Rusiyalı politoloq, “Siyasi Tədqiqatlar İnstitutu” MMC-nin baş direktoru Sergey Markov Facebook sosial şəbəkəsində ermənilərin Ağdamda törətdikləri dağıntılar barədə yazıb.
“Ağdamda Mədəniyyət Sarayının qalıqları, Qarabağ. 200 min nəfərə yaxın rayon və 65 min nəfər şəhər əhalisi olan çiçəklənən şəhər tamamilə dağıdılıb və 25 ildən çox boş qalıb. Sakinlərin hamısı kütləvi qırğınlar və etnik təmizləmələr təhlükəsi altında qaçıb. Və əsrin dörddə biri ərzində Ağdamda heç kəs məskunlaşmayıb”, - deyə Markov yazıb.
Politoloq vurğulayıb ki, erməni işğalçıları şəhəri boş saxlayıblar. “Vəhşilik insanı sarsıdır. İnsanlıqdan məyus olmağa başlayırsan. Ümid edirik ki, tezliklə sivilizasiya Ağdama qayıdacaq”, - deyə o yazıb.