İran prezidentliyinə namizəd: "Tehran Qarabağ münaqişəsinin nizamlanmasında vacib rol oynaya bilərdi, lakin bunu etmədi"

img

"İran Azərbaycan və Ermənistanla həmsərhəddir və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vacib rol oynaya bilərdi, lakin bunu etmədi, Dağlıq Qarabağa dair son danışıqlarda iştirak etmədi".

Bunu İran İslam Respublikası prezidentliyinə namizəd, İran Xarici İşlər Nazirliyinin sabiq rəsmi təmsilçisi, bu ölkənin Polşa, Litva və Qazaxıstandakı keşmiş səfiri Ramin Mehmanpərəst Sputnik İran-a müsahibəsində deyib.

R.Mehmanpərəst bu məsələdə hökumətin xarici siyasəti ilə razı olmadığını deyib.

"İran güclü regional oyunçudur. Bütün qonşu ölkələrdə, o cümlədən Azərbaycan və Ermənistanda təhlükəsizlik bizim üçün vacibdir və bu məsələ strateji xarakter daşıyır. İran mütləq regional mübahisə və münaqişələrin nizamlanmasında iştirak etməlidir, lakin təəssüf ki, beynəlxalq siyasətin bu strateji xətti İran XİN-də diqqətə alınmayıb..." - Mehmanpərəst əlavə edib.

O qeyd edib ki, bunun əvəzində ölkə rəhbərliyi diplomatiyanın bütün gücünü İranın nüvə proqramına dair Birgə hərtərəfli fəaliyyət planı üzrə danışıqlara yönəldib.

Son xəbərlər