şənbə günü, 03 oktyabr 2026
     

Şuşada Vaqifin məqbərəsinin açılışında Heydər Əliyev erməni şair Qabrielyanın təklifinə necə cavab verdi… - FOTO

Image


“Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhəri hələ ötən əsrin 70-80-ci illərindən böyük qayğı ilə əhatə olunmuşdu. Xalqımızın ümummilli lideri Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycan KP MK və Nazirlər Sovetinin "Şuşa şəhərində kurort kompleksini daha da inkişaf etdirmək tədbirləri haqqında" birgə qərarı var idi.

Həmin qərarda Şuşadan olan görkəmli şəxsiyyətlərin ev-muzeylərinin, xalça muzeyinin yaradılması, Molla Pənah Vaqifin məqbərəsinin tikintisi, abadlıq işləri üçün ayrılan vəsaitin hər il əhəmiyyətli dərəcədə artırılması, Şuşa Dram Teatrının yaradılması, Qarabağ İpək Kombinatının və Bakı Radio Zavodunun filiallarının açılması, turist bazasının və yeni məktəblərin tikintisi nəzərdə tutulurdu. Həmin qərardan sonra Şuşanın qorunması, bərpa və inkişafı sahəsində bir sıra vacib tədbirlər görüldü, bərpa idarəsi yaradıldı. Cıdır düzündə Molla Pənah Vaqifin qəbri üzərində ağ mərmərdən möhtəşəm məqbərə ucaldıldı. Kurort şəhərinə mineral su xətti çəkildi. Müalicə, sağlamlıq, maarif-mədəniyyət ocaqlarının tikintisi sürətləndirildi. Cıdır düzü - Topxana kanat yolunun layihəsinin hazırlanması gündəmə gəldi.

  • Əli Mahmud: “Tarixi şəhərin yeni növrağı hələ irəlidədir”

Həmin dövrdə Şuşada “Poeziya evi” yaratmaq rayonda çıxan “Şuşa” qəzetinin redaktor müavini, şair-publisist Əli Mahmuda tapşırılıb. O bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbət edərkən deyib: “Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışına hazırlıq görüldüyü bir vaxtda Mamayı məscidində “Poeziya evi” yaratmaq tapşırığı verilmişdi. Şuşa Abidələri Bərpa İdarəsinin rəisi İlham Fətəliyevin köməyi ilə qısa müddətdə məscid bərpa edildi, onun içərisi üçün avadanlıq, xalı-xalça alındı. Şərq Musiqi Alətləri fabrikində düzəldilmiş və milli naxışlarla bəzədilmiş əşyalar “Poeziya evi”nə xüsusi gözəllik verir, tarixilik baxımından muzeyi xatırladırdı.

Nəhayət, şuşalıların böyük arzu və istəklə gözlədikləri gün gəldi. Dağlar qoynunda qərar tutmuş Şuşaya xalqımızın ümummilli lideri Heydər Əliyevin gəlişi şəhər əhalisi və qonaqlar tərəfindən böyük sevgi ilə qarşılandı. Axşamdan yağan gücü qar yol-rizi bağlamışdı. Küçələrdən qar təmizlənsə də, əsən külək yenidən yolları ağ örpəyə bürümüşdü. Ulu öndər Heydər Əliyevin əyləşdiyi maşın “Bazar başı” meydanına qalxan yolda qarın çoxluğundan hərəkət edə bilmədi. Lakin yerli sakinlər onun əyləşdiyi maşını bir anın içində qarlı yoldan çıxararaq Mədəniyyət evinin qarşısına gətirdilər. Eyni vəziyyət Cıdır düzünə qalxan yolda da təkrar olundu.

Çovğun güclənir, qar kəsmək bilmirdi. Şuşalılar isə təbiətin bu şıltaqlığına məhəl qoymadan uşaqdan-böyüyə Cıdır düzünə axışırdı. Dahi şəxsiyyətlə birlikdə respublikanın tanınmış ziyalıları- şair və yazıçıları, ədəbiyyat və incəsənət xadimləri də şəhərə təşrif gətirmişdi.

Cıdır düzündə Molla Pənah Vaqifin uyuduğu məzarın üstündə 25 metr hündürlükdə, ağ mərmərdən ucaldılmış məqbərə öz əzəməti ilə hamını heyran qoymuşdu. Ulu öndərin ailə üzvləri ilə Şuşaya gəlişi şuşalıların qəlbində böyük sevinc və sevgi hissi oyatmışdı. Havanın sərtliyinə baxmayaraq, ağsaqqallar, ağbirçəklər, ziyalılar, məktəblilər, hətta azyaşlılar da məqbərənin önünə toplamışdı. Tədbirdə iştirak etmək üçün Ağdam, Laçın, Kəlbəcər, Ağcabədi, Tərtər, Bərdə, Füzuli və Qubadlıdan da çoxlu qonaqlar gəlmişdi.

Aramsız yağan qar, Şuşaya o qədər də xas olmayan güclü külək sanki onlara təsir etmirdi. Hamı səbrsizliklə məqbərənin üstündəki qardan seçilməyən ipək örtüyün açılmasına şahidlik etmək istəyirdi. Nəhayət, həmin an gəlib çatdı. Ulu öndər qırmızı lenti kəsdi, toplaşanların gur alqış sədaları ətrafa yayıldı. Şuşanın daha bir əzəmət zirvəsi mərasimə toplaşanların qəlbini fəxarət hissi ilə doldurdu.

Abidənin təntənəli açılış mərasimində ümummilli liderin və Azərbaycan ədəbiyyatının görkəmli simaları olan İsmayıl Şıxlı, Mirzə İbrahimov, Süleyman Rüstəm, Xəlil Rza, Söhrab Tahir, Nəbi Xəzri, Məmməd Araz, Anar, Bəxtiyar Vahabzadə, Cabir Novruz, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı kimi tanınmış şair və yazıçıları ilə eyni tribunadan çıxış edəcəyimi əvvəlcədən bildiyimə görə həyəcanımı gizlədə bilmirdim. Lakin tədbir iştirakçıları qarşısındakı çıxışım, oxuduğum şeir hər zaman hörmət və qayğı gördüyüm Şuşa camaatı və toplaşanlar tərəfindən rəğbətlə qarşılandığına görə çox məmnun oldum.

Həmin gün dahi şəxsiyyətin “Poeziya evi”nin açılışında iştirakı Şuşa, ümumən Qarabağ ədəbi mühitinə böyük diqqət və qayğının təzahürü idi. Yazıçı və şairlərin bir qrupu Heydər Əliyevlə birlikdə “Poeziya evi”nə daxil oldular. Onlara qədim Şuşanın ədəbi mühiti, rəhbərlik etdiyim “Vaqif çeşməsi”, “Qönçələr” ədəbi birlikləri və qədim Mamayı məscidində yeni fəaliyyətə başlayan “Poeziya evi” ilə əlaqədar arzu və istəklərimiz, planlarımız barədə məlumat verdim. Şuşada “Vaqif poeziya günləri” keçirilməsi barədə verdiyim təklif Ulu öndərin xoşuna gəldi və üzünü yazıçılara tutub dedi: “İsmayıl, Mirzə, Bəxtiyar, Anar, eşitdinizmi bu cavan oğlanın təklifini? Yayda Cıdır düzündə, açıq havada “Vaqif poeziya bayramı” keçirərik, söz verirəm, mən özüm də həmin bayramda iştirak edəcəyəm”.

Heydər Əliyevin mənim təklifimə dərhal və müsbət reaksiya verməsi dəvətsiz gəlib həmin tədbirdə iştirak edən daşnak xislətli erməni şairi Qurqen Qabrielyanı əməlli-başlı sarsıtmışdı. O, çətinliklə özünü toparlayıb: “Yoldaş Əliyev, Stepanakertdə də (Xankəndidə) Ovanes Tumanyanın poeziya bayramını keçirsək yaxşı olar”, - dedi. Heydər Əliyev əlini yelləyərək, qətiyyətlə və sərt şəkildə cavab verdi: “Söhbət “Vaqif poeziya günləri”ndən gedir”, - dedi. Qurqen Qabrielyan peysərinə qədər qızardı və bir daha danışmadı.

Onu da deyim ki, Cıdır düzündə “Vaqif poeziya günləri” keçirilməsi barədə təklifi Heydər Əliyevin razılıqla qarşılaması və elə oradaca Yazıçılar Birliyinin rəhbərliyinə bu barədə tapşırıq verməsi ilə 1982-ci ilin yayından başlayaraq hər il Şuşada həmin tədbirin keçirilməsi ənənə halını aldı. Lakin Heydər Əliyevin Moskvada Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə dəvət olunması onun Şuşa ilə əlaqədar bir çox planlarını yarımçıq qoydu...”

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müqəddəs Qarabağ torpağının işğalçılardan azad edilərək bu torpağın əbədi və əzəli sahiblərinə qaytarılması Şuşa ilə bağlı arzuların yenidən çiçəklənməsinə səbəb olub. Şair-publisist deyib: “Ötən il 44 gün davam edən Vətən müharibəsində xalqımızın əldə etdiyi möhtəşəm Zəfər dünya hərb tarixində yeni səhifə açan misilsiz qələbə olmaqla yanaşı, həm də ata vəsiyyətinə əməl olunması, ata arzusunun həyata keçirilməsi nümunəsidir. Bu, eyni zamanda, vədə sədaqətin, sözübütövlüyün, qətiyyətin, mətinliyin, xalqına, dövlətinə, millətinə sonsuz sevginin ifadəsidir. Bu il yanvarın 14-də və ondan sonra Prezident İlham Əliyevin ailə üzvləri ilə birgə Şuşaya səfərləri, orada başlanılan böyük abadlıq və quruculuq işləri çox böyük mətləblərdən xəbər verir. Onun böyük qürur hissi ilə söylədiyi bu sözlər qəlbimizi iftixar hissi ilə doldurdu: “Burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq! Biz Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndlərimizi bərpa edəcəyik. Dağıdılmış bütün abidələrimizi bərpa edəcəyik”.

Şuşanın Azərbaycanın mədəniyyət mərkəzi elan edilməsi, burada aparılan bərpa, tikinti, abadlıq və quruculuq işləri tarixi şəhərin yeni növrağından soraq verir. “Xarı bülbül” festivalının, “Vaqif poeziya günləri”nin keçirilməsi üçün atılan addımlar da həmin növrağın ilk əlamətləridir”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ