Cümə günü, 02 oktyabr 2026
     

Ermənistan “Metsamor”u daha böyük təhdid mənbəyinə çevirir...

Image


Dəfələrlə edilən çağırışlara rəğmən, Ermənistan hakimiyyəti hələ də “Metsamor” Atom Elektrik Stansiyası (AES) ilə bağlı təhlükəli fəaliyyətini davam etdirmək niyyətindədir. Belə görünür ki, bu stansiya ən azı 2026-cı ilə qədər fəaliyyətini davam etdirəcək. Hətta İrəvan daha sonra stansiyanın işinin əlavə 10 il də uzadılmasını istisna etmir.

Son məlumatalara əsasən, bu AES-də başlanılan “genişmiqyaslı” profilaktik-təmir işləri ilə bağlı stansiya 141 gün müddətinə işini dayandırır. AES-in rəsmi açıqlamasında deyilir ki, bu, stansiyanın İkinci enerji blokunun istismar müddətinin uzadılması ilə bağlı davam edən layihə-plan işlərinin tərkib hissəsidir: "Stansiyanın modernləşdirilməsi və istismar müddətinin uzadılması layihəsi çərçivəsində AES-də əsas plan-profilaktik təmir başlayıb. Ermənistan AES-in işi 141 gün dayanacaq, bu, layihənin başlanmasından bəri ən uzunmüddətli plan-profilaktik təmirdir". Plana görə, enerji bloku 2 oktyabr tarixində işə salınmalıdır. Ermənistan hökumətinin proqramı "Metsamor"un istismar müddətinin 2026-cı ilə qədər uzadılmasını nəzərdə tutur. Beləliklə, təmir işləri aparmaqla ermənilər “Metsamor”un yenidən fəaliyyətinin davam etdirilməsinin mümkünlüyünü əsaslandırmağa çalışırlar. Halbuki, atom elektrik stansiyasının işlədilməsi hər bir dövlət üçün bahalı işdir. Ermənistan isə belə maddi imkanlardan məhrumdur. Ona görə də Ermənistanın bu stansiyanı nə dərəcədə təhlükəsiz işlətməyə qadir olması sual altındadır. Burada bir daha xatırladaq ki, “Metsamor” AES Çernobılda istifadə edilən oxşar texnologiya ilə inşa edilib və reaktoru ikinci qoruyucu təhlükəsizlik örtüyü olmadan fəaliyyət göstərir. Bu cür fəaliyyət regionda ekoloji təhlükəsizliyə ciddi təhdid mənbəyi olaraq qalır. AES-də hər hansı qəza baş verərsə, yalnız Ermənistanın deyil, bütün Cənubi Qafqaz, Yaxın Şərq ölkələrinin və Avropanın müəyyən hissəsinin də ciddi ziyan görəcəyi proqnozlaşdırılır. Bu səbəbdəndir ki, Avropa Komissiyasının işçi qrupunun Ermənistanla tərəfdaşlıq sazişinin 2020-ci ildə icra olunmasına dair hesabatında da qeyd edilir ki, nüvə təhlükəsizliyinə dair beynəlxalq standartlara uyğun yenidən qurula bilmədiyinə görə “Metsamor” AES ən tez bir vaxtda bağlanmalıdır. Daha əvvəl Avropa İttifaqı də təhlükəsizlik səbəbindən “Metsamor” AES-in ən qısa vaxtda bağlanmasının vacibliyi haqda Ermənistan qarşısında bir neçə dəfə məsələ qaldırıb. Hətta bu, Ermənistanla Avropa İttifaqı arasında “Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında” sazişin əsas bəndlərindən biri kimi qoyulub. Bundan başqa, stansiyanın fəaliyyəti dayandırılacağı halda Avropa İttifaqı Ermənistana 200 milyon avro ayıracağını vəd edib. Qərbdə nəzərə alırlar ki, “Metsamor” AES istismar müddətini başa vurub və təkcə Qafqaz regionu yox, eləcə də Avropanın özü üçün çox ciddi təhlükə mənbəyidir. Bu səbəbdən stansiyanın fəaliyyətinin uzadılması ilə bağlı Ermənistanın inadkarlığı Avropanı da ciddi narahat edir. Rəsmi Brüssel Ermənistana ekoloji cəhətdən təmiz enerji istehsalının inkişaf etdirilməsi üçün ABŞ və avropalıların çoxmilyonlu sərmayəsini və yardımını təklif edib. Lakin Ermənistan bütün bunlardan imtina edərək, “Metsamor” AES-in fəaliyyətini davam etdirməkdə israrlıdır. Seysmik cəhətdən fəal zonada inşa edilən “Metsamor” AES nüvə qaçaqmalçılığı baxımından da ciddi təhdid mənbəyidir. Buradan radioaktiv maddələrin qaçaqmalçılıq yolu ilə çıxarılması və satışına dəfələrlə cəhdlər edilməsi də qeyd edilənlərin təsdiqidir. Onu da qeyd edək ki, sovet dövründə stansiyanın radioaktiv tullantıları Rusiyaya aparılıb. İndi isə tullantılar stansiyanın yaxınlığında saxlanılır. Radioaktiv maddə və tullantıların saxlanıldığı anbarlara isə ciddi nəzarət yoxdur. Bundan istifadə etməyə çalışan bəzi Ermənistan vətəndaşları radioaktiv maddələrin Gürcüstan üzərindən satışını həyata keçirməyə çalışır. Bu da, ekspertlərin qeyd etdiyi kimi, Gürcüstanın radioaktiv maddələrin boşaltma-yüklənmə məntəqəsinə çevrilməsi təhlükəsini yaradır. Belə radioaktiv maddələrin terrorçulara satılması da istisnalıq təşkil etmir. Təhlükəsizlik tələblərinə cavab vermədiyindən və nüvə qaçaqmalçılığı mənbəyinə çevrildiyindən, “Metsamor” AES-in bağlanması üçün dünya ictimaiyyətinin daha qətiyyətli addımlar atması artıq ciddi zərurət kimi çıxış edir. Hesab edilir ki, Rusiya da “Metsamor” AES-in fəaliyyətinin uzadılması istiqamətində Ermənistanla əməkdaşlıqdan imtina etməli, bu təhlükəli stansiyanın işinin dayanmasına çalışmalıdır. İlk növbədə o baxımdan ki, stansiyada mümkün qəzadan əziyyət çəkən ölkələrdən biri də məhz Rusiya olacaq. Digər tərəfdən “Metsamor” AES-dən qanunsuz yolla çıxarılan radioaktiv maddələrin terrorçuların əlinə düşəcəyi halda, ondan hazırlanacaq “çirkli bombalar”ın Rusiyaya qarşı istifadə ehtimalı da yüksəkdir. İlk növbədə o baxımdan ki, Rusiya beynəlxalq terrorçuluğa qarşı mübarizə aparan ölkələrdən biridir. Mövcud reallıq tələb edir ki, Rusiya, Avropa dövlətləri, ümumiyyətlə dünya ictimaiyyəti  “Metsamor” AES-in fəaliyyətinin dayandırılması üçün Azərbaycanın, Türkiyənin çağırışlarına adekvat reaksiya versin, əməli addımlar atsınlar. Əks halda “Metsamor” AES-dən gələn təhlükədən region və dünya ölkələrinin bir çoxu sığortalanmayıb.

Tədqiqatlar göstərir ki, Ermənistan ərazisi kifayət qədər yüksək seysmik aktivliklə səciyyələnir. “Metsamor” AES-in seysmiklik cəhətdən çox təhlükəli ərazidə yerləşməsi isə burada qəza ehtimalını daha çox artırır.

Nahid SALAYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ