şənbə günü, 03 oktyabr 2026
     

Ermənistanda seçkiqabağı gərginlik yeni iqtidar-müxalifət toqquşmasına yol açır...

Image


Növbədənkənar parlament seçkilərinin yaxınlaşması fonunda Ermənistanda iqtidar və müxalifət arasında ziddiyyətlər dərinləşməkdə, qarşılıqlı ittihamlar artmaqdadır. Bu fonda “Qarabağ klanı”nın ardınca hakimiyyət təhlükəli hesab etdiyi digər müxalif fiquru da inzibati yolla sıradan çıxarmağa hazırlaşır. Söhbət Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalif Vətən Partiyasının sədri Artur Vanetsyandan gedir.

Siyasətçinin vəkili Lusine Saakyan bildirib ki, Vanetsyan istintaqa cəlb olunub. Onun sözlərinə görə, Vanetsyan Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinə çağırılıb. MTX-nın sabiq rəhbəri ermənilərin Şuşada uğradığı ağır məğlubiyyətdə ittiham olunur. Bildirilib ki, müharibə zamanı Vanetsyan və başçılıq etdiyi “Vətən” silahlı dəstəsi Şuşadakı mövqelərini özbaşına tərk edib. Hesab edilir ki, bu yolla seçkilərə qədər Vanetsyan sıradan çıxarılacaq. Bu da Nikol Paşinyan və komandasının qalibiyyət şanslarını daha da artırır. Bu arada, Ermənistanda parlamentin hakim “Mənim addımım” fraksiyası bəyan edib ki, onlar Nikol Paşinyana alternativ axtarmır. Parlamentin spikeri Ararat Mirzoyan hakim fraksiyanın baş nazir postuna namizədinin məhz Paşinyan olacağını bildirib. “Mənim addımım” fraksiyası bundan əvvəl də dəfələrlə bəyan edib ki, onun erkən seçkidə də vahid və yeganə namizədi Paşinyan olacaq. Medianın baş nazir postunda Paşinyanı əvəz etməyə layiq namizəd kimi gördüyü Ararat Mirzoyan bu fonda bildirib ki, onun fraksiyası Paşinyana alternativ axtarmır. Paşinyan istefa verdikdən sonra komandası baş nazir vəzifəsinə yenidən onun namizədliyini verib. Lakin erkən seçkinin keçirilməsi üçün parlamentin onu bu vəzifəyə təsdiqləməkdən iki dəfə imtina etməsi lazımdır. Yalnız bu halda parlament buraxıla, erkən seçki keçirilə bilər.

Parlamentdə ikinci böyük fraksiya olan “Çiçəklənən Ermənistan” partiyasını təmsil edən İveta Tonoyan isə bildirir ki, onun partiya yoldaşları artıq seçki hazırlığına başlayıblar və seçkiqabağı kampaniyanı partiyanın lideri Hagik Tsarukyan şəxsən koordinasiya edir. Xanım Tonoyan vurğulayıb ki, “Çiçəklənən Ermənistan” fraksiyasının qəti əmin olduğu proqram var: “Partiya 20 iyun seçkisinə Tsarukyanın başçılıq etdiyi siyahı ilə gedir və partiyanın qələbəsi məhz onun baş nazir olması ilə nəticələnməlidir”. Müxalif “Maariflənmiş Ermənistan” fraksiyası isə bildirib ki, hələlik heç bir sürpriz olmayacaq və təşkilat baş nazir vəzifəsinə namizəd irəli sürməyəcək. “Azatutyun” radiosu qeyd edir ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bugünlərdə məhz bu iki partiyanı Paşinyanı vəzifəsində saxlamaq üçün iqtidarla qanunsuz sövdələşməyə girməkdə ittiham etmişdi. Ter-Petrosyan bəyan etmişdi ki, konstitusiyaya görə, Paşinyan vəzifəsindən istefa verdikdən sonra həmin vəzifənin icraçısı kimi qala bilməz. İveta Tonoyan “Azatutyun”a müsahibəsində birinci prezidentə konstitusiya hüququ üzrə başqa ekspertlərlə də danışmağı məsləhət görüb. O deyib iki, “Çiçəklənən Ermənistan”, “Maariflənmiş Ermənistan” və prosesdə iştirak edən başqa partiyaların öz gündəlikləri var. Xanım millət vəkili Ter-Petrosyana işarə edərək bildirib ki, onun partiyasını tənqid edənlər başqalarının gündəliyinə xidmət edirlər: “Çox yaxşı olardı ki, onlar hansı gündəliyə xidmət etdiklərini açıq bildirəcək qədər səmimi olsunlar”.

Bu arada Ermənistan hökuməti seçki kampaniyasına maneçilik törədilməsinə qarşı məsuliyyəti sərtləşdirib. Bununla əlaqədar Cinayət Məcəlləsinə düzəlişlər haqqında qanun birinci, ikinci və sonuncu oxunuşda qəbul olunub. Bu qanunvericilik təşəbbüsü ilə də hakim “Mənim addımım” fraksiyasından Vaaqn Ovakimyan çıxış edib. O bildirib ki, bundan sonra seçkiyə maneçilik törədilməsinə qarşı qanun daha sərt olacaq: “İnqilaba qədər seçki vaxtı, yadınızdadırsa, hansısa qruplar müxalifətin təşviqat kampaniyasına maneçilik törətməyə çalışırdılar. Onlar bunu etsələr də, cəzasız qalırdılar. Yeni normalara görə, siyasi baxışlarından asılı olmayaraq, istər müxalifət olsun, istərsə də iqtidar, təşviqat kampaniyasına mane olmaq istəyənlər cinayət məsuliyyətinə cəlb olunacaq”. Qanuna düzəlişdə belələri üçün 6 aydan 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Qanuna görə, seçki təşviqatına mane olarkən zoralkılıq və ya təhdidə əl atanlar isə 6 il müddətinə azadlıqdan məhrum edilə bilər. Seçicilərin maddi cəhətdən ələ alınması cəhdlərinə görə isə 5 ilədək həbs cəzası nəzərdə tutulur. Hakimiyyət əmindir ki, qanuna düzəlişlər qarşıdan gələn erkən seçkilərə əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Lakin müstəqil deputat Arman Babacanyan bildirir ki, hakim “Mənim addımım” fraksiyası keçmiş hakimiyyətə “öz şərtlərini diqtə etməkdə” mane olacaq heç nə etməyib: “Siz, sadəcə olaraq, sizi gözləyən və bizə gətirdiyiniz fəlakəti bilmirsiniz. Biz indi sakitcə oturmuşuq və Robert Köçəryanın və onun başqa satqın işbirlikçilərinin seçkiyə daha az təsir edə bilmələri üçün nə etməli olduğumuzu düşünürük. Mən bu dəyişikliklərlə seçki prosesinin azad, ədalətli və şəffaf keçirilməsi üçün prinsipial həll tapdığımızı düşünməkdən uzağam”. “Maariflənmiş Ermənistan” fraksiyasından deputat Ani Simonyan isə deyib ki, iqtidarın təşəbbüsü müxalifəti seçkidə iştirak üçün vəsait əldə etməkdən məhrum edir. Onun fikrincə, hakim partiya inzibati resurslardan faydalanmaq imkanına malik ola bilər. İndi qanun dəyişiklikləri prezident tərəfindən təsdiq edilməlidir. O bu sənədi imzalamasa və Konstitusiya Məhkəməsinə müraciət etsə, bu proses aylarla uzana bilər. Bununla belə, “Mənim addımım” fraksiyasının lideri Lilit Makunts qeyd edib ki, prezident dəyişikliklərdən xəbərdardır və lazım gələrsə, detallar üzərində onunla müzakirələr aparıla bilər.

Nahid SALAYEV

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ