şənbə günü, 03 oktyabr 2026
     

Ermənistan XİN Şuşadakı məşhur Qazançı kilsəsi üzərində şounu davam etdirir...

Image


Ermənistan, bir qayda olaraq, yalan danışır, saxtakarlıqla məşğul olur, əsassız bəyanatlar verir, çağırışlar edir.

İşğalçı dövlətin Xarici İşlər Nazirliyinin hər zaman təxribatla məşğul olduğu, 44 günlük müharibədən sonra isə bu təxribatları daha da alovlandırdığı məlumdur. Şuşadan və buradakı məşhur Qazançı kilsəsindən əl çəkməyən Ermənistan onlara heç bir aidiyyəti olmayan Qazançıya qarşı əsassız iddialarını davam etdirir.

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan yenə də hədyan danışır, iftira atır. A.Ayvazyanın həyasızlığı o qədər həddini aşıb ki, Şuşadakı Qazançı kilsəsinin “erməni apostol kilsəsinin ibadət yeri olaraq qalmalı olduğunu” iddia edir.

Şuşanın Qazançı kilsəsinin məşhur rus pravoslav kilsəsi olduğunu və sonradan ermənilər tərəfindən memarlıq quruluşunun dəyişdirildiyini və erməniləşdirildiyini deyən alimlər bildirirlər ki, Qazançı kilsəsinə ermənilər qondarma “Qazançetsots” kilsəsi adını veriblər.

Vaxtilə bu kilsənin yerində Zərdüşt məbədi olub, bu kilsə isə Zərdüşt məbədinin üzərində inşa edilib.

Bütün bunlar faktdır.

İndi qayıdaq A.Ayvazyanın “Qazançetsots” kilsəsi ətrafında yaratdığı şouya. İddia edir ki, Azərbaycan bu kilsənin “görkəmini dəyişir”. O hələ deyib ki, guya Qazançı kilsəsi “ən böyük erməni kilsələrindən biridir”.

Mütəxəssislər deyirlər ki, Ermənistanın və bəzi beynəlxalq təşkilatların Qarabağdakı xristian abidələrinin, kilsə və monastırların ətrafında canfəşanlıq etməsi şoudan başqa bir şey deyil. Qazançı kilsəsi Azərbaycanın abidələrindən, xristian dini ibadətgahlarından biridir.

  • “...öz siyasi məqsədi üçün istifadə etmək istəyir”

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev bizimlə söhbətində bildirdi ki, Qazançı kilsəsi ilə bağlı ermənilər indiyə qədər çox uydurmalar düzəldiblər. Professorun sözlərinə görə, bir müddət əvvəl ermənilər yalandan məlumat yaymışdılar ki, guya Şuşadakı Qazançı kilsəsi Naxçıvanın Qazançı kəndindən olan ermənilərin vəsaiti hesabına “inşa olunub”, ona görə də Qazançı adlandırılır. Bütün bunların yalan və saxtakarlıq olduğunu deyən Q.Hacıyevin bildirdiyinə görə, indi də bu iddialara Ermənistanın xarici işlər nazirinin qoşulması onu göstərir ki, Ermənistan heç vaxt öz məkrli, çirkin niyyətlərindən əl çəkməyib, yenə də onlara aid olmayanları mənimsəmək yolunu tutublar. Q.Hacıyev vurğuladı ki, Qarabağdakı kilsələrin, məbədlərin, xristian abidələrinin hamısı Qafqaz Albaniyası dönəmindən yadigar qalıb. Müsahibimizin sözlərinə görə, alban məbədlərindən əvvəl isə Azərbaycanın Qarabağ bölgəsində və digər ərazilərində Zərdüşt məbədləri olub. Alban kilsələrində sonradan ruslar, işğal dövründə isə ermənilər ibadət ediblər, bu azmış kimi, alban məbədlərini ermənilərin adına çıxıblar. “Son dövrlər A.Ayvazyan çox bu cür cəfəngiyyat danışır. Ermənistanın Xarici İşlər Nazirliyinə rəhbərlik edən bir adam anlamır ki, nə qədər hiyləgərlik, nə qədər saxtakarlıq etsə də, öz əsassız bəyanatları ilə özünü və ölkəsini ifşa edir. Necə olur ki, münaqişənin həlli istiqamətində bir dənə də olsun konstruktiv mövqe tutmadılar, sülh danışıqlarını əymək üçün hər cür oyunlardan çıxdılar, torpaqlarımızı qaytarmaq istəmirdilər, bütün maddi-mədəni irsimizi, dini abidələri yerlə yeksan etdilər, vandalizm aktı törətdilər, o zaman heç haqq-ədalət yadlarına düşmürdü. İndi Azərbaycan öz torpaqlarını işğaldan azad edib, Ermənistan haqq-ədalətdən, dindən-imandan, qarşılıqlı hörmətdən danışır, UNESCO-dan misal çəkir. Bütün bunlar hamısı Ermənistanın çirkin məqsədlərinə xidmət edir. Ermənistan bu gün Qazançı kilsəsi ətrafında süni şou yaratmaqla ondan öz siyasi məqsədi üçün istifadə etmək istəyir. Siyasətin çox üzü var, Ermənistanın apardığı siyasət çox hiyləgər, məkrli, çox mənfur siyasətdir, heç bir ədalət prinsipinə uyğun gəlməyən siyasətdir. Ermənistanın bu gün səmimi münasibətdən, qarşılıqlı hörmətdən, sülhdən, dindən danışması çox yersiz və mənasızdır. Şuşada, bütövlükdə, Qarabağ ərazisində mövcud olan heç bir xristian dini abidəsinə, kilsəyə, monastıra ermənilər, Ermənistan heç bir iddia irəli sürə bilməz. İndiyə qədər min dəfə ən müxtəlif səviyyələrdə bəyan edilib ki, ermənilərin burada nə torpağı, nə toponimləri, nə də mədəni irsi olub, Qarabağda da mövcud olan xristian abidələrinin də heç birinin ermənilərə aidiyyəti yoxdur. Ayvazyanın Qazançı ilə bağlı irəli sürdüyü iddia tamamilə əsassızdır və bu bir fürsətgirlikdir, o, beynəlxalq təşkilatları da erməni saxtakarlığına şərik etmək istəyir, necə ki, indiyə qədər ediblər. Qazançı kilsəsi tarixən erməni kilsəsi olmayıb və bu kilsəyə erməni iddiasının heç bir əsası yoxdur”.

Q.Hacıyev qeyd etdi ki, Ermənistan II Qarabağ müharibəsinin gedişində də Qazançı ətrafında şou yaratmağa cəhd etmişdi. “Yadınıza gəlir, müharibənin gedişində ermənilər özləri Qazançı kilsəsini dağıtmışdılar, yalandan da dünyaya car çəkdilər ki, guya Azərbaycan Şuşadakı Qazançı kilsəsini dağıdıb. Müharibə dövründə də Ermənistan Qazançı kilsəsi ətrafında “Azərbaycan tərəfindən dağıdılıb” şousu qurmuşdu, Ayvazyanın son iddiası da bu şounun tərkib hissəsidir.

Bilirik ki, bu, erməni iftirasından başqa bir şey deyildi. Azərbaycan müharibə dövründə mülki obyektlərə, dini ocaqlara, ibadət yerlərinə bir dənə də olsun güllə atmayıb. Şuşadakı Qazançı kilsəsinin damına Ermənistanın özü zərbə endirmişdi və “biz burada əzilən xristianıq, Azərbaycan bizim abidəmizi dağıdır” deyə bütün dünyanı aldatmağa çalışmışdılar. Amma elə o xristian dünyasından gələn jurnalistlər də təsdiq etdilər ki, kilsəni ermənilər özləri vurublar. Bu gün xristian dünyası ermənilərin normal xristian olmadığını yaxşı bilirlər. İndi də bu məsələni ortaya atıblar. Hesab etmirəm ki, Ermənistanın müharibədən sonra tutduğu mövqe onlara xeyir edəcək. Onlar bizə heç bir ziyan edə bilməz, çünki artıq dünyada böhtanlar keçmir. Azərbaycan Ordusu dövlət başçısının rəhbərliyi ilə öz ərazilərimizi işğaldan azad edib, o ərazilər Azərbaycana məxsusdur” - deyə Q.Hacıyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ