şənbə günü, 03 oktyabr 2026
     

“Qərəzli açıqlamalar, neytrallığın qorunmaması Fransanın Minsk Qrupunda həmsədrlik kreslosunu tərk etməsini sürətləndirir” - Vüqar Rəhimzadə

Image


“İstər Dağlıq Qarabağ münaqişəsinin dünyadan 30 ilə yaxın dövrdə ədalət gözlədiyi, istər 44 günlük İkinci Qarabağ münaqişəsi, istərsə də postmüharibə dövründə  diqqət çəkən, ən əsası dəyişməz olan məqam dünyanın böyük dövlətlərinin ikili siyasəti, Ermənistana daha böyük iddialarla yaşamasına rəvac vermələri, beynəlxalq hüquq və ədalət deyilən məfhumların bu güclərin  əlində bir oyuncağa, alətə çevrilməsidir.

Rəsmi Bakı daim dünyanın ən nüfuzlu  təşkilatlarının tribunasından  bəyan edib ki, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi üçün vahid mexanizm müəyyənləşdirilməli, bütün dövlətlərə eyni şəkildə tətbiq edilməlidir.   Amma dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların  bu çağırışlara sözdə  və əməldə fərqli yanaşmaları  göz önündədir. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk Qrupunun etimadı doğrultmadığı reallıqdır. 

Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub. Amma bugünümüz üçün diqqətçəkən məqam yenə də dünya dövlətlərinin ikili siyasətdən yaxa qurtara bilməyərək, Ermənistana   dəstək missiyasını davam etdirməsidir. Hər an erməni sevgisini ortaya qoyan   Fransanın son addımları təəssüf doğurmaya bilməz. Fransa Milli Assambleyasının deputatı Fransua Pupponin Azərbaycan ərazisində terror və diversiya fəaliyyəti həyata keçirməyə cəhd göstərmiş erməni diversantlardan ibarət qrupun üzvlərini “hərbi əsir və dinc sakinlər” kimi qələmə verən qətnamə layihəsi təqdim edib. Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən dövlətlər mandatına uyğun olaraq neytrallığı qorumalı, tərəfsiz, obyektiv olmalıdır. Bu, məsələnin üzdə olan  bir tərəfidir. Digər tərəfi  belə qərəzli, əsassız bəyanatlar, açıqlamalar dövlətlərarası  münasibətlərə mənfi təsir göstərməyə bilməz”.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, postmüharibə dövrünün reallıqlarının yaşandığı,  bu reallıqlara uyğun olaraq həlli vacib məsələlərin  çözülməsi istiqamətində addımların  atıldığı  bir zamanda  ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın belə mövqe nümayiş etdirməsi təbii ki, təəssüf hissi doğurur: “Dövlətimizin başçısı İlham Əliyev işğaldan  azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işləri ilə bağlı Minsk qrupu həmsədrlərindən də təkliflər gözlədiyini bildirdiyi halda,  qarşı tərəfin belə  bir qərəzli qətnamə layihəsi, açıqlamalarla  çıxış etməsi  münasibətlərə təsirsiz  ola bilməz. Bundan əvvəl də  Fransa Senatı  qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması  ilə bağlı qətnamə layihəsini müzakirəyə çıxardı. Təbii ki, belə qətnamələr Azərbaycan üçün adi kağız parçasıdır. Çünki Azərbaycan qərəzdən, ikili siyasətdən yaranan belə sənədlərə qarşı reallıqları qoyur və dünya ictimaiyyətindən  də tələb edir ki, həqiqətlərə real nəzərlərlə  baxsın.  Necə ki, ABŞ Prezidenti Co Bayden aprelin 24-də qondarma “erməni  soyqırımı” ifadəsini dilə gətirəndə dövlətimizin başçısı İlham Əliyev bunun tarixi səhv olduğunu bildirdi, eyni zamanda, aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinkenin  telefon zəngi zamanı  bu günlərdə ABŞ Prezidentinin dırnaqarası “erməni soyqırımı” ilə bağlı bəyanatına diqqəti  yönəldərək bildirmişdir ki,  Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır və ABŞ Prezidentinin bu açıqlaması Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanmışdır. Ölkə Prezidenti İlham Əliyev bu açıqlaması ilə  qondarma “erməni soyqırımı” iddiasının əsassız olduğunu bildirməklə yanaşı, bu reallığı da diqqətə çatdırdı  ki, Azərbaycan-Türkiyə birliyi qarşıya çıxan hər bir maneəni dəf etmək, eyni zamanda,  əsassız iddiaları tutarlı cavablandırmaq və  qalibiyyətə imza atmaq  gücündədir”.

Baş redaktor qeyd edib ki, bu gün işğaldan  azad edilmiş torpaqlarımızda Böyük Qayıdışa hazırlıq  işləri  görülür: “Zamanın bu gün ölkəmiz üçün rəqibə çevrilməsini şərtləndirən əsas amil bu ərazilərin minalardan təmizlənməsinin uzanmasıdır. Çünki  Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq minalanmış sahələrin xəritələrini verməməsi  təmizləmə işlərində vaxt itkisinə səbəb olur. Bu baxımdan olmaz ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri 30 ilə yaxın dövrdə fəaliyyətsizliklərini  postmüharibə dövründə canlandırmaqla  minalanmış ərazilərin xəritələrinin Azərbaycana təhvil verilməsi ilə bağlı təşəbbüslə çıxış etsinlər? 10 noyabr üçtərəfli razılaşmasından sonra bu ərazilərdə baş verən mina partlayışı nəticəsində həlak olanların, yaralananların statistikasına diqqət yetirdikdə görəsən dünyanın  ikili siyasətini özlərinə bir fəaliyyət istiqaməti seçən dövlətlər narahatlıq hissi keçirirlərmi? Reallıqları bir kənara qoyub  yalanlarla diqqəti çəkməyə, Ermənistana dəstək olmağa  ehtiyac varmı? Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində  Ermənistana və ona havadarlıq edən dövlətlərə verdiyi tarix, hüquq və milli qürur dərsini nə tez unutdular? Bu da faktdır ki, Vətən müharibəsinin gedişi dövründə  Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə raket və artilleriya hücumları nəticəsində 100-ə yaxın   dinc sakin həlak olub, 400-dən insan artıq  yaralanıb. Bu faktlar niyə  Ermənistanı müdafiə etmək yolunu tutan fransalı deputatların qətnamə layihəsində yer almır? Üçtərəfli Bəyanatdan bir ay sonra Azərbaycan ərazilərinə terrorçuluq məqsədilə göndərilən diversant qrupun üzvləri beynəlxalq humanitar hüquqa uyğun olaraq “hərbi əsir” hesab edilmir. Beynəlxalq hüquq normalarını pozub bunun əksinə  qətnamə layihəsinin hazırlanmasına vaxt sərf etməyə ehtiyac varmı?”

“Fransanın mövqeyinə inamsızlıq yaradan  bu cür təşəbbüsləri,  qərəzli bəyanatları artıq davamlı xarakter alıb” söyləyən baş redaktor bildirib ki, Azərbaycan ictimaiyyətində ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın neytrallığına çox ciddi inamsızlıq yaranıb. Fransa parlamentinin bəzi üzvlərinin bu cür addımları, dövlət rəsmilərinin açıqlamaları bu inamsızlığın aradan qaldırılmasına deyil, əksinə, daha da dərinləşməsinə yönəlib ki, bu da iki dövlət arasında münasibətlərə öz mənfi təsirini göstərəcək.

Diqqəti bu günlərdə Fransa Senatının geniş tərkibli nümayəndə heyətinin   Ermənistana 3 günlük səfərinə də yönəldən V.Rəhimzadə qeyd edib ki,  bu səfərin  Ermənistanda uydurma “soyqırımı” tədbirləri ilə üst-üstə düşməsi artıq yaranan suallara aydınlıq gətirir: “Senat sədri açıqlamasında açıq-aşkar Ermənistanın işğalçılıq siyasətini, etnik təmizləmə və soyqırımı cinayətlərini, 44 günlük Vətən müharibəsində həyata keçirdiyi müharibə cinayətlərini dəstəklədiyini, bu dəstəyin gələcəkdə də davam etdiriləcəyini bildirməklə  bir daha işğalçı dövlətin bugünədək əsassız iddialarla çıxış etməsinə yol göstərənlərə aydınlıq gətirir. Fransalı siyasətçilər, bəzi  Senat üzvəri də Fransanın Minsk “rupunun həmsədri kimi  neytrallıq prinsiplərini pozduğunu,  ardıcıl olaraq Ermənistanı dəstəklədiyini etiraf edirlər. Bu etiraflar, eyni zamanda, ikili siyasətə uyğun addımlar fonunda Fransa Minsk Qrupunun həmsədrlik kreslosunu tərk etməyə hazır olduğunu nümayiş etdirir”.

Baş redaktor bu ümumiləşdirməni aparıb ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin  qondarma “erməni soyqırımı”, həmçinin tarixə qovuşan   Dağlıq Qarabağ məsələsinə münasibətləri, Ermənistana açıq-aşkar dəstək göstərmələri  onlara qərəzli addımlara deyil, öz tarixlərinə bir nəzər yetirməyə vaxt sərf etmək çağırışını edir: “ABŞ və  Fransanı  Ermənistanla yaxınlaşdıran məqamlardan biri   soyqırımlar törətməkdə oxşarlıqlarıdır.  Fransa  Əlcəzairdə, Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə, ABŞ   Vyetnamda, Koreyada, Kamboca və Laosda,  Əfqanıstanda,  İraqda,  Xirosima və Naqasakidə milyonlarla insanı qətlə yetirib.   Özlərini “insan haqlarının və demokratiyanın vətəni” sayan Fransa və ABŞ  öz tarixləri ilə üzləşməkdən bir də ona görə qorxurlar ki, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədiblər. Tarixi səhvlərdən dərs almaq zamanıdır”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ