da müəyyən sərhəd bölgələrində gərginliyin artması meylinin və Azərbaycan tərəfinin intensivləşmə əlamətlərinin olduğunu bildirməsi diqqət çəkir: “Bu, Nikol Paşinyanın Təhlükəsizlik Şurasının iclasında Ermənistanın dəhliz məsələsini müzakirə etmədiyi və müzakirə etməyəcəyinə dair açıqlamaları ilə əlaqəlidirmi? Eyni zamanda, Nikol Paşinyan “Facebook” yazısında Ermənistanın KTMT mexanizminin, Ermənistan-Rusiya qarşılıqlı hərbi yardım sisteminin işə salınmasını aktivləşdirdiyini bildirib. Beləliklə, danışıqlardan sonra mətbuatda müsbət nəticənin əldə edildiyi, azərbaycanlıların geri çəkiləcəyi barədə sızdırılan məlumatlar, ən azı, indiki məqamda rəsmi olaraq təsdiqlənmir, əksinə, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan yenidən gərginliyin artması meylinin olduğunu bəyan edir. Danışıqların müsbət siqnallarının olduğu bir vaxtda gərginliyi artırma meylinə çevrildiyi vaxt nə baş verib, yoxsa deyilən müsbət siqnallar yalan idi və müəyyən bir sayıqlığı azaltmaq məqsədi daşıyırdı? Həqiqətən çox sual var. Eyni zamanda, müsbət siqnallarla yanaşı, danışıqlarda guya Azərbaycan şərtlərinə və bu şərtlərin təmin edilməsinə, yəni Qaragöldə  hərbi dayaq məntəqələrinin olmasına, hər birində 60 əsgər saxlamasına və ya Kərki anklavının tələb edilməsinə dair sızmaların olduğunu da qeyd etmək lazımdır. Bu məlumat keçmiş hakim sistemi təmsil edən qüvvələr, xüsusən də Robert Köçəryanın rəhbərlik etdiyi blok və “Çiçəklənən Ermənistan” Partiyasının nümayəndələri tərəfindən yayılıb”.
Badalyan qeyd edir ki, Paşinyan bu vəziyyətə Təhlükəsizlik Şurasının iclasında toxunaraq, bunu birbaşa Azərbaycan təbliğatının yerli layihəsi çərçivəsində qiymətləndirib: “Nikol Paşinyanın bu məsələyə toxunması sırf təbliğat-siyasi xarakter daşıyırdı, yoxsa hakimiyyətə edilən hücumlara cavabdır, yaxud bu cür sızmaların danışıqlar nəticəsinin reallaşmasına mane olduğu barədə bir işarədir? Danışıqların davam etdiriləcəyi barədə açıqlama verilməsi də daxil olmaqla, bir çox sual var. Eyni zamanda, Nikol Paşinyan Ermənistanın Azərbaycanın sərhəd məsələlərini ikitərəfli həll etməsinə dair Bakı tərəfindən səsləndirilən yanaşmanı rədd etdiyini bildirib. İrəvanın arqumenti budur ki, ikitərəfli müzakirələr barədə düşünməyə imkan verən Ermənistan-Azərbaycan münasibətləri yoxdur. Eyni zamanda, Nikol Paşinyan üçtərəfli format barədə danışıb. Onun açıqlamaları ziddiyyətlə doludur”. Elə rus hərbu ekspert İqor Korotçenko da məsələyə bu prizmadan yanaşır: “Nikol Paşinyan faktiki olaraq öz seçki kampaniyasının aktiv mərhələsinin startındadır, ona görə də onun Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı KTMT-yə müraciəti sırf siyasi qərardır.

Bir tərəfdən, Paşinyan nümayiş etdirmək istəyir ki, erməni maraqlarının keşiyində dayanıb, digər tərəfdən fəal şəkildə ona hücum edən siyasi rəqiblərinin əlindən onların üstün mövqelərini almaq istəyir". Korotçenko xatırladıb ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Qarabağ üzrə üçtərəfli bəyanatla nəzərdə tutulmuş vacib məsələlərdən biri sərhədlərin demarkasiyasıdır. Onun sözlərinə görə, əsas olaraq SSRİ ordusunun Baş Qərargahının topoqrafik xəritələri götürülür, həmin xəritələrdə Azərbaycan SSR və Ermənistan SSR arasındakı inzibati sərhədin xətləri kifayət qədər aydın göstərilib. Ekspert hesab edir ki, bu gün bu proses ətrafında qaldırılmış hay-küy yersiz siyasiləşdirmədir və Azərbaycan sonda istəyinə nail olacaq.

Ramil QULİYEV

 

 


 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ