şənbə günü, 03 oktyabr 2026
     

Qandi və Holokost abidələrinin təhqiri Ermənistanda faşist ideologiyasının çiçəklənməsinin növbəti təsdiqi oldu

Image


Hindistan Milli Azadlıq Hərəkatının lideri Mhatma Qandinin İrəvandakı heykəlinin yandırılması Ermənistanda tolerantlıqdan əsər-əlamət qalmadığını bir daha təsdiqlədi. Xatırladaq ki, son iki həftə ərzində Qandinin heykəlinə iki dəfə hücum olub.

Qeyd edək ki, Mhatma Qandinin heykəli İrəvanda 2020-ci ildə ucaldılıb. O zaman ermənilər arasında heykəlin qoyulmasına etiraz edənlər də az olmayıb. Buna səbəb olaraq Mhatma Qandinin, Mustafa Kamal Atatürk başda olmaqla, Türkiyənin o vaxtkı rəhbərliyi ilə münasibətlərinin yaxşı olması və ermənilərin saxta “soyqırımı” iddialarını qəbul etməməsi göstərilir. Bundan başqa iddia edilib ki, Hindistanın Ermənistandakı səfirliyinin addımı da erməniləri qəzəbləndirib. Belə ki, bu il aprel ayının 24-də Hindistanın Ermənistandakı səfirliyi rəsmi "Twitter" səhifəsində qondarma "erməni soyqırımı"nın ildönümü münasibətilə paylaşım edib. Paylaşımda əvvəl "soyqırımı" ifadəsi yer alsa da, sonradan mətn redaktə olunub və həmin söz oradan çıxarılıb. Bu fonda Mhatma Qandinin yandırılmış heykəlini ermənilər sosial şəbəkədə paylaşaraq bunu qisasın alınması kimi təqdim ediblər. Məlumata görə, azadlıq liderinin heykəli yandırılmazdan iki gün əvvəl ona yumurta atılıb. Ermənilər iddia edir ki, Ermənistan Pakistanla münaqişədə birmənalı olaraq Hindistanın mövqeyini dəstəkləyir. Onlar hesab edir ki, bu yolla saxta iddialarını Hindistana qəbul etdirə biləcəklər.

Bir daha qeyd edək ki, Qandinin abidəsinin qoyulması barədə qərar 2020-ci il aprelin 28-də İrəvan Ağsaqqallar Şurasının iclasında qəbul edilib. Abidə Qandinin anadan olmasının 150-ci ildönümünə hədiyyədir və onun xərclərini Hindistan tərəfi öz üzərinə götürüb. İrəvan meriyasının mətbuat katibi Akop Karapetyan Qandinin heykəlinin Ermənistan Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə qoyulduğunu bildirib. O, belə abidələrin elmi əsaslandırmadan sonra ucaldıldığını da vurğulayıb: "Heykəlin yandırılması bizim üçün kifayət qədər məyusedici hadisədir. Təəssüf ki, bu, İrəvanda baş verən yeganə hal deyil. Bu işə ciddi şəkildə qiymət verilməlidir. Paytaxtda yüzlərlə heykəl var, onların hamısının başına bir mühafizəçi qoymaq mümkün deyil". Karapetyanın sözlərinə görə, heykəli yandıranlarla yanaşı, buna çağırış edənlər də olub. Bu məsələ ilə bağlı ən aktiv şəkildə çağırış edənin isə "Alternativ meriya" hərəkatının üzvü, aktivist Sona Aqekyan olduğu bildirilir.  “Daşnaksütyun” Partiyasının funksioneri Lilit Qasparyan isə “Facebook” profilində yazır: “Ermənistan paytaxtında Qandiyə abidə ucaldan xəyanətkar və satqın hakimiyyətimiz yəqin Qandinin Türkiyəyə, xüsusilə də Mustafa Kamal Atatürkə böyük rəğbət bəsləməsi faktından vəcdə gəlib”. Qandinin heykəlinin yandırıldığı anın əks olunduğu foto sosial şəbəkələrdə yayılandan sonra ermənilər bunu məmnunluqla şərh ediblər. Onu da qeyd edək ki, heykəlin rəsmi açılışı hələ baş tutmayıb.

Abidə ilə bağlı baş verənlər ermənilərin Mhatma Qandini sevmədiklərini və ona düşmən mövqedən yanaşdıqlarını göstərir. Abidənin yandırılması, ardınca naməlum şəxslərin podstamentin bir hissəsindəki üz örtüyünü sındırıb qopartması Hindistanın ciddi narazılığı ilə müşayiət edilir. Qeyd edək ki, podstamentin örtük daşları dağıdılandan sonra, aprelin 28-də Hindistan səfirliyi İrəvanda keçirilən “Alternativ bələdiyyə” adlı tədbirdə iştirakdan rəsmən imtina edib. Ekspertlər hesab edir ki, baş verənlər fonunda Hindistanın Ermənistan siyasətinə korrektələr etməsi vacibdir.

Digər tərəfdən, bu hal Ermənistanda tolerantlıq məsələsində ciddi qüsurların olduğunu göstərir. Holokost qurbanlarının xatirəsinin vaxtaşırı Ermənistanda təhqir edilməsi də bu ölkədə tolerantlıq probeminin miqyasının getdikcə artdığını göstərir. Xatırladaq ki, İrəvanda “Yaşamaq və unutmamaq” Holokost memorialı dəfələrlə ermənilər tərəfindən vandalizmə və təhqirə məruz qalıb. Erməni antisemitlər sonuncu dəfə abidə üzərində ivrit dilində olan yazıları pozub. Ekspertlərə görə, bunlar ondan irəli gəlir ki, antisemitizmin və neonasizmin populyarlaşdırılması Ermənistanın dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib. Fakt odur ki, faşist ideologiyası Ermənistanda çiçəklənir. Xatırladaq ki, İsrailin Diaspor Nazirliyinin 2020-ci il üzrə dərc olunmuş illik hesabatında Ermənistanda İkinci Qarabağ müharibəsindən sonra antisemitizmin təhlükəli dərəcədə artması qeyd edilib. Hesabatda deyilir: “Rəsmi hücumlar genişlənərək dini zəmində hücumlara çevrilib, iddia edirlər ki, yəhudi xalqı guya tarixən erməni xalqına qarşı cinayətlər törədib. Qarabağda müharibə ekstremist insidentlərə, antisemitizmin yeni ciddi təzahürlərinə və İsrail dövləti üzərinə şiddətli hücumlara gətirib çıxarıb”. Ekspertlər hesab edir ki, faşizmin Ermənistanda hələ də təbliğinə qarşı artıq beynəlxalq miqyasda sərt addımlar atılmalıdır. Çünki Ermənistanın istər keçmiş, istərsə də hazırkı hakimiyyətinin faşist ideologiyasını açıq şəkildə dəstəkləyərək təbliğ etməsi qlobal səviyyədə təhlükəyə çevrilir. Bu həm də onu göstərir ki, Ermənistanda hakimiyyətlər dəyişsə də, onların nasistləri qəhrəmanlaşdırmaq siyasəti məzmunca dəyişmir. Mhatma Qandinin və “Yaşamaq və unutmamaq” Holokost memorialının Ermənistanda dəfələrlə təhqir edilməsi də, eyni zamanda, ermənilərin faşist ideologiyasından irəli gəlir.

Tahir TAĞIYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ