Azərbaycan Prezidenti bir məscid, bir xristian kilsəsinin timsalında növbəti dəfə unikal tolerantlıq nümunəsi yaratdı...

Aydın Mirzəzadə: “Azərbaycanda multikultural dəyərlərə yüksək qiymət verilir”

img

Məlum olduğu kimi, mayın 12-də Şuşada Prezident İlham Əliyev tərəfindən yeni məscidin təməli qoyulub.

Mayın 15-də isə Prezident İlham Əliyev Qəbələ rayonuna səfərə gəlib. Dövlət başçısı Qəbələdə bir sıra yeni obyektlərin açılışında iştirak edib.

Qısa müddət ərzində Prezident İlham Əliyevin həm məscidin təməlqoyma mərasimində iştirak etməsi, eyni zamanda, Qəbələdə alban kilsəsini ziyarət etməsi Azərbaycanda multikulturalizmin bariz nümunəsi sayıla bilərmi?

  • “Prezident İlham Əliyevin Şuşada məscidin təməlqoyma mərasimində iştirakı və Qəbələdə isə alban kilsəsini ziyarət etməsi, həmçinin, alban dilində kitabların nəşr olunması barədə göstərişlərin verilməsi...

Millət vəkili Aydın Mirzəzadə “Bakı-Xəbər”ə  açıqlamasında qeyd etdi ki, Prezident İlham Əliyevin son səfərləri dini inanclı insanlara hörmətlə yanaşdığını göstərir: “Bu əvvəldən də belə idi. Azərbaycan cəmiyyəti müxtəlif dinləri normal qəbul edir. Ulu öndər Heydər Əliyev və ölkə başçısı İlham Əliyevin hakimiyyəti dövründə də dövlət-din münasibətləri hər zaman yüksək səviyyədə olub. Bura dini abidələrin qorunması, təmir edilməsi və digərlərini əlavə etmək olar.

Bir neçə gün öncə Prezident İlham Əliyevin Şuşada məscidin təməlqoyma mərasimində iştirakı, eyni zamanda, Qəbələdə isə alban kilsəsini ziyarət etməsi, həmçinin, alban dilində kitabların nəşr olunması barədə göstərişlərin verilməsi multikulturalizmin bariz nümunəsidir. Məlumdur ki, Azərbaycanda multikultural dəyərlərə yüksək qiymət verilir. Azərbaycanda dini abidələrin qorunması dövlətin diqqət mərkəzindədir. Azərbaycan dini abidələri qorumağa və bərpa etməyə hazırdır”.

Günel CƏLİLOVA

Son xəbərlər