Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Brüsseldə NATO rəhbərliyi ilə danışıqlar aparacaq.
“Bu gün, 17 may 2021-ci il tarixində NATO baş katibinin müavini Mirça Coane Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşəcək. Görüş NATO-nun mənzil-qərargahında baş tutacaq”, - deyə alyansın məlumatında bildirilir.