Lavrov: "Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi üçün heç bir səbəb yoxdur"

img

Rəsmi Moskva sərhədlərin demarkasiya məsələsində Azərbaycan və Ermənistana yardım etməyə hazırdır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya xarici işlər naziri Zəngəzurdakı (Sunik) vəziyyətə də toxunub.

O, qeyd edib ki, emosiyaların qızışıdırılmasına ehtiyac yoxdur.

“Orada heç bir atəş açılmayıb, heç bir qarşıdurma baş verməyib. Oturdular, sakitcə bu vəziyyəti necə həll edəcəyi barədə danışıqlara başladılar. Bizdən kömək istədilər, hərbçilərimiz kömək göstərdilər, razılaşma əldə edildi. Müntəzəm olmayan, lakin rahatlıqla tənzimlənən bu məsələdə emosiyaları qızışdırmaq üçün bir səbəb görmürəm”, - deyə Lavrov Syerra-Leonenin xarici işlər naziri Devid Con Frensislə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

Nazir eyni zamanda bildirib ki, Rusiya sərhədlərin delimitasiyası və demarkasiyasında Azərbaycan və Ermənistana yardım etməyə hazırdır: “Biz tərəflərə delimitasiya və demarkasiya işlərinə başlamağı təklif etmişik. Biz kartoqrafiya materialları və məsləhətləşmə xidmətləri təqdim etməklə onlara yardım etməyə hazırıq”.

Son xəbərlər