şənbə günü, 03 oktyabr 2026
     

Qərbi Zəngəzurun ermənilərə verilməsinin acı tarixçəsi - Prezident Şərqi Zəngəzur məsələsinə təsadüfən toxunmadı...

Image


Tarixi ərazilərimizdən biri olan Zəngəzur Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildikdən qısa müddət sonra Ermənistana verilib. Ölkə başçısı İlham Əliyev aprelin 26-da ailə üzvləri ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarında səfərdə olarkən Zəngəzurun Şərqi və Qərbi Zəngəzura bölündüyünü, Şərqi Zəngəzurun Azərbaycan ərazisində qaldığını, Qərbi Zəngəzurun isə Ermənistana verildiyini xatırladıb. “Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir. Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib Naxçıvana dəmir yolu, həmçinin, avtomobil yolu açacağıq”.

Prezident olduqca mühüm əhəmiyyət kəsb edən bir məsələni vurğulayıb. Əlbəttə, ölkə başçısının Şərqi və Qərbi Zəngəzur məsələsinə toxunması təsadüfi deyildi, bu olduqca ciddi bir hadisə ilə bağlı həqiqətlərin üzə çıxarılmasında mühüm rola malikdir.

Yeri gəlmişlən, İrəvan Türk Cümhuriyyətinin Millət Şurasının sədri, Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlı qəzetimizin ötən sayında olduqca maraqlı bir fakta diqqət çəkdi. Alim dedi ki, 1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana verilməsi ilə bağlı İnqilab Komitəsinin qanunsuz qəbul etdiyi sənədin ləğv edilməsi üçün Milli Məclisə müraciət edilib. O qeyd edib ki, keçmiş Ali Sovetin varisi kimi bu sənəd yalnız Milli Məclis tərəfindən ləğv edilə bilər.

Zəngəzurun qərb hissəsinin Ermənistana verilməsinin tarixçəsi necə olub, bu ərazimiz hansı şərtlər altında bu ölkəyə verilib?

Orta məktəblər üçün tarix dərsliklərinin müəllifi, tanınmış tədqiqatçı, tarixçi Hafiz Cabbarov “Bakı-Xəbər”ə bildirdi ki, Zəngəzur məsələsinin gündəmə gətirilməsi çox mühümdür: “Cənab Prezidentin gündəmə gətirdiyi bu məsələ tamamilə yerində səsləndirilən bir ifadədir. Eyni zamanda da bunun strateji bir anlamı var. Qərbi Zəngəzur da tarixi Azərbaycan torpağıdır. Buranın ən qədim sakinləri Azərbaycan türkləri olub, tarixən burada azərbaycanlılar yaşayıb, mədəniyyət yaradıb, öz həyatlarını davam etdiriblər. Lakin XIX əsrin əvvəllərində Azərbaycan torpaqları Çar Rusiyası tərəfindən işğal edildikdən sonra İrəvana, Naxçıvana, Qarabağa və digər ərazilərimizə ermənilərin köçürülərək məskunlaşdırılması prosesi baş verib. Ermənilər bizim ərazilərimizə köçürüldükdən sonra burada Çar Rusiyası tərəfindən himayə olunmağa başladılar və onların sayı tədricən artdı. Buna baxmayaraq, yenə də XX əsrin əvvəllərində bölgədə Azərbaycan türkləri əhalinin mütləq əksəriyyətini təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan torpaqlarının bütövlüyünü qorumaq üçün çətin bir şəraitdə böyük əzmlə çalışmışdı və Azərbaycan torpaqlarının böyük hissəsini öz suverenliyi altına ala bildi. Düzdür, Cümhuriyyət çox qısa yaşadı, regionda baş verən proseslər, beynəlxalq vəziyyət, o cümlədən, ölkə daxilində baş verən proseslər, başlıcası isə Sovet Rusiyasının işğalçı siyasəti Cümhuriyyətin varlığına son qoydu və bundan sonra Azərbaycanda sovet hakimiyyəti quruldu. Bundan sonra Azərbaycan torpaqlarının parçalanmasının və qonşu dövlətlərə verilməsinin yeni və güclənmiş mərhələsi başladı. Bu baxımdan Zəngəzurun qərb hissəsinin Ermənistana verilməsi xüsusilə ön plana çıxır. Belə ki, 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti qurulur.  Bundan sonra, 1920-ci il noyabrın 30-da Azərbaycan Kommunist Partiyası MK-nin bəyanatı olur. Ardınca Azərbaycan Kommunist Partiyası MK rəhbərliyi tərəfindən dekabrın 1-də yeni bir qərar qəbul edilir və bu qərarla da Zəngəzurun qərb hissəsi Ermənistana verilir. Burada söhbət konkret olaraq Nəriman Nərimanovun məşhur bəyanatından gedir. Belə ki, Nərimanovun adından yayılan bəyanatda belə bir hissə də yer alıb: “Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının bölünməz ərazisidir, Dağlıq Qarabağın əməkçi kəndlərinə öz müqəddəratını təyin etmək hüququ verilir”.

Lakin bəzi mənbələrdə qeyd edilir ki, əslində, Nəriman Nərimanov bu ifadəni işlətməyib, bunu o zaman Nərimanovun adından yayılan bəyanata Azərbaycan Kommunist Partiyasının rəhbərliyində olan ermənilər, o cümlədən, Orconikidze və başqaları artırıblar. Hər halda, o dövr üçün rəsmi mövqe bundan ibarət idi ki, belə bir bəyanat verilib. Zəngəzurun qərb hissəsinin Ermənistana verilməsi məhz bu proses nəticəsində baş verir. Hətta burada “Dağlıq Qarabağın əməkçi kəndlilərinə öz müqəddəratını təyin etmək hüquq verilir” ifadəsi ilə bağlı yalan uydururlar ki, guya burada ermənilər nəzərdə tutulub. Xeyr, belə deyil, burada ermənilərə deyil, sadəcə, əməkçi kəndlilərə öz müqəddəratını təyin etmək hüququ verilirdi. Beləliklə, Ermənistan bu bəyanatdan istifadə edərək Zəngəzurun qərb hissəsinin ilhaqına nail olur və bu hissəsi Ermənistan Sovet Respublikasının ərazisi sayılır. Lakin bu zaman indiki Mehri bölgəsi Sovet Azərbaycanının tərkibində idi.

1930-cu illərin əvvəllərində bir məkrli plan nəticəsində Ordubadın və Zəngilanın bir neçə kəndi Ermənistana verilir. Burada Mehri rayonu təşkil olunur və bununla da Naxçıvan Azərbaycanın ana hissəsindən, əsas hissəsindən ayrı salınır. Beləliklə, Azərbaycanın tarixi torpaqları, o cümlədən də Zəngəzur iki hissəyə bölünür. Yəni Naxçıvan qərbdə ayrıca bir hissə olaraq qalır, Azərbaycanın əsas hissəsindən ayrı düşür, eləcə də Zəngəzur da iki hissəyə bölünür. Cənab Prezidentin qeyd etdiyi kimi, Şərqi Zəngəzur öz tarixi Vətənində - Azərbaycanda qalır, Qərbi Zəngəzur isə Ermənistan tərəfindən ilhaq edilir. Əslində, işğal olunur. Bu məsələnin gündəmə gətirilməsi çox vacibdir. Biz bununla da həmin torpaqlara hüquqi varisliyimizi bildirməli və tədricən bu istiqamətdə çalışmalı və buna nail olmalıyıq. Çünki, qeyd etdiyimiz kimi, Zəngəzur tarixi Azərbaycan torpağıdır. Bir daha onu vurğulayım ki, cənab Prezident tərəfindən Şərqi və Qərbi Zəngəzur ifadəsi çox yerində işlənmiş ifadədir, bu dərhal həm beynəlxalq ictimaiyyətdə, həm də mütəxəssislərdə belə bir fikir yaradır ki, Şərqi Zəngəzur varsa, demək, Qərbi Zəngəzur da var və Zəngəzurun qərb hissəsi Azərbaycandan ayrı salınmış, işğal edilərək qoparılmış bir ərazidir. Hesab edirəm ki, bu istiqamətdə işlər daha da genişlənməlidir.

Fikrimcə, hətta bəlkə gələcəkdə belə bir inzibati bölgü sistemləri yaradıla bilər”.

H.Cabbarovun sözlərinə görə, qanunu Azərbaycan hakimiyyəti olan və ANTANTA tərəfindən defakto tanınan Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra onun əraziləri Azərbaycan xalqının iradəsi olmadan qonşu dövlətlərə verilib. Ekspert qeyd etdi ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir: “Bu baxımdan varislikdən istifadə edərək, bizim Sovet Azərbaycanı dövründə verilmiş torpaqları geri tələb etmək hüququmuz ola bilər. Düşünürəm ki, bu istiqamətdə çalışmaq lazımdır”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ