şənbə günü, 03 oktyabr 2026
     

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar - FOTO / YENİLƏNDİ

Image


Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar.

Baki-xeber.com xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kilsədə görülən işlər barədə məlumat verildi:

- Müqəddəs Məryəm Ana kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanmış və 2020-ci ilin noyabr ayında 44 günlük müharibə zamanı bərpa işləri başa çatdırılmışdır. Buyurun, ilkin vəziyyəti ilə tanış ola bilərsiniz.

Prezident İlham Əliyev: Bu vəziyyətdə idi?

- Bəli.

Prezident İlham Əliyev: Gümbəzi də yox idi, uçmuşdu.

-Bəli, uçmuşdu. Yenidənqurma zamanı tikilinin 50 faizə yaxın kərpicləri, daşları bərpa olunmuşdur.

Prezident İlham Əliyev: Salam.

- Bizim əziz Prezidentimiz, xoş gəlmisiniz. Məryəm Ana Kilsəsinə xoş gəlmisiniz. Allah Sizi qorusun, Allah Azərbaycanı qorusun.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

-Həmçinin həyətyanı sahə abadlaşdırılmış, sahəsi hasarlanmış, bulaq və üç gölməçə yaradılmışdır.

Prezident İlham Əliyev: Bulaq haradadır? Burdadır?

-Bəli.

Prezident İlham Əliyev: Salam.

- Salam, xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Sağ olun.

-Kilsənin tavanı, döşəməsi dəyişdirilmişdir. Kilsənin aşağı hissəsi XII əsrdə tikilmişdir, Siz onların dağıntılarını da görə bilərsiniz. Biz onların bəzilərini bərpa etmişik. İkinci hissənin tikintisi isə 1898-ci ildə davam etdirilmişdir və bərpa olunmuşdur.

Prezident İlham Əliyev: Uçmuş vəziyyətdə idi.

-Çox pis vəziyyətdə idi. Bərpa zamanı işlər Afina memarlığına uyğun olaraq aparılmışdır. Həm daxili, həm xarici tərtibata heç bir xələl gətirilməmişdir. Biz çalışmışıq ki, o vaxt tikinti zamanı istifadə olunan inşaat materiallarından istifadə edək.

Prezident İlham Əliyev: Yəni o vaxt bu kərpiclərlə inşa edilmişdi?

-Bəli, 1898-ci ildə tikilmişdir. Biz bu kərpiclərin təqribən 50 faizini dəyişdirmişik, ancaq köhnə kərpiclərdən istifadə etmişik.

Prezident İlham Əliyev: Mənə Leyla danışmışdı ki, burada olarkən söhbət əsnasında bu kilsə ilə bağlı məsələ qaldırıldı. O da Bakıya gələn kimi dərhal bu məsələni qaldırdı və ondan sonra bərpa işlərinə start verilmişdir. Bildiyiniz kimi, İkinci Qarabağ müharibəsi dövründə bu kilsənin açılışı olmuşdur.

-Bəli, ayın 7-də açılışı oldu.

Prezident İlham Əliyev: Bəli, yenidən açılışı olmuşdur.

-Bizim müdrik Prezidentimiz, Leyla xanım tək Sizin qızınız deyil, o, bizim də qızımızdır, Udi qızıdır. Bəli, bir xahişimizlə bu kilsəni bizə hədiyyə etdi. Pandemiyaya, 44 günlük müharibəyə baxmayaraq, burada bərpa işləri bir gün də dayanmadı. Burada doqquz xalqın nümayəndələri çalışıblar. Çox sağ olun. Təşəkkürümüzü bildiririk.

Prezident İlham Əliyev: Udi xalqının çox böyük tarixi mirası var. İndi həm Qəbələ rayonu ərazisində və eyni zamanda, azad edilmiş torpaqlarda siz gedib ibadət edirsiniz - həm Xudavəngdə, həm Ağoğlanda. Orada udi xalqına məxsus olan digər məbədlər də var. Onların böyük hissəsi dağılmış, ya da ki, yarıdağılmış vəziyyətdədir. Ona görə, onları da bərpa edəcəyik. Siz o kilsələrə də gedəcəksiniz. Siz Xudavəngdə bir neçə dəfə olmusunuz.

-Olmuşuq. Biz Laçından, Ağoğlan kilsəsindən ayın 11-də gəlmişik. Cənab Prezident, yeddi dəfə səfərimiz olub.

Prezident İlham Əliyev: Çox yaxşı, bundan sonra da olacaq. Çünki bu, böyük bir tarixi irsdir, bizim mirasımızdır. Bu günlərdə Şuşada “Xarıbülbül” festivalında udi xalqının nümayəndələri çıxış etmişlər və orada sizdən olan nümayəndə də var idi. Bu da bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Uzun fasilədən sonra Şuşada təşkil edilmiş “Xarıbülbül” festivalının ilk günündə Azərbaycanda yaşayan xalqların nümayəndələri səhnəyə çıxmış və öz mədəniyyətlərini nümayiş etdirmişlər. Eyni zamanda, biz hamımız birliyimizi nümayiş etdiririk və bu kilsənin bərpa edilməsi də bizim birliyimizi təcəssüm etdirir.

-Bəli, sağ olsun Heydər Əliyev Fondunun işçiləri. Sizə öz təşəkkürümüzü bildiririk. Çox gözəl bərpa işləri görüblər. Biz bayramınızı təbrik edirik.

Prezident İlham Əliyev: Sağ olun. Gedək baxaq.

-Cənab Prezident, burada bəzi daşlar XII əsrdən qaldığına görə....

Prezident İlham Əliyev: Qədim daşlardır.

-Bəli, qədim daşlardır. Biz Türyançaydan daşları tapdıq, onları kəsdik. Həmçinin kərpicləri. Çilçıraqlar, işıqlandırılma - hamısı qədim konsepsiyaya uyğun yaradılıb.

Prezident İlham Əliyev: Bəli, o stildə yenidən işlənib.

-Cənab Prezident, Müqəddəs Məryəm Ana kilsəsi Azərbaycanda ən böyük kafedral kilsədir. Alban kilsələrinin tərtibatı çox zaman çox geniş olmayıb.

Prezident İlham Əliyev: Bəli, sadə olub.

- Sadə olub. İkonalar olmayıb, çox sadə olub.

Prezident İlham Əliyev: Sovet vaxtında necə istifadə olunub?

- Bura kolxoz dövründə fındıq anbarı idi.

Prezident İlham Əliyev: Sonra müstəqillik dövründə burada bir kilsə bərpa edilmişdi.

- Bəli, Tur Heyerdal gələndə Mədəniyyət Nazirliyi və Norveç humanitar təşkilatı tərəfindən bir kilsə bərpa olundu. O kilsə Ümummilli Liderin vaxtında bərpa olundu. Bu kilsə isə bizim Leyla xanımın dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən bərpa edildi.

Prezident İlham Əliyev: Kiş kəndindəki kilsə deyəsən bundan kiçikdir.

-Çox kiçikdir, o birinci kilsədir, balacadır. Ən birinci, qədim kilsədir. Cənab Prezident, biz kilsəni alban, ortodoks konsepsiyasına uyğun olaraq bərpa etdik. Ermənilər özününküləşdirmişdilər. Adətən ermənilərdə Qriqoryan kilsəsində altar hissə daha hündür olur. Albanlarda isə 3 pilləkəndən ibarətdir. Bu, memarlıqda əsas elementdir. Biz onun üstünü açanda gördük ki, ermənilər bunun üstünü bağlayıblar. Biz bunları, alban xaçını təmizlədik.

Prezident İlham Əliyev: Bu, alban xaçıdır?

- Bəli, altarı da sementlə bağlamışdılar. Çöl tərəfdən naxışların hamısını bağlamışdılar. Ümumiyyətlə, alban kilsəsi erməni kilsəsindən fərqlidir. Simvollar da fərqlidir.

Prezident İlham Əliyev: Bilirəm, XIX əsrdə bütün alban tarixi mirasını özününküləşdirmək istəmişdilər.

-Çalışıblar.

-Prezident İlham Əliyev: Sizin əlinizdən almışdılar.

-Bəli, biz, sadəcə, imtina edib saxladıq. Bizi erməniləşdirmək istəyirdilər, etnos kimi erməniləşdirmək istəyirdilər.

Prezident İlham Əliyev: Bilirəm, onların məqsədi o idi.

-Bəli, çalışırdılar ki, biz əriyək.

Prezident İlham Əliyev: Bəli, elədir, bilirəm.

-Cənab Prezident, çox maraqlı bir fraqmenti də Sizə göstərim, burada tapılan əlyazmalardır, dünyanın ən məşhur linqvistləri tərcümə edib, alban əlifbasıdır.

Prezident İlham Əliyev: Hansı, budur?

-Bəli, görürsünüz, çox maraqlıdır, özü də udi dili əsasında 9 dilə tərcümə ediblər. Bu, onu göstərir ki, albanların öz əlifbası erməni kilsəsindən qabaq olub. Bu məşhur Avropa alimləri tərəfindən təsdiq olunmuşdur. Hər bir vərəqi orijinaldır. Mən özüm Sinayda olmuşam, görmüşəm. Məşhur linqvistlər adlar çəkir, görürsünüz bunlar orijinaldır.

Prezident İlham Əliyev: Bu əlifbanı təbliğ etmək, öyrənmək lazımdır.

- Alimlər bu kitabı orijinaldan 9 dilə tərcümə ediblər.

Prezident İlham Əliyev: Siz indi gərək Mədəniyyət Nazirliyi ilə birlikdə bu əlifbada kitablar da dərc edəsiniz, uşaqlar da bu əlifbanı bilsinlər ki, bu, bərpa olunsun. Çünki bu əlifba demək olar ki, istifadə olunmur. Ona görə, gərək bərpa edək. Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu ilə birlikdə.

- Surətini vermişik.

Prezident İlham Əliyev: Məşğul olun, bu əlifbada kitablar da dərc olunsun və uşaqlar da bu əlifbanı bilsinlər ki, bu əlifbanı biz bərpa edək.

-Cənab Prezident, bizim müqəddəs kitab birinci dəfə latın dilinə tərcümə olunub, onu Sizə hədiyyə edirik. Birinci dəfədir, hələ heç təqdimatını etməmişik. Müqəddəs kitabdır.

Prezident İlham Əliyev: Alban dilində?

-Bəli, özümüz tərcümə etmişik. Özü də Rafik müəllim tərcüməçidir. Biz burada 49 hərfdən istifadə etdik.

Prezident İlham Əliyev: 49 hərf var?

-Qədim 52-dir, biz bunu 49 etdik ki, kompüterdə işləmək üçün yüngül olsun. Burada bizim məktəblərdə latın dili əsasında 4-cü sinfə kimi ana dili dərsi keçirilir.

Prezident İlham Əliyev: Çox yaxşı, alban dili də yaşasın, bütün udilər bilməlidirlər.

-Udilər hamısı bilirlər, xüsusən Azərbaycan dilini çox gözəl bilirlər.

Prezident İlham Əliyev: O, öz yerində, Azərbaycan dili dövlət dilidir. Amma, alban dili təkcə məişətdə yox, burada udilər arasında geniş istifadə olunmalıdır.

-Müqəddəs kitablar buraxırıq, təqvimlər buraxırıq. Bunları yavaş-yavaş bərpa edirik.

Prezident İlham Əliyev: Çox yaxşı.

-Cənab Prezident, Siz noyabrın 24-də Ağdam məscidinin önündə olandan dörd gün sonra mən də orada idim, Robert müəllim də orada idi. Siz bütün dünyaya bəyan etdiniz ki, işğaldan azad olunmuş torpaqlarda biz kilsələri, məscidləri, monastırları bərpa edəcəyik, udi qardaşlar buraya gələcəklər. Siz bizi yaşatdınız. Biz oraya getdik, cənab Prezident. Biz Xocavəndə, Tuğa da getdik. Necə dediniz ki, qardaşlar buraya gələcəklər, bəli, biz gəldik.

Prezident İlham Əliyev: Elədir, tarixi ədalət bərpa edildi.

- Sizə cansağlığı, uzun ömür arzulayırıq, Allah Sizi və ailənizi qorusun. Biz bu kilsədə də, bizim Yelisey adına kilsədə də, Qarabağda da daim dua edirik.

Prezident İlham Əliyev: Sağ olun, bütün udi qardaşlarımıza, bütün icma nümayəndələrinə salamlarımızı çatdırın. Siz bilirsiniz, mən birinci dəfə deyil buradayam, üçüncü dəfədir. İkinci dəfə gələndə məktəbin açılışı oldu.

-Bəli, çox gözəl yadımızdadır. Məktəbdə olduq.

Prezident İlham Əliyev: İndi mənə dedilər ki, bir məktəbin də təmirinə ehtiyac var. 1968-ci ildə tikilmiş məktəb yararsız vəziyyətdədir. O göstərişi də verəcəyəm. Sərəncam da imzalanacaq ki, o məktəbi də bərpa edək. Lazım olan bütün başqa işlər də görüləcək. Mən hər zaman sizin yanınızdayam.

-Çox sağ olun. İki məktəbimiz var, hansı ki, yaşı 150 ildən çoxdur.

Prezident İlham Əliyev: İki məktəb?

-Bəli. Çox gözəl etnoqrafik muzeyimiz var.

Prezident İlham Əliyev: Təmirə ehtiyacı olan iki məktəbdir, yoxsa, bir məktəb? Mənə 4 nömrəli məktəb dedilər.

-İki.

Prezident İlham Əliyev: Biri hansıdır?

-Bir nömrəli məktəb.

Prezident İlham Əliyev: Bir və dörd.

-Bəli. Həmin məktəbin həyətində kilsə də var. Amma bir nömrəlinin yaşı 150-dən çoxdur.

Prezident İlham Əliyev: O biri məktəblərin vəziyyəti necədir?

-O da pisdir.

Birinci xanım Mehriban Əliyeva: Mən tapşıraram Heydər Əliyev Fondunun xətti ilə təmir olunsun.

-Bir məktəb 1972-ci ildə tikilib. Cənab Prezident, bizim gənclər üçün gələcəkdə bir idman kompleksinə böyük ehtiyac var.

Prezident İlham Əliyev: Təşkil edərik. Orada kənddə yer var?

-Həmin məktəbin həyətində yer var.

Prezident İlham Əliyev: O, bir nömrəli məktəbdir?

-Bəli.

Prezident İlham Əliyev: Bir nömrəli məktəbin təmiri, idman kompleksi ilə bağlı işləri yəqin ki, Heydər Əliyev Fondu görəcək. Dörd nömrəli məktəbdə isə təmir işləri dövlət xətti ilə həyata keçiriləcək.

- Həmin kilsənin həyətində.

Prezident İlham Əliyev: Mən olduğum kilsənin həyətində?

-Bəli.

Prezident İlham Əliyev: Gedək, oraya baxaq.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ