Prezident İlham Əliyevin Naxçıvana budəfəki səfəri daha məzmunlu tarixi hadisədir

Azər Həsrət: “...çox ciddi ismarıclar verdi”

img

Məlum olduğu kimi, Prezident İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfər edib.

Prezident Naxçıvanda olarkən bildirib ki, tarixi zəfərdən sonra bu, atasının birinci doğum günüdür. Ona görə, ənənəvi olaraq, Ümummilli Liderin məzarını ziyarət edəndən sonra onun vətəninə - Naxçıvana gəlib: “Hesab edirəm ki, bu səfərin çox böyük rəmzi mənası var. Qeyd etdiyim kimi, mən 15-ci dəfədir ki, Naxçıvana gəlirəm”.

Beləliklə, Qarabağ zəfərindən sonra Prezident İlham Əliyevin ilk səfəri Naxçıvana oldu. Qarabağ qələbəsindən sonra Prezidentin Naxçıvan səfəri necə dəyərləndirilə bilər və bu səfərin əvvəlki səfərlərdən nə kimi fərqləri var?

  • “Torpaqlarımız işğaldan azad edildikdən sonra ulu öndər Heydər Əliyevin ad günündə Prezidentin ilk səfərinin Naxçıvana olmasının böyük mənası var”

Ekspert Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, mayın 10-da ölkə başçısının Naxçıvana səfər etməsi təsadüfi deyil: “Torpaqlarımız işğaldan azad edildikdən sonra ulu öndər Heydər Əliyevin ad günündə Prezidentin ilk səfərinin Naxçıvana olmasının böyük mənası var. Həmçinin, mayın 10-da axşam saatlarında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya gəldi. Cənab Prezident Lavrovun səfər öncəsi Naxçıvana gedərək oradan çox ciddi ismarıclar verdi. Özəlliklə Ermənistan-Azərbaycan münasibətləri, Zəngəzur dəhlizi ilə bağlı konkret açıqlamalar verdi. Prezident Naxçıvanda olarkən dəhlizin açılması barədə qətiyyətli mövqeyində bir daha israr etmiş oldu. Həmçinin, ölkə başçısı Naxçıvanda olarkən bir sıra açılışlar etdi. Prezident Naxçıvan səfərində bir daha açıq şəkildə bəyan etdi ki, Qarabağ məsələsində nöqtə necə qoyulubsa, elə də davam edir”.

Günel CƏLİLOVA

Son xəbərlər