şənbə günü, 03 oktyabr 2026
     

Ermənistan əvvəlcə Qandini faşist Njde ilə eyniləşdirdi, ardınca Qandinin heykəlini biurvat elədi - Hindistan XİN-in menyusuna fakt...

Image


“Sputnik Ermənistan”ın yaydığı məlumata görə, İrəvanda Hindistanın siyasi və ictimai xadimi, Britaniya müstəmləkəçiliyinə qarşı mübarizənin lideri Mahatma Qandinin heykəlini yandırıblar. Hadisə mətbuatda və sosial şəbəkələrdə böyük rezonans doğurub.

Məlumatda bildirilir ki, İrəvanda Qandinin heykəli keçən il Hindistana dostluq jesti kimi ucaldılıb, ancaq elə həmin vaxt da bu addım narazılıqla qarşılanıb. Səbəb isə M.Qandinin vaxtilə “erməni soyqırımı”nı inkar etməsi olub.

“İrəvanda Qandiyə heykəl qoyulması məsələsi erməni cəmiyyəti tərəfindən birmənalı qarşılanmamışdı. Bu addımı tənqid edənlər Qandinin Türkiyənin o vaxtkı rəhbərliyi ilə yaxın münasibətinin olduğunu və onun Osmanlı İmperiyasında “erməni soyqırımı"nın baş verdiyini inkar etməsini əsas gətirirdilər”, - deyə məlumatda bildirilir.

Bu il aprel ayının 24-də isə Hindistanın Ermənistandakı səfirliyi rəsmi "Twitter" səhifəsində qondarma "erməni soyqırımı"nın ildönümü münasibətilə paylaşım edib. Paylaşımda əvvəl "soyqırım" ifadəsi yer alsa da, sonradan mətn redaktə olunub və həmin söz oradan çıxarılıb. Bundan əsəbləşən ermənilər isə acıqlarını M.Qandinin heykəlindən çıxıblar.

“Bu hadisədən bir neçə gün sonra naməlum şəxslər Qandinin heykəlinə qarşı vandalizm aktı həyata keçiriblər. Aprelin 28-də mətbuatda heykələ od vurulub yandırıldığını əks etdirən foto və videolar yayılıb. İki gün əvvəl isə heykələ toyuq yumurtası çırpıblar”, - deyə xəbərdə bildirilir.

İrəvan meriyası hadisəni qınayaraq heykəlin yandırılmasını açıq-aşkar vandalizm aktı kimi qiymətləndirib. Meriyanın mətbuat katibi Akop Karapetyan “Sputnik Ermənistan”a müsahibəsində bildirib ki, polis mütləq günahkarları tapıb cəzalandırmalıdır. “Bu, bizim üçün kifayət qədər məyusedici hadisədir. Təəssüf ki, bu, İrəvanda baş verən yeganə hal deyil. Bu işə ciddi şəkildə qiymət verilməlidir. Paytaxtda yüzlərlə heykəl var, onların hamısının başına bir mühafizəçi qoymaq mümkün deyil”, - deyə Karapetyan vurğulayıb.

Karapetyanın sözlərinə görə, heykəli yandıranlarla yanaşı, buna çağırış edənlər də ağır şəkildə cəzalandırılmalıdırlar.

Bu məsələ ilə bağlı ən aktiv şəkildə çağırış edənin isə "Alternativ meriya" hərəkatının üzvü, aktivist Sona Aqekyan olduğu bildirilir.

Onu da qeyd edək ki, heykəlin rəsmi açılışı hələ baş tutmayıb. Karapetyanın sözlərinə görə, heykəl ucaldılmamışdan əvvəl bu addımın bütün mənfi və müsbət tərəfləri analiz edilib. Nəticədə Qandinin Türkiyə rəhbərliyi ilə əlaqəsi və ya qondarma "erməni soyqırımı"nı inkar etməsi ilə bağlı hər hansı bir məlumata rast gəlinməyib.

Karapetyan onu da bildirib ki, İrəvanda Qandiyə heykəl ucaldılması təşəbbüsü Ermənistan Xarici İşlər Nazirliyindən gəlibmiş. Qərar Ermənistanla Hindistan arasındakı dostluq münasibətləri kontekstində verilib.

"Odur ki, indi bu vandalizm aktının müəlliflərinin hansı motivlə hərəkət etdiklərini anlamaq çətindir", – deyə o vurğulayıb.

Xəbərdə o da bildirilir ki, hazırda Ermənistanın Hindistanla kifayət qədər yaxşı münasibətləri var, üstəlik, İrəvan Kəşmirlə bağlı Pakistanla münaqişə vəziyyətində olan Hindistanın mövqeyini dəstəkləyir.

Qeyd edək ki, elə ötən ilin bu günlərində erməni KİV-də məlumat yayıldı ki, İrəvanda Hindistanın siyasi və ictimai xadimi, Britaniya müstəmləkəçiliyinə qarşı mübarizənin lideri M.Qandiyə heykəl qoyulacaq. Ermənistanın faşist, qaniçən Njde ilə dünya tarixində dinc siyasi mübarizə nəzəriyyəsinin banilərindən biri M.Qandinin eyniləşdirilməsi həqiqətən də təəccüblü görünürdü. Bu xəbər yayıldıqdan sonra “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev özünün “Facebook” hesabında “İrəvanda faşist Njdeyə də heykəl, Mahatma Qandiyə də heykəl? Hindistan buna nə deyəcək...” sərlöhvəli bir status paylaşdı. Baş redaktorumuz yazırdı: “Məlumat aldıq ki, ermənilər indi də məşhur hind dövlət və siyasi xadimi Mahatma Qandiyə  heykəl ucaltmağa hazırlaşırlar. Burada təəccüblü nədir? Bir neçə il əvvəl İrəvanda hitlerçi cəllad Qaregin Njdeyə də  6 metrlik abidə qoyublar. M.Qandi isə dünya tarixində dinc siyasi mübarizə nəzəriyyəsinin banilərindən biridir və onun əliyalın, silahsız mübarizə üsulları nəticəsində hind xalqı 1948-ci ildə ingilis müstəmləkəsindən müstəqil dövlətə çevrildi. Diametral bir-birinə əks iki şəxsə eyni dərəcədə ehtiram hansı məntiqə sığır, ümumiyyətlə, burada məntiq varmı?”

Baş redaktorumuz daha sonra ermənilərin Hindistandan qovulma tarixçəsinə diqqət çəkirdi: “Məsələn, 5-6-cı əsrlərdə çinlilərlə hindlilərin mübarizəsində hindlilərə xəyanət etdikləri üçün ermənilərin Hindistandan qovulduqları barədə tarixdə fakt var... 2017-ci ildə Ermənistanın prezidenti Serj Sarkisyan Hindistanda təəccüblü bəyanat verdi. Dedi ki, erməni və hind xalqlarını dərin mənəvi-tarixi köklər bağlayır. Hansı köklərdən bəhs edildiyi indiyədək məlum deyil. Elə həmin vaxt erməni mediası hətta yazdı ki, Hindistandakı məşhur Tac  Mahal kompleksini guya erməni memar tikib. Belədirsə, həmin erməninin ad-soyadı niyə deyilmir...

Bütün hallarda, ermənilərin M.Qandini faşist Njde ilə bir bucaqdan görməsinə Hindistanın necə baxacağı maraqlıdır...”.

Göründüyü kimi, İrəvanda M.Qandinin heykəlini yandırıblar və buna səbəb kimi iki amili göstərirlər. Bunlardan biri M.Qandinin qondarma “erməni soyqırımı”nı tanımaması, ikinci faktor isə Hindistan səfirinin “Tvitter” paylaşımıdır. 

Bu faktın özü də onu göstərir ki, Ermənistan üçün dost ölkə yoxdur və bu ölkə daim separatçılığı, zorakılığı əsas tutur, faşizm siyasətini davam etdirir və hər zaman ona dəstək verən ölkələrə qarşı da çirkin niyyətlərini həyata keçirir.

  • “Bu cinayət onu sübut etdi ki, Ermənistan və ermənilər üçün dost xalq, dost dövlət yoxdur”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, M.Qandinin heykəlinə qarşı ermənilərin həyata keçirdiyi zorakılıq aktları, onun heykəlinin yandırılması faktı Ermənistan rəhbərliyinin mahiyyətini, hansı yolda olduğunu bir daha sübut edir. Q.Hacıyevin sözlərinə görə, qondarma “erməni soyqırım”ı nağılı Ermənistan hökumətini və erməni lobbisini o qədər özünə cəlb edib ki, onlar öz yalanlarına şərik edə bilmədiklərinə qarşı bu cür iyrəncliklər həyata keçirməkdən çəkinmirlər. Ermənistanın Qandi ilə Njdeni eyniləşdirməyə cəhd göstərdiyini deyən Q.Hacıyevin bildirdiyinə görə, onların eyniləşdirilməsi heç cür mümkün deyil. “Əslində, ermənilər özləri etiraf etsələr də, etməsələr də, erməni toplumunun yaranmasında fars, hind-qaraçı mənşəli xalqların rolu olub. Ona görə də Serj Sarkisyan o vaxtı işarə vermişdi və Hindistan kimi əhalisi çox olan dövləti özlərinə tərəf çəkmək istəmişdilər. Onlar bu siyasətdən də istifadə ediblər, eyni zamanda, farslarla da o siyasəti davam etdirirlər. Əvvəllər deyirdilər ki, ermənilər həmrəydir, birgə olmağı bacarır, amma görürsünüzmü, son dövrün hadisələri onların necə bir toplum olduğunu üzə çıxardı, onları ifşa etdi. “Təəssübkeş xristian” kimi xristian ölkələrinə özlərini “əzabkeş” olaraq təqdim edirdilər, amma effekt vermədi, bu da ifşa olundu ki, demə, heç onlar düzəməlli xristian da deyillər. İndi də son günlərin hadisələri nəticəsində Ermənistanın Hindistana saxta münasibəti üzə çıxdı. Ermənistanın M.Qandiyə heykəl qoymasının arxasında bu faşist dövlətin olduqca çirkin niyyətləri dayanırdı. Ermənistan elə bilirdi ki, Qandiyə heykəl qoysa, Hindistanda da qondarma “erməni soyqırımı”na abidə qoyulacaq, amma bu niyyətləri baş tutmadı. Bilirsiniz ki, nə M.Qandinin dövründə, nə də sonradan bu ölkə qondarma “erməni soyqırımı”nı tanımayıb.  Beynəlxalq aləmdə sülhün, dinc, sivil mübarizənin tərəfdarı olan Qandinin heykəlinin ermənilər tərəfindən yandırılması onu göstərir ki, bu toplum öz vəhşi, vandal, faşist əməllərindən qalmır və bu yolu tutur. M.Qandinin heykəlinə qarşı həyata keçirilən bu cinayət onu sübut etdi ki, Ermənistan və ermənilər üçün dost xalq, dost dövlət yoxdur, kim onların mənfur siyasətinə dəstək verirsə, ona tərəf əyilirlər”.

Q.Hacıyev hesab  edir ki, Hindistan bundan sonra Ermənistanla münasibətlərinə yenidən baxacaq. Çünki bu ölkə hind xalqının mənəvi, siyasi və dini liderinin heykəlinə qarşı vandalizm aktı törədib.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ