şənbə günü, 03 oktyabr 2026
     

ABŞ-ın Azərbaycan və Türkiyəyə ehtiyacı artır...

Image


Məlumdur ki, ABŞ və NATO mayın 1-dən Əfqanıstandan qoşunlarını geri çəkməyə başlayıb. Əfqanıstanda olan 3500 ABŞ və təxminən 7000 NATO əsgərinin yayın sonuna qədər ölkəni tam tərk edəcəyi gözlənilir.

Son həftələrdə ordu artıq Əfqanıstandan avadanlıqlarını çıxarmağa başlayıb. Əvvəllər ABŞ və “Taliban” nümayəndələri tərəfindən bağlanmış müqaviləyə uyğun olaraq, xarici qüvvələr 1 may tarixinə qədər Əfqanıstandan çıxmalı idilər. Lakin ABŞ prezidenti Co Bayden hərbi mövcudluğun çox sərt bir şəkildə azalmasının amerikalı və müttəfiq kontingenti təhlükə altına qoyacağını əsas gətirərək bu müddəti təxirə salıb. Ekspertlər qeyd edir ki, baş verənlər geosiyasi dəyişikliklərə də səbəb olacaq və bu fonda Azərbaycanın ABŞ üçün əhəmiyyəti daha da artacaq. Tanınmış Qərb politoloqu, “Heritage” Fondunun Daqlas və Sara Elison Mərkəzinin direktoru Lyuk Kofinin “Arabnews” qəzetində dərc olunmuş analitik məqaləsində də məhz bu məqam xüsusi olaraq qabardılır. Lyuk Kofin qeyd edir ki, mayın 1-dən ABŞ-ın Əfqanıstandakı qoşunlarını çıxarmağa başlaması və Mərkəzi Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizlərinin yerləşdiyi coğrafi məkanda yaranan yeni reallıqlar Birləşmiş Ştatlar üçün əlverişli mövqeyə malik Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırır.

Hazırkı şəraitdə Qərb ölkələrinin Mərkəzi Asiya regionuna yeganə çıxışının Türkiyə-Gürcüstan-Azərbaycan dəhlizi üzərindən mümkün olacağını qeyd edən ekspert yazır: “Bu kontekstdə ABŞ prezidentinin “erməni soyqırımı” bəyanatı və Ankara ilə əlaqələri gərginləşdirməsi vəziyyəti daha da pisləşdirib. Lakin Azərbaycan ərazisindən quru və hava yolu ilə Mərkəzi Asiyaya çıxış Vaşinqton üçün yeganə mümkün variant kimi görünür. Bu marşrut Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin adını daşıyan və İpək Yolu üzərində əhəmiyyətli məntəqə olan 100 kilometrlik “Ganja Gap” dəhlizidir. ABŞ ordusu Əfqanıstana təchizatın göndərilməsində bu dəhlizdən istifadə edib. Beləliklə, Vaşinqton Mərkəzi Asiya regionunda möhkəmlənmək istəyirsə, Türkiyə ilə münasibətləri yaxşılaşdırmalı və Azərbaycana daha çox diqqət yetirməlidir. Bu məqsədlə güclü iqtisadi əlaqələr və diplomatik səylər lazımdır”. Politoloq vurğulayıb ki, Rusiya və Çinin Mərkəzi Asiyada, həmçinin Əfqanıstanda təsirini artırmaq planları qarşısında ABŞ üçün ən məqbul variant Türkiyə və Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməkdir. Hesab edilir ki, ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə bu günlərdə etdiyi telefon zəngi və bu zaman aparılan müzakirələr də Vaşinqtonun Bakı ilə əməkdaşlığı inkişaf etdirmək, xüsusilə ikitərəfli münasibətləri daha da dərinləşdirməkdə maraqlı tərəf qismində çıxış etdiyini göstərir.

Xatırladaq ki, Entoni Blinken Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq, əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirib, enerji, regional təhlükəsizlik sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayıb, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirib. ABŞ dövlət katibinin məsələyə bu prizmadan yanaşması, xüsusən də ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini vurğulaması təsadüfi xarakter daşımır. Ölkəmiz bu gün ABŞ-ın Cənubi Qafqazda ən böyük iqtisadi tərəfdaşıdır. İki ölkə arasında ticarət, nəqliyyat və investisiya sahəsində mühüm sazişlər imzalanıb, terrorçuluğa, regional və qlobal təhlükəsizliyə qarşı  genişmiqyaslı işbirliyi, birgə sülhməramlı missiyalar həyata keçirilib. ABŞ Azərbaycanla qeyd edilən istiqamətlərdə işbirliyinin davam etdirilməsini istəyir. Entoni Blinkenin telefon zəngi də bunun təsdiqidir.

Qeyd edək ki, telefon söhbəti zamanı Azərbaycan Prezidenti, eyni zamanda, bu günlərdə amerikalı həmkarı Co Baydenin  “erməni soyqırımı” ilə bağlı bəyanatı ilə əlaqədar mühüm detallara toxunaraq qeyd edib ki, Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır. Bu mənada, ABŞ prezidentinin “erməni soyqırımı” ilə bağlı məlum açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanlb. Bu məsələnin ABŞ-ın baş diplomatının diqqətinə çatdırılması o deməkdir ki, Azərbaycan Türkiyənin yanındadır və Vaşinqton bunu mütləq nəzərə almalıdır. İndi görünən odur ki, ABŞ saxta “erməni soyqırımı”na görə Azərbaycan, Türkiyə kimi önəmli region ölkələri ilə münasibətlərin pozulmasında maraqlı deyil.  Entoni Blinkenin xarici jurnalistlərlə onlayn görüş zamanı səsləndiridiyi fikirlər də bunu təsdiq edir: “ABŞ prezidenti Co Bayden Osmanlı imperiyasında baş verən hadisələr və “erməni soyqırımı” haqda danışarkən günahı Türkiyənin üzərinə qoymağa cəhd etməyib. Prezident qeyd edib ki, onun məqsədi qurbanların xatirəsini yad etməkdir, kimisə günahlandırmaq deyil. Və əlbəttə, bizim diqqət mərkəzimizdə Osmanlı imperiyasının son günlərində baş verən hadisələr idi”. Entoni Blinkenin telefon zəngi və səsləndiridiyi fikirlər göstərir ki, ABŞ bundan sonra Azərbaycanla münasibətlərin dərinləşməsində maraqlıdır. Bunun daha bir real göstəricisi Prezident İlham Əliyevlə telefon danışığı zamanı Entoni Blinkenin  bu il də “Azadlığa Dəstək Aktı”na 907-ci Düzəlişin müvəqqəti dayandırıldığını bildirməsidir. ABŞ qəbul edir ki, Azərbaycanla genişmiqyaslı əməkdaşlıq olmadan Cənubi Qafqaz kimi mühüm regionda siyasəti iflasa məhkumdur, qarşılıqlı münasibətlərində hansısa ciddi uğur qazana bilməz. Eləcə də Türkiyə olmadan ABŞ-ın Qafqaz, Orta Asiya, Yaxın Şərq kimi mühüm bölgələrdə hansısa nailiyyət əldə etməsi mümkün deyil.

Nahid SALAYEV

 

 

 


 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ