şənbə günü, 03 oktyabr 2026
     

Şuşada məşhur Qazançı kilsəsi ermənicə başqa adla ifadə edilsə də...

Image


Azərbaycanın dövlətçilik tarixi kimi mədəniyyət tarixi də qədimdir. Bütövlükdə, hər ikisinin dərindən öyrənilməsi, tədqiq edilməsi, gənc nəslə öyrədilməsi və dünyaya çatdırılması çox vacibdir. Əlbəttə, o xalqlar böyük mədəniyyətə, milli adət-ənənələrə, elmə nail olurlar ki, onların böyük və qədim dövlətçilik tarixi var. Bu baxımdan da Azərbaycan kifayət qədər zəngin bir ölkədir, Azərbaycan xalqı da zənginin zənginidir.

 

Azərbaycanda qədim zamanlardan başlayaraq həm zəngin dövlətçilik irsi formalaşmağa başlayıb, həm də mədəniyyət zəngin təkamül prosesi keçərək günümüzə qədər gəlib çatıb. Azərbaycan qədim ölkə olduğu kimi, sözsüz ki, tarixən burada ən müxtəlif dinlər inkişaf edib, yayılıb, öz missiyasını başa vurub. Xristianlıq da Azərbaycanda, Qafqaz Albaniyasının ürəyi olan Vətənimizdə hələ 1-ci əsrdən yayılmağa, formalaşmağa başlayıb. Bu gün xristian alban mədəniyyətinə aid olan minlərlə abidə, kilsə, monastır var və Azərbaycan dövləti tərəfindən o abidələr ciddi şəkildə qorunur. Azərbaycanın ayrılmaz hissəsi olan azad Qarabağda da Qafqaz Albaniyasından miras qalan çoxlu sayda xristian abidəsi var ki, onlar bizim tariximizin ayrılmaz hissələridir. Bu o abidələrdir ki, yaşı minillərlə ölçülür. 

Bildiyimiz kimi, Azərbaycanda xristian irsi hər zaman çox yüksək səviyyədə qorunur və onlar tariximizin əsas dəyərlərindən, atributlarından biri kimi yaşadılır, təbliğ edilir.

  • Oğru elə bağırdı ki…

Uzun illərdir Azərbaycanın xristian irsinə, Qafqaz Albaniyasının öz varisi Azərbaycan dövlətinə ötürdüyü maddi-mədəni irsə qarşı ermənilər həyasızcasına iddialar irəli sürür, bütün alban xristian abidələrini “erməni abidəsi” kimi qələmə verməkdən yorulmurlar. Son zamanlar barəsində geniş müzakirələr açılan Şuşadakı məşhur Qazançı kilsəsinə qarşı da Ermənistan hökuməti səviyyəsində əsassız iddiaların irəli sürüldüyü məlumdur, hətta ermənilər bu kilsəni beynəlxalq aləmə “erməni irsi” kimi təqdim edirlər. Beynəlxalq təşkilatlara da səslənirlər ki, “qoymayın, Azərbaycan Qarabağdakı xristian irsini dağıdır”. Bütün bunlar isə quru iddiadan başqa bir şey deyil, bunu dünya yaxşı bilir. Di gəl ki, Azərbaycanın maddi irsini oğurlayıb talan edən, saxtalaşdıran Ermənistana “gözün üstə qaşın var” deyən yoxdur. Alban xristian dövrü abidələrimizi mənimsəyən, kilsə sərvətlərimizi oğurlayan ermənilər elə bağırırlar ki, adam təəccüblənir və düşünürsən ki, atalar yaxşı deyib: “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”…

Son günlər Ermənistanda dövlət səviyyəsində Şuşadakı Qazançı kilsəsi ətrafında şoular daha da güclənib və bu kilsə ilə bağlı ağılasığmaz miflər düzülüb qoşulur. Ermənistan tərəfi iddia edir ki,

Qazancı kilsəsi “erməni tarixi irsi”dir və Şuşa kafedralı Qazançı “ən böyük kilsə kafedralı”dır. Hətta onlar Şuşadakı kilsəyə qondarma “Qazançetsots” adını da veriblər. Həm oğru olasan, həm də məkrli, amma özünü “haqlı sayasan”. Dəhşət budur. Birmənalı olaraq Qarabağın bütün irsi kimi, Şuşanın Qazançı kilsəsi də Azərbaycan irsidir, tariximizin bir parçasıdır. Bunu Ermənistan da bilir, amma etiraf etməyə qorxur, etiraf etsə, indiyə qədər erməni qriqoryan kilsəsinin qurub yaratdığı uydurmalar, miflər darmadağın olacaq…

  • Azərbaycan Qazançı kilsəsini də bərpa edir

Ermənistanı ən çox narahat edən, qıcıqlandıran məqamlardan biri azad Şuşanın yenidən qurulması, bərpasıdır. Təbii ki, Şuşadakı Qazançı kilsəsi də bərpa edilməkdədir və Azərbaycan öz tarixi irs nümunələri olan abidələri hər zaman bərpa edir, yaşadır. Bərpa işləri Azərbaycan ərazisində gedir. 

Ermənistanın Qazançı kilsəsi ətrafında yaratdığı süni ajiotaja Azərbaycanın Mədəniyyət Nazirliyi layiqli cavab verib. Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə Şuşa şəhərindəki Qazançı kilsəsinin bərpa olunduğunu deyib: “İşğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən, Şuşada aparılan bərpa və quruculuq prosesi şəhərin tarixi simasının bərpa edilməsi məqsədilə, Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir. Bütün digər tarix-mədəniyyət abidələrimiz kimi, Qazançı kilsəsinin də tarixi sənədlər, arxiv materialları əsasında ilkin bədii-estetik görkəminə uyğun olaraq bərpa edilməsi nəzərdə tutulur.

Bu, elmi-praktiki-tədqiqat fəaliyyəti olmaqla abidənin hərtərəfli təhlilini, memarlıq, tarixilik xüsusiyyətlərinin araşdırılmasını ehtiva edir.

Hazırlanacaq bərpa layihəsi abidənin XIX əsr ilkin-orijinal görkəminə qaytarılması imkanı verəcəkdir. Bundan əlavə, müvafiq layihə təcrübəli memar və bərpaçılardan ibarət mütəxəssislərdən təşkil olunan Elmi Şura tərəfindən müzakirə edilib təsdiqlənəcək.

Həmçinin, müvafiq sahədə geniş təcrübəsi olan və UNESCO-nun qəbul etdiyi beynəlxalq bərpa standartlarını bilən xarici mütəxəssislərin də bərpa layihəsi üzrə rəyinin alınması təmin olunur. Həmin xarici mütəxəssislərlə birlikdə bərpa işinin gedişatının monitorinq edilməsi də planlaşdırılır”.

M.Qafarzadə qeyd edib ki, Şuşanın tarixi Qazançı kilsəsinin bərpa edilməsini həzm edə bilməyən işğalçı, terrorçu Ermənistan bizə qarşı şər-böhtan atır, cəfəng iddialar irəli sürməyə çalışır.

  • Bir daha Qazançı kilsəsinin tarixi haqqında...

Azərbaycan tarixi irsinin bir parçası olan Qazançı kilsəsi ətrafında miflər yaradan Ermənistana və onun havadarlarına bir daha xatırlatmaq istəyirik ki, Şuşadakı kilsənin adı “Qazançetsots” yox, Qazançıdır və o da Azərbaycan irsidir.

Məlumatlara görə, Qazançı kilsəsi Şuşa şəhərinin kənarında, hazırkı yuxarı hissəsində yerləşir. Kilsənin 1868-ci ildə qədim Zərdüşt məbədi üzərində inşa olunmağa başlandığı bildirilir. Kilsənin inşası 1880-ci illərdə yekunlaşdırılıb. Kilsə quruluş baxımından dörd yarımdairəvi çıxışdan ibarətdir. Kilsənin daxili xüsusi memarlıq bəzəkləri olmadan, yonulmuş yerli daşlarla üzlənib. Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə dövlət qeydiyyatına alınan (inventar №358) kilsə ilk dəfə Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 27 aprel tarixli, 145 nömrəli qərarı ilə abidələr siyahısına daxil edilib. Ermənilərdən başqa heç kəs bu abidənin “erməni kilsəsi” olduğunu demir. Kilsə Allahın evidir, bütün xristianlar gedib orada ibadət edə bilər, amma bu, saxtalaşdırmaya yol açmamalıdır. 

  • “Saxtakarlıq nümayiş etdirirlər”

Mədəni dəyərlər üzrə tədqiqatçı-ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılovun olduqca maraqlı bir araşdırması var. Burada erməni kilsəsinin hiyləgərliklərini və onların bizim kilsələri hansı yollarla mənimsədiyini aşkarlayıb. “...Bu idarəçilik sistemi erməni qriqori kilsələri tərəfindən həyata keçirilir. Erməni kilsə sistemində vahid kilsə rəhbərliyi olmadığından, bu kilsələr arasında həmişə daxili rəqabət və gərginlik hökm sürür. İndi bir çox erməni din xadimi erməni kilsəsini “erməni apostol kilsəsi” adlandırırlar, bu, kökündən yanlışdır. Erməni kilsəsi rus mənbələrində doğru olaraq “erməni qriqoryan kilsəsi” kimi adlandırılır. Hamıya məlumdur ki, Qafqazda apostol kilsəsi alban kilsəsi olub. Çünki albanlar 313-cü ildə xristianlığı qəbul edəndən 270 il sonra bu dini ermənilər qəbul ediblər. Bu, akademik Ziya Bünyadovun araşdırmalarında da öz əksini tapır. O, dəlillərlə sübut edir ki, ermənilər həqiqətən 583-cü ildə Qriqorinin başçılığı altında xristianlığı qəbul ediblər. Ermənilər apostol deyillər. Ermənilərin apostol olub-olmaması məsələsi mübahisə mövzusu olub. Bu mübahisəyə alban katolikosu Avraam aydınlıq gətirib. Bu məqam alban katolikosu Avraamın albanlara ünvanlanan məktubunda öz əksini tapır. O yazırdı: “...Axı erməni kilsəsi qriqoryan kilsəsidir. Yəni öz başlanğıcını Qriqoridən götürür. Qriqori isə məlumdur ki, apostol Yeliseyin şagirdinin şagirdi olub. Əgər Qriqori apostol olmayıbsa, erməni kilsəsi necə apostol kilsəsi ola bilər?”. Bax, məsələ elə bundadır. Göründüyü kimi, ermənilər burada da saxtakarlıq nümayiş etdirirlər”.

  • “Qarabağda ilk dəfə “erməni kilsəsi” ifadəsinə XX əsrin 70-80-ci illərində rast gəlinir”

F.İsmayılov qeyd edir ki, işğal dövründə Azərbaycan ərazilərinin erməniləşdirilməsi məsələsi erməni din xadimlərinin və Ermənistan hökumətinin dövlət siyasətinin bir hissəsini təşkil edib. O qeyd edib ki, tarixi baxımdan Qarabağda və digər ərazilərimizdə heç vaxt erməni kilsəsi və ya kilsələri mövcud olmayıb. “Dünyanın heç bir arxivində bunu sübut edə bilən heç bir sənədə rast gəlmək mümkün deyil. Qarabağda ilk dəfə “erməni kilsəsi” ifadəsinə XX əsrin 70-80-ci illərində rast gəlinir. Bunun isə öz tarixi kökləri var. Belə ki, 1805-ci ildə Qarabağ xanlığını devirən çar hökuməti öz mənzil-qərargahını Şuşa şəhərində yaratdı. Rus əsgərlərinin ibadəti üçün ordu rəhbərliyi xanlığın divanxanasının qülləsindən zəng asdıraraq burada rusların ibadəti üçün şərait yaratdı. Divanxana rus ordusu komandanlığı tərəfindən, ayrı-ayrı zaman kəsiyində bir neçə dəfə təmir edilərək kilsə stilinə uyğunlaşdırıldı. Sonralar Qarabağ xanlığının divanxanası xalq arasında “rus kilsəsi” adlandırılmağa başladı. Bunu hətta o dövrün erməni tədqiqatçıları da öz əsərlərində təsdiq edirlər. Şuşa şəhərindəki yeganə kilsənin erməni kilsəsi deyil, rus kilsəsi olduğunu erməni tarixçisi Zare Melik-Şahnazarov özünün (“Zapiski Karabaxskoqo soldata”, Moskva, 1995) kitabında qeyd edir.

1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti hökuməti qurulduqdan sonra rus hərbçiləri Şuşanı tərk etdilər. Bundan sonra rus kilsəsi 1970-ci ilə qədər baxımsız və istifadəsiz qaldı. Lakin 1970-1980-ci illərdə “DQMV-nin erməni rəhbərliyi” Şuşa şəhərindəki rus kilsəsini təmir etdirərək, kilsəni Şuşada yaşayan ermənilərin istifadəsinə verdi. Bundan sonra Qarabağda ermənilərin yeganə ibadət yeri olan bu kilsə tamamilə erməniləşdirildi. Təbii ki, bu hadisədən sonra bu kilsə “erməni kilsəsi” adlandırıldı. Ermənilərin 1992-ci il işğalına qədər Qarabağda və vaxtilə işğal edilmiş, hazırda azad olunmuş ətraf rayonlarda bir dənə də olsun erməni kilsəsi olmayıb”.

  • İşğal dövründə Ermənistanın Azərbaycan ərazisində saxtalaşdırdığı alban kilsələri...

F.İsmayılov qeyd edir ki, işğal dövründə ermənilər Şuşa şəhərində 3, Şuşa-Laçın yolunda Fətiş bulağı deyilən ərazidə 1, Laçın şəhərində 2, Laçın rayonunun Zabux kəndində 1, Şuşa-Xankəndi yolunun üzərində 2, Xankəndi şəhərində 4, Əsgəran qəsəbəsində 2, Ağdam rayonunun Şahbulaq qəsrinin yanında 1kilsə inşa ediblər. “Bundan başqa, Laçın rayonu ərazisində 10, Kəlbəcər rayonu ərazisində 7, Qubadlı rayonu ərazisində 3, Zəngilan rayonu ərazisində 2, Cəbrayıl rayonu ərazisində 3, Füzuli rayonu ərazisində 2, Ağdərə, Əsgəran, Hadrut və Xocavənd rayonlarının ərazilərində isə 15 alban dövrü məbədi təmir edilərək erməni kilsəsi statusu verilib. Beləliklə, işğal dövründə Azərbaycan ərazilərində erməni kilsələrinin sayını Ermənistan hökuməti süni şəkildə artıraraq 58-ə çatdırıb. Bu rəqəm hələ mənim ötən illərdə apardığım araşdırmalarda üzə çıxmışdı, indi görün bu nə qədərdir? Beynəlxalq təşkilatlar bu faktlara diqqət yetirsinlər. Saxtalaşdırılan, dağıdılan, məhv edilən Azərbaycan irsidir, Qarabağda heç bir qədim erməni irsi yoxdur. Onlar işğal dövründə ərazilərimizdə kütləvi olaraq saxtalaşdırma həyata keçiriblər” - deyə F.İsmayılov qeyd edib.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ