Səfir Poluxov Braziliya Universitetində Qarabağa Böyük Qayıdışdan danışdı - FOTO

img

4 may tarixində səfir Elxan Poluxov Braziliyanın Paraiba əyalətinin Paraiba Federal Universitetinin (UFP) Beynəlxalq Əlaqələr fakültəsinin müəllim və tələbə heyəti, həmçinin, onlayn izləyicilər üçün “Müdafiə və Təhlükəsizlik: sosial risqlər” adlı tədris kursu çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda mühazirə oxuyub, xüsusilə 44 günlük müharibənin gedişi və nəticələri haqqında iştirakçılara ətraflı məlumat verib.

Müstəqilliyimizin ilk günlərindən ölkə iqtisadiyyatının acınacaqlı vəziyyətdə olması, erməni təcavüzü – birinci Qarabağ müharibəsi nəticəsində 20% ərazilərin işğal olunması və 1 milyona yaxın azərbaycanlının öz yurdlarından didərgin düşməsilə gənc dövlətimizin böyük çətinlik və problemlərlə üzləşdiyi diqqətə çatdırılıb. İşğal olunmuş ərazilərimizin azad olunması, məcburi köçkünlərin öz torpaqlarına qayıtmasının ölkə rəhbərliyinin hər zaman əsas prioritet məsələsi olduğunu qeyd edən E.Poluxov Prezident İlham Əliyevin ardıcıl və davamlı strategiyası nəticəsində işğala son qoymağın və erməni faşizmi üzərində qələbə çalmağın mümkün olduğunu bildirib.

Hazırda azad edilmiş ərazilərdə aparılan bərpa işlərindən danışan səfir ilk məcburi köçkünlərin doğma yurdlarına dönmə prosesinə 2022 ildən başlanacağı vurğulayıb, yenidənqurma işləri zamanı dağıdılmış ərazilərdə ən müasir texnologiyaların istifadə olunacağı, “ağıllı kənd və şəhər”, “yaşıl enerji” quruculuq prinsiplərin yeridiləcəyini diqqətə çatdırıb. Səfir E.Poluxov bu prosesdə Azərbaycana dost ölkələrin iştirakının mümkünlüyü, gələcək plan və perspektivlər haqqında da fikirlərini bölüşüb. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Son xəbərlər