Göyçə-Zəngəzur Respublikası və Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi ABŞ prezidenti Co Baydenin məlum çıxışına etiraz olaraq bəyanat yayıb. Bəyanatda deyilir:
“Amerika Birləşmiş Ştatları prezidenti Co Baydenin 24 aprel tarixindəki çıxışı zamanı "erməni soyqırımı"kəlməsindən istifadə etməsi bizlərdə çox böyük təəccüb və hiddət doğurdu.Bu Co Baydenin, tərəfdarları olan bir ovuc erməni lobbisinə xoş gəlmək xatirinə,dünyanın super gücü olan ABŞ dövlətinin və Amerika xalqının təməl prinsiplərinə və maraqlarına vurduğu ciddi zərbədir!!!Co Bayden ABŞ prezidenti kimi Amerika xalqının və dövlətinin çıxarlarını və maraqlarını nəzərə alaraq,bu kobud səhv addıma getməməli idi!!!Amma təəssüf ki,Co Bayden bu tarixi səhv addımı atdı.Bununla göstərdi ki,onun üçün tərəfdarları olan bir ovuc erməniləri məmnun etmək,ABŞ-ın milli maraqlarını qorumaqdan daha önəmlidir! Əminik ki,bu həqiqəti anlayan çox milyonluq Amerika seçiciləri Co Baydenə səs verdikləri üçün peşmançılıq hissi keçirdirlər.İnanırıq ki,onlar növbəti prezident seçkilərində ABŞ-ın milli maraqlarını bir ovuc millətçi ermənilərin məmnunluğuna qurban vermiş Co Baydenə səs verməyərək,bu səhvinin bədəlini ona ödətdirəcəklər!!!
Göyçə-Zəngəzur Respublikası və QAQB olaraq bəyan edirik ki özünü demokratik dəyərlərin himayəçisi elan etmiş.dünyanın supergücü olan ABŞ kimi bir dövlətin prezidenti olan Co Bayden erməni uydurmalarına deyil,tarixi həqiqətlərə və doğrulara əsaslanaraq fikir bildirməli idi!!Yaxşı olardı ki,Co Bayden uydurma erməni yalanlarından deyil,ermənilər tərəfindən Türkiyədə türklərə qarşı,Azərbaycan ərazilərində azərbaycanlı əhaliyə qarşı törətdikləri vəhşi qətllərə diqqət ayırardı!Xüsusən 18-ci əsrdən başlayaraq məskunlaşdırıldıqları tarixi Qərbi Azərbaycan, indiki Ermənistan ərazilərində tarixən yaşamış azərbaycanlı əhalini məruz qoyduqları soyqırımdan danışardı!!!Bu gün həmin ərazilərdə bir nəfərdə olsun azərbaycanlı qalmamışdır!!!Bəyan edirik ki,erməni lobbisinin uydurma,yalanlarına istinad edən Co Baydenin bu tarixi səhvinin bədəlini Amerika dövləti və məzlum erməni xalqı ödəyəcəkdir!!!”
Baki-xeber.com