Qarabağda vəziyyətin normallaşması üçün əsas amil üçtərəfli bəyanatın bütün şərtlərinin icrasıdır - Sergey Lavrov

img

İkinci Qarabağ müharibəsindən sonra regionda vəziyyətin normallaşması üçün əsas amil üçtərəfli bəyanatın bütün şərtlərinin icrasıdır.

Trend-in məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla mətbuat konfransında deyib.

O qeyd edib ki, 2020-ci ilin noyabrında əldə olunmuş razılaşmalar vəziyyətin tənzimlənməsi üçün bütün zəruri şərtləri əhatə edir və regionda təxminən 30 il bağlı qalmış kommunikasiyaların bərpasına yönəlib:

"Hərbçilərimiz Azərbaycan tərəfi ilə sıx təmasda fəaliyyət göstərir. Ümumilikdə, biz onların işini müsbət qiymətləndiririk. Onlar dinc həyatın bərpasına xidmət edir".

Son xəbərlər