Ceyhun Bayramovun ATƏT-in fəaliyyətdə olan sədri ilə telefon danışığı olub

img

Mayın 13-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən baki-xeber.com-a bildiriblər ki, tərəflər Azərbaycan və Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Üçtərəfli bəyanatlara riayət olunmasının vacibliyi vurğulanıb.

Son xəbərlər