şənbə günü, 03 oktyabr 2026
     

Dünya ölkələrində dinlər və millətlərarası münasibətlərin pisləşməsi Azərbaycana heç bir təsir göstərə bilmir...

Image


Qədim İpək Yolunun üzərində yerləşən, Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, sivilizasiyaların, dinlərin qovuşduğu məkan olub və burada ölkəmizin coğrafi mövqeyi, əhalisinin polietnikliyi kimi amillər böyük rol oynayıb.

Tarixin ayrı-ayrı dönəmlərində bu torpaqlarda Bütpərəstlik, Zərdüştiliklə bərabər, Yəhudilik, Xristianlıq və İslam kimi səmavi dinlərin nümayəndələri bir-birinə təsir göstərmədən birgə yanaşı yaşayıblar. Eyni zamanda, Azərbaycan ərazisi bütün dövrlərdə dini ayrıseçkilikdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynayıb, ölkəmiz  fərqli dinlərin və millətlərin  mənsubları ilə yanaşı, İslam məzhəblərinin daşıyıcıları üçün pənah yerinə çevrilib. Buna baxmayaraq, etnik və dini icmalar arasında daim möhkəm dözümlülük və dostluq əlaqələri mövcud olub, milli, irqi və dini zəmində heç bir ayrıseçkilik baş verməyib, hətta bu müxtəliflik xalqımızın tolerantlıq xüsusiyyətinin formalaşmasında mühüm töhfə olub.

  • Dinlərin əsl mahiyyəti təhrif olunub və din müxtəlif siyasi oyunların alətinə çevrilib

Əlbəttə, qloballaşma ilə bağlı çağırışların vüsət aldığı dövrümüzdə ata-babalarımızdan miras qalmış bu adət-ənənənin qorunub saxlanması bizdən xüsusi mənəvi məsuliyyət tələb edir. Nəzərə alsaq ki, din insanların şüuruna və cəmiyyətə təsir göstərmək baxımından olduqca güclü vasitədir, onun bu gücündən sui-istifadə edən məkrli qüvvələr tarix boyu öz maraqlarını, siyasi-iqtisadi hegemonluqlarını təmin etmək üçün dindən daha geniş şəkildə yararlanmağa çalışıb və bu proses müasir dövrdə də davam etməkdədir. Nəticə isə ortadadır: insanları vəhdətə, qarşılıqlı hörmət şəraitində yaşamağa çağıran dinlərin əsl mahiyyəti təhrif olunub və din müxtəlif siyasi oyunların alətinə çevrilib. Söz yox ki, dünyanın bir sıra ölkələrində “sınaq”dan çıxarılmış bu “siyasət”in ölkəmizə qarşı da həyata keçirilməsinə cəhd göstərilib.

  • Ölkəmizdəki hazırkı milli və dini mühit dünyada örnək kimi göstəriləcək səviyyədədir

Ölkəmizin coğrafi mövqeyi, təbii sərvətlərlə zənginliyi bəzi xarici dairələrin diqqətindən kənarda qalmayıb, onlar öz maraqlarını təmin etmək üçün iqtisadi-siyasi təzyiqlərlə yanaşı, din sahəsindəki boşluqlardan da yararlanmağa çalışıblar. Müstəqilliyimizin bərpa edildiyi ilk dövrlərdə müharibə və siyasi xaos nəticəsində yaranmış ağır sosial vəziyyətdən istifadə edən həmin qüvvələr xeyriyyə təşkilatı adı altında ölkəmizə ayaq açaraq, əhalinin böyük qisminin dini məlumatsızlığından, İslama dair biliklərinin yetərsizliyindən istifadə etməklə öz təlimlərini həqiqi dini dəyər maskası altında yaymağa, az da olsa, müvəffəq olublar. Həmin dövrdə ölkədə dini tədris müəssisələrinin və savadlı ilahiyyatçıların azlığı, sağlam dini ədəbiyyatın olmaması insanlarımıza yad dini-ideoloji fikirlərin aşılanmasına gətirib çıxarıb. Vəziyyətin həssaslığı qətiyyətli, balanslaşdırılmış və sağlam din siyasətinin həyata keçirilməsini tələb edirdi. Bu istiqamətdə Azərbaycan dövləti bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirdi. Buna görədir ki, ölkəmizdəki hazırkı milli və dini mühit dünyada örnək kimi göstəriləcək səviyyədədir.

  • Dini və milli dözümlülük xalqımızın əsrlər boyu formalaşan, bir çoxlarına örnək olan xarakterik xüsusiyyətidir

Azərbaycanın tolerantlıq örnəyi olmasının nümunələrindən biri də Prezident İlham Əliyevin, müsəlmanlarla yanaşı, yəhudi və xristian icmalarına hər il qeyd etdikləri dini bayramlarda təbrik ünvanlamasıdır. Həmin təbriklərdən birində bildirilir: “Bu gün dünyanın tolerantlıq örnəyinə çevrilən Azərbaycanda ayrı-ayrı din və təriqətlər arasında qarşılıqlı hörmət və etimad mühitinin, multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Xüsusilə vurğulamaq istərdim ki, vaxtilə sovet rejimi tərəfindən etiqad və vicdan azadlığının qadağan edildiyi ölkəmizdə indi bütün xalqların və dinlərin nümayəndələrinin rahat şəkildə və mehriban ailə kimi yaşaması müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biridir”

Sadalanan faktlar bir daha göstərir ki, dünyada dini və milli  ayrıseçkiliyin gücləndiyi və həmin zəmində qarşıdurmaların artdığı bir dövrdə tolerantlıq Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Fəxrlə deyə bilərik ki, bu gün bütün dünyada demokratik dəyərlərdən biri kimi təbliğ olunan dini və milli dözümlülük xalqımızın əsrlər boyu formalaşan, bir çoxlarına örnək olan xarakterik xüsusiyyətidir və bu, inkaredilməz həqiqətdir. Bu gün Azərbaycanda kilsə və sinaqoqlarla yanaşı, bir çox xristian, yəhudi dini tədris müəssisələrinin sərbəst şəkildə fəaliyyət göstərməsi və onlara dövlət tərəfindən lazımi dəstək verilməsi də buna əyani sübutdur.

  • “Mən Azərbaycana səfər edərkən həmişə dinlərarası münasibətlərin yüksək səviyyəsinə diqqət yetirirəm”

Hazırda Yaxın və Orta Şərqdə baş verən müharibələr, qanlı toqquşmalar təkcə bu bölgədəki ölkələri deyil, həm də ümumbəşəri mədəniyyətləri, azad dəyərləri məhv edir. Eyni zamanda, Avropada miqrantlara münasibətin pisləşməsi, “multikulturalizm iflasa uğrayıb” kimi bəyanatların səsləndirilməsi, ayrıseçkiliyə yol verilməsi, milli-dini dəyərlərdən siyasi, iqtisadi vasitə kimi istifadə edilməsi bizi gələcəyimizlə bağlı daha dərindən düşünməyə və tarixin qarşımıza qoyduğu bu kimi “nümunələr”dən nəticə çıxarmağa sövq edir.

Dünyanın az qala bütün nöqtələrini öz ağuşuna almış bu kimi arzuolunmaz proseslərin fonunda ölkəmizdə Azərbaycançılıq məfkurəsinin, milli-mənəvi, dini dəyərlərin, tolerantlıq siyasətimizin təbliği və daha da möhkəmləndirilməsi, bu mühitin qorunub saxlanması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Xalqımız bunu gündəlik həyatının hər anında hiss etməkdədir.

Moskvanın və bütün Rusiyanın Patriarxı II Kirill Azərbaycanda səfərdə olarkən bildirib ki, zəngin və qədim tarixi olan, mürəkkəb sivilizasiya qovuşuğunda yerləşən ölkəniz həm ətraf xalqların müdrikliyini, həm də, əlbəttə ki, özünün sadə olmayan, amma şübhəsiz, xalqı gözəl mədəniyyət və mənəviyyatla zənginləşdirən tarixi təcrübəsini əxz edib: “Mən Azərbaycana səfər edərkən həmişə dinlərarası münasibətlərin yüksək səviyyəsinə diqqət yetirirəm. Həm də bu münasibətlər yalnız hansısa rəsmi səviyyədə göstərici deyil. Bütün bunlar sadə insanların həyatına birbaşa aiddir. Azərbaycandakı pravoslavlar da müsəlman əksəriyyəti kimi bütün imkanlardan istifadə edirlər. O cümlədən, Azərbaycanda millətlərarası, dinlərarası sülhün möhkəmlənməsində Prezident İlham Əliyevin rolunu  çox müsbət dəyərləndirirəm”.

  • Xarici havadarların diqtəsi ilə hərəkət edən radikal qruplar cəmiyyətimizə təsir göstərmək imkanına malik deyil

Dünyanın dini və milli radikalizmdən əziyyət çəkən dövlətlərinə ötəri nəzər saldıqda aydın şəkildə görünür ki, həmin ölkələrdə bu problemi yaradan amillər sırasında ümumi savadsızlıq, yoxsulluq, işsizlik, eləcə də dini biliklərin elmi əsaslarla deyil, xurafat və mövhumat səviyyəsində təlqini kimi məsələlər dayanır. Azərbaycanda isə ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət nəticəsində dayanıqlı inkişaf təmin edilir. Ölkəmizdə yoxsulluğun göstəricisi aşağıdır, ümumi savadlılıq səviyyəsi isə 100 faizə yaxındır. Azərbaycanda dini təhsil inkişaf dövrünü yaşasa da, səviyyə baxımından bir sıra ölkələrlə müqayisədə xeyli irəlidədir. Bu sahənin daha da inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərilir.

Xarici zərərli təsirlərin əsas səbəbi isə Azərbaycanın bütün sahələrdə inkişafını, müstəqil siyasət yürütdüyünü gözü götürməyən müəyyən xarici dairələrin bütün vasitələrdən, həm maddi, həm ideoloji, o cümlədən dindən və millətlərarası münasibətdən ölkəmizə qarşı öz məkrli məqsədləri üçün istifadə etmələridir. Bu təsirlər həmişə müşahidə olunub, bu gün də var, gələcəkdə də olacağı istisna edilmir. Ümumiyyətlə, xarici havadarların diqtəsi ilə hərəkət edən radikal qruplar cəmiyyətimizə təsir göstərmək imkanına malik deyillər. Çünki onların ölkədə ciddi sosial dayaqları yoxdur. Ən başlıcası isə, Azərbaycanda xalq-iqtidar birliyi möhkəm dayaqlara malikdir. Bu gün həmin qüvvələrin təsir imkanları dövlətin müvafiq strukturlarının həyata keçirdiyi tədbirlər nəticəsində çox zəifləyib, fəaliyyətləri ciddi nəzarət altındadır. Amma bu istiqamətdə profilaktik tədbirlər daim davam etdirilməli, təkcə dövlətin aidiyyəti qurumlarının deyil, vətəndaş cəmiyyətinin, ümumiyyətlə, hər bir fərdin bu məsələyə münasibətdə sayıqlıq və həmrəylik nümayiş etdirməsi vacibdir.

  • Üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir ölkə…

Azərbaycan tolerantlığı Avropanın da diqqətini cəlb edib. Artıq avropalılar Azərbaycanda olan bu unikal modelin təcrübəsini öyrənirlər. İtaliyanın paytaxtı Roma şəhərində "Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” adlı beynəlxalq konfransın keçirilməsi ölkəmizdə bu sahədəki mövcud vəziyyətin reallığını əks etdirir. Konfransda Azərbaycanın müxtəlif dinlərin birgə mövcudluğu sahəsində böyük təcrübəyə malik olması, həmçinin bu təcrübənin öyrənilməsinin vacibliyi xüsusi vurğulanıb. Təkcə Avropa deyil, Qərbin dini liderləri də Azərbaycanın dini tolerantlıq baxımından örnək götürüləcək bir ölkə olduğunu etiraf edir. 2002-ci ildə Bakıya səfər edən dünya katoliklərinin mərhum lideri, Roma papası II İohan Pavel Azərbaycanı "üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir ölkə” adlandırıb.  "Azərbaycanda dini dözümlülük baxımından sabit cəmiyyət mövcuddur. Qoy üç böyük din tərəfindən izhar edilmiş bu məhəbbət şahidliyinə görə Allaha həmd olsun”, - deyə Roma papası bildirib. Onu da deyək ki, Azərbaycan əhalisinin cəmi 0,5 faizini katoliklər təşkil edir. Dünya katoliklərinin dini liderinin məhz belə bir ölkəyə səfər etməsi Azərbaycanda məskunlaşan azsaylı xalqların dininə xoş münasibətin dönməzliyindən xəbər verir. Xatırladaq ki, Azərbaycan yeganə İslam ölkəsidir ki, bu ölkənin mədəni irsi Vatikanda nümayiş etdirilib.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ