şənbə günü, 03 oktyabr 2026
     

Kreml faşist Njdeyə görə yenə çıxılmaz duruma düşdü... “Pravda” Qarabağdakı həqiqətlərdən yazdı

Image


Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olan Xocavəndin mərkəzində faşist Qaregin Njdenin abidəsinin ucaldılması şimal qonşumuzun özündə də ciddi narazılıq predmetinə çevrilib. Bu fonda Moskva vilayətinin Dolqoprudnensk müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranlarının ictimai təşkilatı federal hakimiyyət orqanlarına ərizə ilə müraciət edərək, faşist kollaborant Njdenin Qarabağdakı heykəlini sökməyə çağırıb.

Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan zonada faşistlərin əlaltısı Njdeyə heykəl qoyulması Moskva vilayəti veteranlarını hiddətləndirib. Veteranlar qeyd edirlər ki, 9 May qələbə günü keçmiş SSRİ-nin bütün xalqlarını birləşdirən bayramdır, lakin təəssüf ki, postsovet məkanındakı bəzi ölkələrdə, o cümlədən Ermənistanda nasistlərin əlaltılarını qəhrəmanlaşdırmağa cəhd göstərirlər. Veteranların müraciətində qeyd edilir ki, İkinci Dünya müharibəsi dövründə Njde qızıl ordu sıralarından əsir düşmüş erməni əsgərlərindən ibarət “Erməni legionu” formalaşdırıb. Vermaxt sıralarında döyüşməyə başlayan bu legion Polşa və Ukraynada minlərlə dinc sakinə qarşı cinayətlər törədib, Qərbi Krımda iyirmi mindən çox dinc sakini qətlə yetirib. Veteranlar təşkilatı faşizm üzərində Qələbənin keçmiş SSRİ-nin bütün xalqlarını birləşdirən bir hadisə kimi böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq xəbərdarlıq edir ki, Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazidə belə bir heykəlin olması Avrasiya məkanında insanları birləşdirən azsaylı dəyərlərdən birini hörmətdən salır. Veteranlar əmindir ki, bu həm də faşizmi qəhrəmanlaşdırmaq cəhdlərinə qarşı prinsipial mübariz kimi Rusiyanın nüfuzunu aşağı salır. Müvafiq müraciət Rusiya Xarici İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə göndərilib.

Yeri gəlmişkən qeyd edək ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti də Rusiyanın xarici işlər naziri Sergey Lavrova müraciət edib. Müraciətdə bildirilir ki, Ermənistan bədnam generallar, Dro və Njde adı ilə məşhur olan SS erməni cəza legionunun başçıları Drastamat Kanoyan və Qaregin Ter-Arutyunyanın təmizə çıxarılması üçün Rusiyanın resurslarından istifadə edir: “Onu da nəzərinizə çatdırırıq ki, faşist Njdenin daha bir heykəli vaxtilə Ermənistanın işğalına məruz qalan, hazırda isə Rusiya sülhməramlılarının məsuliyyəti zonasında olan Xocavənd rayonunda ucalır ki, bu heykəlin də sökülməsi vacibdir. Azərbaycan ərazisində belə bir heykəlin mövcudluğu sadəcə dövlətimizin və xalqımızın etirazı ilə bağlı deyil, bütövlükdə ümumbəşəri insani və əxlaqi dəyərlər baxımından yolverilməzdir və əsla qəbul edilə bilməz”. Rusiyanın “Pravda” nəşri baş verənlər fonunda yazır: “Rusiyanın sülhməramlı kontingentinin Böyük Vətən müharibəsinin 76-cı ildönümü ərəfəsində parad keçirməyə hazırlaşdığı Dağlıq Qarabağda Üçüncü Reyxin əlaltısı olmuş şəxsin abidəsi hələ də sökülməyib. Söhbət nasistlərlə əməkdaşlıq etdiyi üçün 1944-cü ildə bolqar polisi tərəfindən həbs edilmiş Qaregin Njdedən gedir.

Njdenin abidəsi Rusiya bayrağının dalğalandığı zonada, Xocavənd şəhərində 44 günlük müharibədən sonra ucaldılıb. Lakin nədənsə, öndə olan Rusiya siyasətçiləri bu faktdan qətiyyən narahat olmayıb. Ümumilikdə isə, nə Rusiya, nə də Azərbaycan faşist işğalçılarına qarşı vuruşmuş ata-babalarımızın canından-qanından keçdiyi torpaqlarda nasizmin əbədiləşdirilməsi cəhdləri ilə barışa bilər. Bu onların xatirəsinə təhqirdir. Bu, mənəviyyatdan kənar bir hərəkətdir və yolverilməzdir! Qaregin Njde “sexakronizm”in, yəni millətin şəxsiyyətdən üstünlüyünü təbliğ edən kvazimilli ideologiyanın banilərindən biridir. Vaxilə o, məhz bu ideyaya görə “Daşnaksütyun” sıralarından belə xaric edilib. Njdenin rəhbərliyi ilə Üçüncü Reyxin nəzdində yaradılmış erməni hərbi birləşmələri SS əməkdaşlarının təlimlərindən keçərək, Krımın işğalı və Qafqaza hücum əməliyyatlarında fəal iştirak edib.

Njde 1944-cü ildə bolqar polisi tərəfindən həbs edilib. 1945-ci il oktyabrın 12-də o, SMERŞ-ə təhvil verilib. Həmin vaxt müstəsna cəza növü olan güllələnmə tətbiq olunmadığından, ona törətdiyi bütün cinayətlərə, o cümlədən vətəndaş müharibəsi zamanı Zəngəzurda 400 “Qırmızı ordu” əsgərinin qətlinə görə 25 il həbs cəzası kəsilib. Njde 1955-ci ildə həbsxanada ölüb. Belə bir adama abidə qoyulması, təbii ki, biabırçılıqdır! Erməni icmasının və bir sıra erməni rəsmilərinin israrla onu qorumağa çalışması isə… Üstəlik, indi bu, 2020-ci il Moskva bəyannaməsinə əsasən Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazisində baş verir.

Bütün bunlar azmış kimi, məmurlar əks reaksiya doğura biləcək başqa yöndəmsiz addımlar da atır. Məsələn, Böyük Qələbə günü münasibətilə təntənəli tədbirin Xocalı şəhəri ərazisində keçirilməsi nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, 1992-ci ildə məhz bu şəhərdə azərbaycanlı əhaliyə qarşı dəhşətli qətliam törədilib. Nəticədə 600-ə yaxın insan – qadın, uşaq və qocalar başları kəsilərək, kütləvi halda güllələnərək və işgəncələrə məruz qoyularaq şəhid edilib. Başqa sözlə, Xocalıda dinc insanlara qarşı düşünülmüş terror aktı tətbiq edilib və onlar doğma yurdlarından qaçmağa məcbur olub. Sual olunur: insanların kütləvi qətliama məruz qaldığı yerdə parad keçirmək olarmı? Məsələn, Beslanda - Mələklər Şəhərində terrorçuların qətlə yetirdiyi uşaqların xatirəsini əbədiləşdirən memorialın ərazisində belə bir hadisəni necə təsəvvür edirsiniz? Elə isə, belə bir tədbiri Xocalıda, özü də Azərbaycan hakimiyyəti ilə məsləhətləşmədən keçirmək qərarını kim və nə üçün verib?! Üstəlik, istisna deyil ki, bu tədbirdə qondarma “DQR”in siyasi xadimləri də iştirak edəcək. İnanmaq istərdik ki, bu, şayiədən başqa bir şey deyil. Halbuki, elə şayiələrin də öz çəkisi var. Bu cür işlərə razılıq vermək Rusiyaya yaraşarmı? Bəlkə hərbi komandanlıq sadəcə məsələnin tarixini bilmir və Rusiyanın aidiyyəti qurumlarından məsləhət istəməyib? Görünən odur ki, Qərbin hansısa xüsusi xidmət orqanı (Fransanın İrəvandakı fəallığı nəzərə alınarsa, bunun məhz onlar tərəfindən edildiyi istisna deyil) rus, Azərbaycan və erməni xalqları üçün böyük bayram olan Qələbə Gününün gözdən salınması üçün məkrli aksiyaya əl atıb. Sevinc dolu br hadisə əvəzinə bizə qətlə yetirilmiş günahsız azərbaycanlıların uyuduğu torpaqda hərbçi yürüşü göstərmək istəyirlər. Üstəlik, bunu Azərbaycanın qanuni hakimiyyəti ilə razılaşdırmadan edirlər. Və bütün bunlar Rusiya bayrağı altında baş verəcək! Belə addımlar Rusiyanın təhlükəsizlik xidməti tərəfindən ətraflı araşdırılmalıdır. Əks halda bunu müqəddəs hissləri təhqir edən kobud təxribatdan başqa bir şey saymaq mümkün olmayacaq. Hələlik isə biabırçı monumentin sökülməsindən başlamaq lazımdır”.

Samirə SƏFƏROVA

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ