şənbə günü, 03 oktyabr 2026
     

25 dünya ölkəsində 135 “erməni soyqırımı” abidəsi?

Image


Qondarma “erməni soyqırımı” mövzusunun bir sıra ölkələrin əlində siyasi təzyiq oyuncağına çevrildiyi məlumdur. Bu uydurma iddiadan qardaş Türkiyəyə qarşı istifadə etmək istəyən qüvvələr var və onlar bu alətin “rolu”nu günü-gündən şişirdirlər. Elə ölkələr var ki, qondarma “soyqırım”a abidə qoyublar.

Yayılan məlumatlara görə, dünyanın 25 ölkəsində uydurma “erməni soyqırımı”na 135 abidə qoyulub. Rəqəm qəribə görsənir. Bu mənada ki, demək, dünyanın 20-dən artıq ölkəsi ya erməni lobbisinin əlində oyuncağa çevrilib, ya da bu abidələri qoymaqla Türkiyəyə qarşı xoşagəlməz münasibətlərini sərgiləmək istəyirlər, bununla da şərin yanında olduqlarını sübut etmiş olurlar. Ermənilər, iddia edildiyi kimi, dünyanın 25 ölkəsində uydurma “soyqırım”a 135 abidə qoyulmasına necə nail olublar? Ümumiyyətlə, 135 qondarma “soyrım abidəsi”nin qoyulduğu nə dərəcədə real ola bilər?

  • “Bu rəqəm şişirdilmiş də ola bilər”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin kiçik elmi işçisi, ermənişünas Aynur Əzimzadə “Bakı-Xəbər”ə bildirdi ki, bu iddia ətrafında ciddi araşdırmalar aparılmalıdır. A.Əzimzadə hesab edir ki, erməni lobbisi harada güclü fəaliyyət göstərə bilirsə, həmin ölkələrə təzyiq göstərmək imkanları da böyük olur. Erməni lobbisinin təsiri ilə bəzi ölkələrdə qondarma “erməni soyqırımı”na abidə qoyulduğunu deyən A.Əzimzadə diqqəti bir mühüm məqama da çəkdi. O bildirdi ki, çox zaman bu abidələr xarici ölkələrdə, şəhərlərdə ermənilərin kompakt məskunlaşdıqları məhəllələrdə erməni icmasının vəsaiti hesabına qoyulur və bu, həmin ölkənin ictimaiyyətinin diqqətini elə də çəkmir. “Bilirsiniz, bu məsələ geniş araşdırılmalı və üzə çıxarılmalıdır ki, ermənilər hansı 25 ölkədəki 135 qondarma “soyqırım” abidəsindən danışırlar? Bu rəqəm şişirdilmiş də ola bilər. Çünki ermənilər hansı ölkədə kompakt yaşayırlarsa, yaşadıqları məhəllələrdə uydurma “erməni soyqırımı” abidəsi qoyurlar. Sonra da qondarma “erməni soyqırımı”na hansısa ölkədə abidə qoyulduğunu elan edirlər. Doğrudur, dünya ölkələri arasında uydurma “erməni soyqırımı”nı tanıyan ölkələr var. Bu ölkələrdə də “erməni soyqırımı” abidələri qoyulub”.

A.Əzimzadənin sözlərinə görə, Ermənistan Holokost qurbanlarına abidə qoymaqla istəyirdi ki, İsrail də qondarma “erməni soyqırımı”na abidə qoysun, amma İsrail bu addımı atmadı, ona görə də ermənilər İrəvanda Holokost qurbanlarına qoyulan abidəyə qarşı məlum iyrəncliklər həyata keçirdilər. Müsahibimiz dedi ki, elə ölkələr var ki, orada qondarma “erməni soyqırımı”na abidə qoyulması narazılıqla qarşılanıb.

Uydurma “erməni soyqırımı”na abidə qoyan ölkələrə gəlincə, mütəxəssis bildirdi ki, təkcə Fransanın üç şəhərində “erməni soyqırımı” abidəsi qoyulub. “Qondarma “erməni soyqırımı” abidələri əsasən Qərb dövlətlərində qoyulub. Təkcə Fransanın üç şəhərində - Marsel, Leon, Jardendə və ABŞ-ın bir neçə ştatında belə mifik abidələr var. Təsəvvür edin ki, Belçika, ABŞ, Kanada, Suriya, Argentina, Uruqvay, İran və başqa ölkələrdə qondarma “erməni soyqırımı” abidələrinin olduğu məlumdur. Ermənilər 25 ölkədə 135 abidənin olduğunu deməklə Ermənistan ərazisində olan abidələri də həmin sıraya daxil edirlər. Qondarma “soyqırım” abidəsi sonuncu dəfə 2015-ci ildə İrlandiyada qoyulub. Diqqətçəkən məqamlardan biri odur ki, uydurma “erməni soyqırımı”na abidələr keçən əsrin 60-cı illərindən qoyulmağa başlayıb”. A.Əzimzadənin fikrincə, qondarma “erməni soyqırımı” mövzusu elə keçən əsrin 60-cı illərindən başlayaraq Qərb dövlətləri tərəfindən gündəmə gətirilərək ondan Türkiyəyə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edilməyə başlanıb və qondarma, mifik olayla bağlı abidələrin elə bu dövrdən qoyulması da təsadüfi deyil. “Keçən əsrin 60-cı illərindən başlayaraq qondarma “soyqırım” məsələsi əsasən Qərb dövlətləri tərəfindən gündəmə çıxarılır və bir siyasi təzyiq alətinə çevrilir. Erməni diaspor və lobbisinin Qərb dövlətləri ilə yaxın əlaqədə olduğu məlumdur. Erməni lobbi təşkilatları qondarma “erməni soyqırımı”na abidə qoyulması üçün fəaliyyət göstərdikləri ölkələrin hakimiyyətlərinə ciddi təzyiqlər göstəriblər. Çox güclü maliyyə resurslarına malik olan erməni diaspor təşkilatları bütün vasitələrlə hakimiyyətlərə təzyiq gösərə bilirlər. Uzağa getməyək, ABŞ-da ən güclü diaspor erməni diasporudur. Hansı ölkənin hansı şəhərində ki, erməni məhəllələri var, həmin məhəllələrdə də qondarma “genosid”ə abidə qoyurlar, bunu da saya alırlar. Bu o ölkələrdə baş verib ki, onlar uydurma “genosid”i tanıyıblar. Bu o ölkələrdə edilib ki, onlar qondarma “erməni soyqırımı” mövzusundan təzyiq aləti kimi istifadə etmək istəyirlər. Bu ölkələr isə bilavasitə ermənipərəst ölkələrdir və onlar qondarma “soyqırım”ı tanıyıblar, təbii ki, bunu öz maraqları naminə ediblər” - deyə bildirən ekspert qeyd etdi ki, bu abidələr, bütün hallarda, erməni lobbisinin maliyyə vəsaiti hesabına qoyulub.

A.Əzimzadənin fikrincə, erməni lobbisi də, onların havadarları da nə qədər çalışsalar da, istəklərinə nail ola bilməyəcəklər, çünki 1915-ci ildə ermənilər soyqırıma məruz qalmayıblar, əksinə, müsəlmanlar, türklər erməni terror təşkilatları tərəfindən kütləvi olaraq qətlə yetiriliblər, bu barədə bütün məlumatlar isə arxivlərdə qalır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ