"Cənub Qaz Dəhlizi"nin genişlənməsi dayanıqlı bazar tələbindən asılı olacaq - Avropa Komissiyası

img

"Cənub Qaz Dəhlizi"nin genişlənməsi dayanıqlı bazar tələbindən asılı olacaq. Bu barədə Trend-ə Avropa Komissiyasından bildiriblər.

Qeyd olunub ki, hazırda layihənin genişləndirilməsi üçün uyğun mənbələr barədə danışmaq tezdir, çünki bu, bir sıra amillərdən asılı olacaq: ""Cənub Qaz Dəhlizi"nin genişlənməsi dayanıqlı bazar tələbindən və bazar sınaqlarının nəticələrindən asılı olacaq. Trans-Adriatik boru kəməri (TAP) konsorsiumu bu yay bazar sınağı keçirməyi planlaşdırır. Nəticədən asılı olaraq Xəzər dənizindən əlavə qaz həcmləri "Cənub Qaz Dəhlizi" vasitəsilə nəql oluna bilər".

Son xəbərlər