şənbə günü, 03 oktyabr 2026
     

Media sahəsində Prezidentin fərdi təqaüdlərinə az-az hallarda rast gəlinir... Halbuki...

Image


Bildiyimiz kimi, ənənəvi olaraq, hər il mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində fəaliyyət göstərən şəxslərə Prezident mükafatları verilir və bu sahələrdə xüsusi xidmətləri olmuş şəxslər Prezidentin fərdi təqaüdünə layiq görülürlər. Azərbaycan mediasında xidmətlərinə görə Prezidentin fərdi təqadünə layiq görülənlər var.

Hər il xeyli sayda mədəniyyət adamına Prezident mükafatı verilir, amma media ilə bağlı bu ənənə, demək olar ki, yoxdur. 

Media sahəsində xidmətlərınə görə, incəsənət adamları kimi, Prezident mukafati ilə təltif olunma praktikasi varmı? İndiyə qədər olubmu? Bu mükafatın verilməsi incəsənət sahələrində varsa, mediada niyə olmasın? Nəzərə alsaq ki, media hər zaman dövləti, dövlətçiliyi müdafiə edir, Prezidentin siyasətini dəstəkləyir.

  • Şakir Ağayev: “Hər il 22 iyul - Milli Mətbuat Günündə uzun illər mətbuat sahəsində səmərəli fəaliyyət göstərən bir neçə jurnalistə Prezident mükafatının verilməsi arzuediləndir”

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə bildirdi ki, hər il ənənəvi olaraq mədəniyyət və incəsənət adamlarına Prezidentin fərdi təqaüdü və Prezident mükafatı verilir. “Media sahəsində isə kütləvi mükafatlandırmalar və təltif etmələr, bir qayda olaraq, hər beş ildən bir keçirilən medianın yubileylərində olur. Fəxri adlar, medallar verilir, Prezidentin fəxri fərmanları, Prezidentin fərdi təqaüdü ilə media mənsubları təltif olunurlar. Bu, beş ildən bir keçirilən yubiley tədbirlərində olur. Bizim bir neçə qocaman, veteran jurnalistimizə mediadakı uzunillik səmərəli fəaliyyətinə görə Prezidentin fərdi təqaüdü verilir. Çox yaxşı olardı ki, dövlət maraqlarını, dövlətçiliyi müdafiə edən, dövlətimizin inkişafına böyük töhfələr verən, uzun illər media sahəsində səmərəli fəaliyyət göstərən şəxslər də, mədəniyyət və incəsənət sahəsində çalışanlar kimi, Prezident mükafatı alsınlar. Mətbuatın yubileylərindən əlavə, hər il media təmsilçilərinə Prezident mükafatı verilməsi ənənəsinin formalaşdırılması çox gözəl olardı. Hər il 22 iyul - Milli Mətbuat Günündə uzun illər mətbuat sahəsində səmərəli fəaliyyət göstərən bir neçə jurnalistə Prezident mükafatının verilməsi arzuediləndir. Təbii ki, bu təqdirəlayiq olardı, bu sahədə çalışan, dövlətə və xalqa faydalı olan insanların əməyinin stimullaşdırılmasında mühüm rol oynayardı. Prezident mükafatı ənənəsinin media sahəsində də tətbiq edilməsi çox müsbət olardı”.

Ş.Ağayevin sözlərinə görə, jurnalistlərin də Prezident mükafatı alanlar kateqoriyasına daxil edilməsi yaxşı olardı və bu çox vacibdir. İctimai rəyin formalaşmasında, milli dövlətçilik maraqlarının formalaşmasında onsuz da medianın gecə-gündüz çalışdığını deyən Ş.Ağayev hesab edir ki, Prezident mükafatının verilməsi isə onlar üçün daha stimullaşdırıcı hal olardı. “Azərbaycanda media qurumlarının (təbii ki, hamısından söhbət getmir - Ş.A.) Azərbaycanın dövlət maraqlarının müdafiəsi sahəsində gördüyü işlər misilsizdir. Azərbaycanın haqq səsini həm daxili, həm də beynəlxalq auditoriyaya mediamız çatdırır. Sözsüz ki, Azərbaycan mediası dövlətin qayğı və diqqətini hər zaman yaxından hiss edir, mətbuatımız dövlət qayğısı ilə əhatə olunub” - deyə Ş.Ağayev qeyd etdi.

  • Müşfiq Ələsgərli: “Azərbaycanda jurnalistika çox azsaylı sahələrdən biridir ki...”

Azərbaycan Mətbuat Şurasının sədr müavini, tanınmış media eksperti Müşfiq Ələsgərli qeyd etdi ki, ölkədə  hər bir sahənin inkişafı üçün dövlət qayğı göstərir. Dövlət proqramlarının, dövlət dəstəyinin, dövlətin həyata keçirdiyi bütün layihələrin müxtəlif sahələrin inkişafına xidmət etdiyini deyən M.Ələsgərlinin sözlərinə görə, həm həmin sahə peşəkarlaşsın, həm də peşəkarlaşan sahələr isə dövlətimizə, xalqımıza fayda vermiş olsun. “Bu baxımdan, hər bir sahənin özünün spesifikası var, inkişaf proqramları da onun spesifikasına uyğun hazırlanır. Bu anlamda KİV-in, media məkanının inkişafı üçün də dövlətin çoxsaylı proqramı var. Məsələn, media sahəsində tutaq ki,  özünütənzimləmə statusu tətbiq olunur, media sahəsində medianın inkişafına dövlət dəstəyi konsepsiyası var və bu konsepsiya fəaliyyət göstərir. Media sahəsində donor təşkilat var və o donor təşkilatı KİV-də çalışanların müxtəlif layihələrinin maliyyələşdirilməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsinə töhfə verilməsi üçün müxtəlif layihələri, proqramları həyata keçirir. Yeri gəlmişkən deyim ki, Azərbaycan mediası bəlkə də regionda və köhnə postsovet  ölkələri arasında dövlətdən ən çox dəstək alan mediadır. Bu baxımdan, cənab Prezidentin qayğısı və diqqəti daimi olaraq Azərbaycan mediasının üzərindədir, eyni zamanda, dövlətimiz medianın inkişafı üçün çoxsaylı layihə, proqram həyata keçirir və bu maliyyələşdirmə, bu dəstəkvermə medianın spesifikasına uyğundur. Burada, əlbəttə, ayrı-ayrı fərdlərdən daha çox, ümumilikdə, medianın inkişafına dəstək verilir ki, bu da qəanətbəxşdir. Əgər media inkişaf edirsə, orada fəaliyyət göstərənlərin iqtisadi durumları da yaxşılaşır. Bunun yaxşılaşması nəticəsində onların peşəkarlığı da artır, iş mühiti də rahatlaşır, daha çox fayda vermiş olurlar. Əlavə olaraq, gəlin diqqət yetirək: Azərbaycanda jurnalistika çox azsaylı sahələrdən biridir ki, burada jurnalistlər üçün əlahiddə bir jurnalist şəhərciyi salınıb, jurnalistlər üçün ayrıca bina tikilir və mənzillər heç bir qarşılığı olmadan jurnalistlərə təqdim olunur. Əlbəttə, incəsənət adamları üçün də bu cür güzəştlər var. Amma, bildiyim qədər, onlar fərdi qaydada alırlar. Ayrıca şəhərcik formasında incəsənət xadimləri üçün binlar yoxdur. Amma, dediyim kimi, jurnalistlər üçün ayrıca şəhərcik salınıb. Qısa müddət ərzində yüzlərlə mənzil jurnalistlərə qarşılığı olmadan verilib. Jurnalistlər üçün fərdi müsabiqələr keçirilir və jurnalistlərin o fərdi müsabiqələrdə iştirak etmək, qalib gəlmək və böyük pul əldə etmək imkanları var. Bilirsiniz ki, bu, əvvəllər KİVDF, indi isə Media İnkişafı Agentliyi tərəfindən keçirilir. Belə çoxsaylı dövlət dəstəyini ehtiva edən proqramlar var ki, bunlar jurnalistika sahəsində var, amma incəsənət sahəsində yoxdur”.

M.Ələsgərli qeyd etdi ki, incəsənət sahəsinin spesifikasına uyğun olaraq, orada fərdi təqaüdlər daha çox verilir, görünür ki, o sahənin spesifikasına bu uyğundur. “Amma, fikrimcə, jurnalistikaya, mediaya verilən dəstək digər bütün sahələrə verilən dəstəklərdən daha üstündür. Mənəvi baxımdan fəaliyyətin motivasiya edilməsinə gəlincə, əlbəttə, jurnalistika sahəsində də çoxsaylı belə stimullaşdırıcı, motivasiyaedici proses var. Məsələn, jurnalistlərə “Əməkdar jurnalist” adının verilməsidir, “Tərəqqi” medalı, “Şöhrət” ordeni verilir. Bunların da arxasında konkret maddi dəstək dayanır. Hesab edirəm ki, bu da jurnalist əməyinə verilən çox böyük qiymətdir, bu da digər mükafat və nominasiyalardan heç də aşağı deyil, əksinə, daha üstün məqamlara malikdir. Yəni vurğulamaq istədiyim odur ki, hər bir sahəyə yardım göstərilməsi onun spesifikasına uyğun həyata keçirilir” - deyə M.Ələsgərli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ