ABŞ Dövlət Departamenti Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi azaltmağa çağırıb.
Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays özünün Twitter hesabında yazıb.
“Ermənistan-Azərbaycan sərhədinin demarkasiya aparılmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyirik. Tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşürük, vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırırıq”, - Prays qeyd edib.