şənbə günü, 03 oktyabr 2026
     

Parisin ermənipərəst mövqeyinə Fransanın özündə etirazlar başladı, 22 vəkil hökumətə petisiya ünvanladı

Image


Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupu uzun illər ərzində fəaliyyət göstərsə də, ona göstərilən etimadı doğrulda bilmədi. Əvəzində Azərbaycan cəmi 44 günlük müharibə ilə Qarabağ münaqişəsinin tarixə qovuşmasına nail oldu.

Lakin postmüharibə dönəmində diqqətçəkən məqam yenə də bəzi dünya dövlətlərinin ikili siyasətdən yaxa qurtara bilməyərək, Ermənistana dəstək missiyasını davam etdirməsidir. Bu mənada, yenə erməni sevgisini ortaya qoyan Fransanın bəzi rəsmilərinin son addımları təəssüf doğurmaya bilməz. Xatırladaq ki, bu günlərdə Fransa Milli Assambleyasının deputatı Fransua Pupponin Azərbaycan ərazisində terror və diversiya fəaliyyəti həyata keçirməyə cəhd göstərmiş erməni diversantlardan ibarət qrupun üzvlərini “hərbi əsir və dinc sakinlər” kimi qələmə verən qətnamə layihəsi təqdim edib. Halbuki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanda erməni hərbi əsir yoxdur, sadəcə, erməni diversantlar var. Rusiyalı hərbi ekspert İqor Korotçenko da bildirir ki, Fransada ikili yanaşma nümayiş etdirilir: “Bu mənada, çox vaxt Fransa prezidenti Emmanuel Makronun çıxışlarına qulaq asanda belə bir təəssürat yaranır - Makron dövlət kimi Fransanı təmsil edir, yoxsa Fransadakı erməni diasporunu? Bəlkə Fransa prezidenti deyil, Fransanın erməni birliyinin prezidentidir? Rəsmi Parisin siyasəti tamamilə destruktivdir”. Onun sözlərinə görə, Fransanın Ermənistandakı radikal qüvvələri dəstəkləməsi təhlükəli haldır: “Yaxın və Orta Şərq ölkələrindən olan erməni terrorçuları Ermənistana gəlib, orada leqallaşır. Təəssüf ki, onlar gələrkən Yaxın Şərqdə məşhur olan terror texnologiyalarını da özləri ilə gətirirlər. Erməni terror təşkilatları, Moskva metrosunda partlayış törədən erməni terrorçuları bizim yadımızdadır. Təəssüf ki, bu yanlış təcrübə indiyədək davam edir. Ona görə də, rəsmi Parisin Ermənistanın təhrik edilməsi, İrəvandakı radikal qüvvələrin dəstəklənməsi ilə bağlı siyasəti tamamilə destruktiv xarakter daşıyır. Fransa ATƏT-in Minsk Qrupunun üzvü olması üçün mənəvi haqqını itirib”.

Parisin erməni separatçılarını dəstəkləməsi Fransanın özündə də narazılıqla qarşılanır. Elə bu günlərdə Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı Fransa hökumətinə 22 fransalı vəkil tərəfindən petisiya ünvanlanıb. Burada fransız vəkillər Qarabağda beynəlxalq hüquqa riayət olunmasını tələb edir. Paris və Marsel şəhərlərinin Vəkillər kollegiyalarının bir qrup üzvü Qarabağ münaqişəsi ilə bağlı əvvəlki illərdə BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələri sadalayaraq, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha xatırladıb, Fransanın özünün dəfələrlə səs verdiyi, beynəlxalq hüququn norma və prinsipləri əsasında tərtib edilmiş bu qətnamələrə riayət olunmasının vacibliyini diqqətə çatdırıblar. Fransız vəkillər hökuməti beynəlxalq hüquqa riayət etməyə çağıraraq, Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və inkişafın qorunub saxlanmasında məhz beynəlxalq hüquqa hörmət olunmasının vacibliyini bildiriblər. Vəkillər müraciətlərində bəzi fransız deputat, mer və siyasətçilərin Azərbaycana və xalqımıza qarşı qanunsuz, təcavüzkar və məsuliyyətsiz hücumlar etməklə Fransanın nüfuzuna və etibarına, eləcə də Cənubi Qafqaz regionunda davamlı sülh və inkişafa xələl gətirdiklərini də qeyd ediblər. Onlar Fransa hökumətini 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatı dəstəkləməyə çağırıblar. Həmçinin fransız vəkillər, BMT Nizamnaməsinə uyğun olaraq, dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərilə bağlı Beynəlxalq Hüququn Prinsiplərinə dair Bəyannamə əsasında diplomatik əlaqələr qurmaqda Ermənistan və Azərbaycanı fəal şəkildə dəstəkləməyi tələb ediblər.

Petisiyada dövlətlərin suverenliyi, ərazi bütövlüyü, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşılıqlı hörmət edilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, Ermənistan və Azərbaycana qarşı balanslı münasibəti təmin etmək məqsədilə münaqişə zamanı zərər çəkmiş azərbaycanlı məcburi köçkünlərə və mülki qurbanlara da humanitar yardım göndərilməsi tələb olunub. Fransız vəkillər hökuməti Azərbaycan hökuməti ilə əməkdaşlıq edərək, Ermənistanla Azərbaycan arasındakı münaqişə, ərazilərimizin işğalı zamanı mədəni irsimizə vurulmuş ziyanın qiymətləndirilməsi, eləcə də "Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının digər müddəalarının pozulmasını müəyyən etmək məqsədilə UNESCO-nun nümayəndə heyətinin Azərbaycana göndərilməsini təşviq etməyə çağırıblar. Fransanın bir sıra şəhərləri ilə Dağlıq Qarabağdakı separatçı rejim arasında imzalanmış "dostluq xartiyaları"nın ləğvində Azərbaycanı müdafiə edən vəkil Olivye Pardo qeyd edir ki, vəkillər ədaləti müdafiə edir. Onun sözlərinə görə, bir sıra fransalı parlamentari, şəhər meri, hökumət nümayəndəsinin nümayiş etdirdiyi ermənipərəst mövqe yolverilməzdir: "Bütün bunlar, ən azından, Fransanın ATƏT-in Minsk Qrupundakı fəaliyyətinə ziddir. Fransa həm iki ölkə arasında vasitəçi rolunu oynaya, həm də Ermənistanın tərəfini tuta bilməz. Fransa Azərbaycanla Ermənistan arasında balanslı mövqe tutmalıdır. Bu mövqe isə beynəlxalq hüquq normalarına uyğun gəlməlidir".

Pardo Fransada fəaliyyət göstərən erməni diaspor təşkilatları tərəfindən təhdidlərə məruz qaldığını da bildirib: "Biz Fransanın bir sıra şəhərləri ilə Dağlıq Qarabağdakı separatçı rejim arasında imzalanmış "dostluq xartiyaları"nın ləğvinə nail olmuşuq. Çünki bu xartiyaların heç bir hüquqi dəyəri yoxdur. Biz prefekturaların qanuna əsaslanaraq ərzilərindəki şəhər meriyalarını məhkəməyə vermələrini və bu xartiyaları ləğv eləmələrini bacardıq. Biz bu yoldan dönməyəcəyik, sonuncu xartiya ləğv olunanadək işimizi davam etdirəcəyik. İndiyədək bu məsələdə istər inzibati prefekturaların, istərsə də məhkəmələrin qərarları istisnasız xeyrimizə nəticələnib. Biz bu yolda böyük maneələrlə qarşılaşmışıq. Fransada fəaliyyət göstərən erməni assosiasiyaları bizi hədəfə alıb, ofisimə təhqiramiz ifadələr yazıblar, mənə hətta təhdidlər belə olub. Lakin bütün bunlar bizi qorxuda bilməyib. Çünki biz ədaləti müdafiə edirik. Əksinə, bütün bunlar bizim əqidəmizi daha da möhkəmləndirib və bizə işimizdə daha artıq stimul verib. Fransa cəmiyyətində Dağlıq Qarabağ münaqişəsinə qeyri-obyektiv yanaşma mövcuddur. Görünür, onlar Qarabağın tarixini unudublar. Hətta qanunsuz işğalın nə olduğunu onlara xatırlatmaq lazımdır. Beləliklə, siyasi, diplomatik reallıqlarla yanaşı, məsələnin hüquqi tərəfinə də bir daha aydınlıq gətirməyə ehtiyac duyduq. Bütün bunları nəzərə alaraq, hüquqşünaslar petisiya imzalamağa qərar verdilər və bu da çox uğurlu oldu".

Samirə SƏFƏROVA

 

 

 


 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ