şənbə günü, 03 oktyabr 2026
     

Azərbaycanlı QHT rəhbəri Qarabağ Zəfərinin media payını qardaş Türkiyədə belə tanıtdı... - MÜSAHİBƏ

Image


II Qarabağ savaşında informasiya müharibəsində fəal iştirak edən media nümayəndələrinin fəaliyyətinin qiymətləndirilməsi istiqamətində İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli bir müddət əvvəl qardaş ölkədə “Zəfər” adlı media mükafatını türkiyəli jurnalistlərə təqdim edib.

 

Eləcə də həmin səfəri çərçivəsində qardaş ölkədə məhsuldar görüşlər keçirib. Bütün bunlar barədə Samir Adıgözəlli ilə söhbətləşdik.

-Samir bəy, Türkiyədəki jurnalistləri nədən mükafatlandırmaq qərarına gəldiniz?

-Çünki onlar da müharibədə bizim qədər əziyyət çəkdilər. Bu zəhməti, az da olsa, dəyərləndirmək qərarına gəldik.

-İstərdik keçirdiyiniz “Zəfər Media” mükafatının təqdimatı barədə danışasınız...

- 29 mart tarixində qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilən təqdimat mərasimində hər iki ölkənin ictimai siyasi xadimləri, elm və mədəniyyət insanları iştirak edib. Tədbir hər iki ölkənin himnlərinin oxunması ilə başladı və daha sonra Azərbaycan və Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan proqramın aparıcısı jurnalist Səidə Ömər iştirakçıları salamladı  və sözü mənə verdi. Mən bildirdim ki, bu mükafatın təsis edilməsində əsas məqsəd II Qarabağ savaşında informasiya müharibəsində fəal iştirak edən media nümayəndələrinin zəhmətini bir balaca da olsun dəyərləndirməkdir.

-Mükafatlandırma hansı parametrlər üzrə aparıldı?

- Əvvəlcə bu mükafatı savaş əsnasında Qarabağ bölgəsində fəaliyyət göstərən media işçilərinə verməyi qərarlaşdırdıq. Sonra qərara gəldik ki, informasiya savaşında xalqımızın, dövlətimizin və millətimizin yanında olan digər xarici ölkə media nümayəndələrini də mükafatlandıraq.

-Tədbirdə daha kimlər çıxış etdi?

-Qarabağ qazisi Şöhrət Eyvazov bu müharibənin qazanılmasında əməyi keçən hər kəsi, başda müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, şanlı Azərbaycan ordusunun əsgər və zabitlərini təbrik edərək bu media ödülünün verilməsinin simvolik bir xarakter daşıdığını qeyd etdi, bu Zəfərin Azərbaycan və Türkiyə mediasının qarşılıqlı əməkdaşlığı üçün böyük perspektivlər açdığını vurğuladı.

-Mükafatlandırılanlar arasında Türkiyənin tanınmış jurnalistlərindən kimlər vardı?

-Mükafatlandırılan Türkiyə jurnalistləri adından çıxış edən CNN TÜRK telekanalının aparıcısı Fulya Öztürk bildirdi ki, o faciə və qürurla dolu anları unutması əsla mümkün deyil. Jurnalist dedi ki, bu tədbirdə aldığı mükafat fəaliyyəti boyu aldığı ən müqəddəs mükafatıdır, çünki həmin mükafat əziz şəhidlərimizin qələbəsinin, zəfərinin nəticəsidir. Mərasimdə mükafat alan jurnalistlərin hər biri bu mükafatın ali dəyərinə toxunaraq, zəfərdə kiçicik də olsa paylarının olmasından dolayı məmnunluq hissi keçirdiklərini bildirdilər. Tədbirdə Türkiyənin məşhur CNN TÜRK, TRT, A HABER, HABER TÜRK, ATV HABER, TV NET, TV 100, Anadolu Hürriyet, Sabah, DHA və digər tanınmış böyük media qurumlarının təmsilçiləri iştirak edirdi. Demək olar ki, mükafatlandırmada adı olan və dəvət etdiyimiz nümayəndələrin hər biri “Zəfər” media mükafatı gecəsində təmsil olundular

-Bu cür əhatəli tədbirin maliyyə dəstəyini kim verdi?

-Tədbir ölkə iqtisadiyyatının inkişafında əvəzsiz  rolu olan “Azərçay”ın və “Sirab”ın dəstəyi ilə baş tutdu. Tədbirdə Azərbaycanın Istanbuldakı Baş konsulluğunun konsulu Zaur Allahverdizadə baş konsulluq adından iştirak edirdi.

-Deyəsən, İstanbulun bələdiyyə başqanı, tanınmış siyasətçi Əkrəm İmamoğlu ilə də görüşdünüz…

-Bəli, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə görüşümüz oldu. Görüşdə İstanbul Böyükşəhər Bələdlyyəsinin hər zaman ölkəmizə dəstək olduğunu qeyd etdik. İstanbul Böyükşəhər Bələdlyyəsinin sədri Əkrəm İmamoğlu Türkiyə-Azərbaycan münasibətlərinin ölkəsi üçün önəmini qeyd edərək, ikitərəfli münasibətlər üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirdi.  Görüşün sonunda bələdiyyə sədrinə dəyərli xatirə hədiyyələri təqdim  etdik.

-Türkiyənin başqa əyalətlərinə də səfəriniz oldumu?

-Qardaş ölkənin Kocaeli şəhərində silsilə tədbirlər keçirdik. Yüksək səviyyədə keçən İstanbul səfərindən sonra bu dəfə Kocelinə etdiyimiz  səfər bir sıra mühüm məqamları ilə yadda qaldı. Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri Doç. Dr. Tahir Büyükakını, Gebze Bələdiyyəsinin sədri Zinnur Büyükgözü , Körfəz Bələdiyyəsinin sədri Şener Söyüdü və İzmit bələdiyyə sədri Fatma Kaplanı ziyarət etdik. Ziyarət etdiyimiz hər dörd bələdiyyə sədri də Türkiyə və Azərbaycanın, ulu öndər Heydər Əliyevin dediyi kimi, iki dövlət bir millət olduğunu, bundan sonra münasibətlərimizin daha yüksək səviyyədə inkişaf edəcəyindən əmin olduqlarını dilə gətirdilər. Bu görüşlərdə və daha sonra keçirdiyimiz tədbirlərdə gördüyümüz isti münasibətlər bizi bir daha əmin etdi ki, Türkiyə-Azərbaycan münasibətləri qətiyyən sıradan münasibətlər deyil və ola da bilıməz.

Ardınca 31 Mart Dünya Azərbaycanlılarının soyqırımı günü münasibətilə də Kocaeli şəhərində anım toplantısı keçirdik. Kocaeli Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və Azərbaycan Mədəniyyət Evində keçirilən tədbirdə Kocaeli Böyükşəhər Bələdiyyəsi sədrinin müşaviri Yaşar Çakmak, İzmit Bələdiyyəsinin sədr müavini Nurettin Bulut, İzmit Bələdiyyəsi İsman idarəsinin müdiri Mithat Ağa kimi önəmli ziyalılar və dövlət rəsmiləri iştirak etdilər. Tədbirin baş tutmasına görə Kocaeli Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və Azərbaycan Mədəniyyət Evinin rəhbəri Bilal Dündara, yazıçı jurnalist Alptekin Cevhərliyə, Dr. Şifa Haciyava Çakıra və iştirak edən QHT və media nümayəndələrinə öz təşəkkürünü bildirirəm.

-Bu cür gərgin qrafikli səfərdən sonra deyəsən ağır bir xəstəlik dönəmi də keçirdiniz…

-Bəli, mən Türkiyədən Naxçıvana çatanda özümü çox pis hiss etdim. Dərhal məni yoxlayıb xəstəxanaya yerləşdirdilər. Məlum oldu ki, məndə COVİD virusu aşkarlanıb. İlkin anda mənim QHT rəhbəri olduğumu bilmədilər. Buna baxmayaraq, çox böyük dəstək gördüm. İki həftəlik ağır müalicədən sonra sağalıb Bakıya gəldim. Mən göstərilən diqqətə görə Naxçıvanın rəhbərliyinə, Səhiyyə Nazirliyinə və bütün sıravi tibb işçilərinə dərin minnətdarlığımı bildiririrəm. Sizə də tövsiyə edirəm ki, özünüzü virusdan qoruyasınız.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ