Bu gün erməni jurnalistlər İrəvanda səfərdə olan Sergey Lavrova Azərbaycan Prezidentinin "Zəngəzur dəhlizini könüllü açmasalar, bunu zorla edəcəyik" bəyanatını xatırladaraq, onun buna münasibətini soruşublar. Erməni mediası Lavrovun cavabını, guya İlham Əliyevin mövqeyinin inkar və ya rədd edildiyi kimi yozsa da, həqiqət başqadır. Belə ki, Lavrov əslində nə az , nə çox - elə İlham Əliyevin dediyini başqa formada ifadə edib.
Bu sözləri özünün Facebook sosial hesabında “Bakı Xəbər” media qrupunun rəhbəri, politoloq Aydın Quliyev yazıb. Politoloq daha sonra fikirlərinə davam edərək yazır:
“Diqqət edək və birlikdə nəticə çıxaraq. Lavrov deyib ki, vitse-premyerlər səviyyəsində üçtərəfli qarşılıqlı əməkdaşlıq 11 yanvar bəyanatı ilə yaranmış mexanizmdir, bu mexanizm istisnasız olaraq könüllülüyə və qarşılıqlı fayda əsasında razılaşmalara söykənir, bunun ziddinə olan heç nə alternativ kimi qəbul edilə bilməz. Sitat burada bitdi...”
A.Quliyev bildirir ki, hər şey aydın ifadə olunub: “Əslində Lavrov ermənilərə dedi ki, könüllü icrasına imza atdığınız məsələnin zorla icra həddinə gəlib çıxmasına imkan verməməlisiniz... Başqa daha necə deməli idi ki?!.. Ancaq heyf ki, saxta genosid abidəsinə baş əydi...