şənbə günü, 03 oktyabr 2026
     

Erməni katolikosunun Azərbaycanın udi icmasına qarşı növbəti həyasızlığı - 150 erməni “müqəddəsi” haradadır...

Image


Qafqaz Albaniyasının, xristian albanların bütün irsini məhv edən, saxtakarcasına erməniləşdirən erməni qriqorian kilsəsi Eçmiədzin (indi özlərini qanunsuz olaraq “apostol kilsəsi” adlandırırlar - İ.S.) tərəfindən Azərbaycana qarşı iftiralar davam etdirilir və əsassız olaraq guya Azərbaycanın Qarabağda “erməni dini abidələrinə, dini məkanlarına qarşı mədəni soyqırım törətdiyi” iddia olunur. 

Hətta bu barədə bəyanat da yayıblar və əssasız iddialar əsasında hazırladıqları bəyanatda qeyd edirlər ki, guya Qarabağda “erməni irsi” “itirilir”. Eçmiədzin kilsəsinin başbilənlərinin yalanlarına baxın, iddia edirlər ki, Azərbaycanın nəzarətində olan ərazilərdə çoxlu sayda monastır, kilsə “dağılıb”, “təhqir edilib”, “ermənilərə məxsus kitabələr dağıdılıb, onlara ziyan vurulub”, guya xaçqarlar, qəbiristanlıqlar “təhqir olunub”. Başdan ayağa saxtakarlıq, hiylə, oğurluq, terror içinə batan Eçmiədzin kilsəsi Azərbaycanı “saxtakarlıqda”, “təhrifdə”, “mədəni soyqırımda” ittiham edərək bizə şər atır, qarayaxma kampaniyası aparır. Eçmiədzin başbilənləri böyük saxtakarlığa yol verərək bəyanatlarında bildirirlər ki, guya Azərbaycan “150-yə yaxın erməni müqəddəs məbədini (?) udilərə məxsus irs kimi təqdim edir”. Eçmiədzinin bu əsassız, heç bir fakta söykənməyən, yalnız erməni iddialarını və xəstəliyini ifadə edən bu bəyanatı Azərbaycanın ətrafında yeni şər kampaniyası yaratmağa xidmət edir.

Alban-udi mədəniyyətini, bütövlükdə, Azərbaycana məxsus Qafqaz Albaniyasının irsini talan edən, mənimsəyən Eçmiədzin kilsəsinin bu iddiasına həm alban-udi icmasının, həm də QMİ-nin münasibətini öyrənməyə çalışdıq.

Eçmiədzin kilsəsinin tamamilə saxtakarlıq üzərində köklənən və beynəlxalq aləmdə çaşqınlıq yaratmağa xidmət edən bu davranışlarına qarşı QMİ sədri nə etməlidir? Alban-udi icması hansı işləri görmək niyyətindədir?

  • “Qarabağda bir dənə də olsun erməni məbədi olmayıb, oradakı bütün məbədlər alban məbədləridir, ona görə də “150 müqəddəs erməni məbədi” iddiası da saxtakarlıqdan başqa bir şey deyil”

Alban-udi icmasının rəhbəri Robert Mobili “Bakı-Xəbər”ə bildirdi ki, bu, Eçmiədzin kilsəsinin növbəti şər-qarayaxma kampaniyasıdır, beynəlxalq ictimaiyyətin diqqətini bu cür iftiralara yönəltməyə xidmət edir. R.Mobilinin sözlərinə görə, 44 günlük müharibədə qələbə çalıb Ermənistanı məğlub etmişik, amma onlar bizə qarşı “soyuq müharibə”ni davam etdirirlər. “Birincisi, Azərbaycan hələ heç bir kilsədə bərpa işləri aparmayıb. Hələ ki, orada inventarlaşma işləri gedir. Eçmiədzin alban irsinin adını çəkmir, qəsdən “udi irsi” deyir. Özü də Eçmiədzin kilsəsi birdəfəlik bilsin ki, udi kilsəsi yoxdur, bu, alban apostol kilsəsidir. Alban kilsəsi də müstəqil kilsə idi. Qarabağdakı kilsələr qədim alban kilsələridir və onların erməni kilsəsi ilə heç bir bağlantısı yoxdur. Qarabağdakı kilsələr udi kilsələri deyil, udilər isə alban kilsəsinə aid olan bir dini icmadır ki, biz o kilsəni yaşadırıq. Əsas odur ki, Qarabağdakı kilsələr alban kilsələridir. Eçmiədzin bəyanat yayıb ki, guya Azərbaycan “erməni irsini saxtalaşdırıb”. Əksinə, 30 ildə ermənilər alban kilsəsini saxtalaşdırıb, dağıdıb, hər bir abidənin üzərində vandalizm əlamətləri qoyublar. Biz onu yaxşı görürük. Hətta biz ermənilərin qanunsuz hərəkətlərini Xudavəngə gedəndə də görürük, “şəkil çəkdirmək olmaz”, “video çəkməyin” deyirlər. Qədim alban monastırı olan Xudavəngdə də qanunsuz olaraq erməni dindarları oturublar. Biz nə saxtalaşdırma apara bilərik? Biz haranı dağıda bilərik? Azərbaycanda başqa kilsələr yoxdur ki? Qarabağdan başqa Azərbaycanın başqa yerlərində də qədim alban kilsələri var. Şəkidə, Qəbələdə, Qubada və başqa yerlərdə görün nə qədər kilsə mövcuddur. Məgər bu kilsələri biz dağıtmışıq? Burada söhbət nədən gedir? Söhbət ondan gedir ki, Eçmiədzin Qarabağdakı alban kilsələrini öz qanonik ərazisində saxlamaq istəyir. Buna görə də Azərbaycana qarşı ləkə atmaq isəyirlər ki, guya Azərbaycan kilsələri dağıdır. Azərbaycan heç bir abidəni dağıtmayıb, əksinə, bərpa edir. Azərbaycan nə üçün Allahın evini dağıtmalıdır? Sadəcə olaraq, alban kilsələrinin bərpası zamanı ermənilərin orada apardıqları saxtalaşdırmanı, qoyduqları saxta simvolları, gəlmə elementləri sözsüz ki, dünya ekspertlərinin iştirakı ilə götürəcəyik. Biz hələ heç bir addım atmamışıq, bunlar yenidən yalandan çığır-bağır salırlar. Eçmiədzin yenə də nağıl danışır, mifik erməni “müqəddəs məbədləri” uydurur. Qarabağda bir dənə də olsun erməni məbədi olmayıb, oradakı bütün məbədlər alban məbədləridir, ona görə də “150 müqəddəs erməni məbədi” iddiası da saxtakarlıqdan başqa bir şey deyil”.

Alban mədəniyyətinin adının Eçmiədzinin məlum üzdəniraq bəyanatında məqsədli şəkildə çəkilmədiyini qeyd edən R.Mobili hesab edir ki, alban kilsələri təkcə udilərin deyil, bütövlükdə, Azərbaycan dövləti və xalqının irsidir: “Bu gün hər bir Azərbaycan vətəndaşı, hər birimiz alban kilsəsinin, alban mədəniyyətinin varisiyik. Burada udi kilsəsindən yox, alban kilsəsindən söhbət gedir. Görürsünüz ki, Eçmiədzinin bəyanatında bir dəfə də olsun alban sözü işlədilmir, bunu qəsdən ediblər. Unudurlar ki, bu kilsələr alban kilsələridir, bu gün udilər alban kilsəsinin dini varisləridir. Bu gün alban kilsələri Eçmiədzinin boğazında bir sümükdür, bilmirlər nə etsinlər ki, Azərbaycana ləkə atsınlar”.

Eçmiədzinin bu yalançı, saxtakar bəyanatına, kampaniyasına qarşı QMİ, Dini Komitə və digər dini konfessiyaların hansı addım atmalı olduğuna gəlincə, R.Mobili bildiridi ki, bu, bütövlükdə, ölkəmizlə, dövlətimizlə bağlı məsələdir və hər kəs erməni şərinə qarşı həmrəylik göstərməlidir: “Bu, Eçmiədzin kilsəsi tərəfindən dövlətimizə qarşı aparılan şər kampaniyasıdır. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiya rəhbərləri beynəlxalq ictimaiyyətə müraciət etməlidirlər. Ermənistan müharibədə uduzduqdan sonra indi istəyir ki, xristian adından istifadə edib, “kilsələri qoruyuruq, xristian mədəniyyətini saxlayırıq” adı altında Qarabağı “öz qanonik ərazisində” saxlasın. Mən bunu Xudavəngə gedəndə də hiss etdim. Bizim gedib orada ziyarət etməyimiz erməniləri çox qıcıqlandırır. Eçmiədzin kilsəsi qorxur ki, sabah Azərbaycanda alban kilsəsinin müstəqilliyi bərpa olar, onun varisi var. Bu gün alban kilsəsinin birbaşa varisi Azərbaycandır. Ona görə də bu cür şər-böhtan kampaniyası aparırlar ki, Qarabağdakı xristian irsi guya ermənilərə məxsusdur. Eçmiədzin görür ki, biz Xudavəngə ziyarətə gedərkən başqa xristian konfessiyalarının nümayəndələri də bizimlə getdilər. Bu gün Eçmiədzin Azərbaycana qarşı təxribatla məşğul olur və hər birimiz bu təxribatın qarşısını almağa səfərbər olunmalıyıq. Ermənilər dünyanı növbəti dəfə öz yalanlarına inandırmağa çalışırlar və hər cür çirkinliklərə əl atırlar. Biz onların hər bir təxribatına cavab verməyə hazır olmalıyıq” - deyə R.Mobili qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ