Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşada “Xarı Bülbül” otelinin nəzdindəki 48 mənzilli korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olublar.
Baki-xeber.com xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma korpusda və kotteclərdə görülən işlər barədə məlumat verildi. Qeyd olundu ki, bu obyektlər də müasir səviyyədə yenidən qurulub.