Əhliman Əmiraslanov ölkəmizdə səfərdə olan türkiyəli həmkarı ilə görüşdü - FOTO

img

Mayın 17-də Milli Məclisin inzibati binasında Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov ölkəmizdə səfərdə olan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşüb.

Baki-xeber.com-un xəbərinə görə, işçi qrupun rəhbəri, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Türkiyə-Azərbaycan əlaqələrindən danışaraq bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, təhsil, səhiyyə sahələrində yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın, eləcə də parlamentlərarası əlaqələrin inkişafında prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətləri mühüm rol oynayır. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir. Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərir.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım isə bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir. Ölkələrimiz arasındakı yüksək səviyyəli əməkdaşlığı qeyd edən Şamil Ayrım, xüsusilə parlamentlərarası əlaqələrin uğurlarından danışıb.

Son xəbərlər