şənbə günü, 03 oktyabr 2026
     

Alban kilsələrinin erməniləşdirilməsinə qarşı Azərbaycan udi icmasının kəskin etirazı...

Image


Torpaqlarımız işğaldan azad edildikdən və maddi mədəniyyət abidələrimizin salamat qalan hissəsi düşmənin əlindən xilas edildikdən sonra ermənilər daha da cilddən-cildə düşməyə, saxtakarlığın həddini aşmağa başlayıblar.

 

Artıq erməni saxtakarlığı ifrat həddədir və ifratlıq isə zərərli bir haldır ki, mütləq mənada ona yol verənə əziyyət verir. İşğal dövründə ermənilərin Azərbaycanın mədəni irsinə tutduğu divan bütün dünyaya məlumdur. Alban xristianlıq dövrünə aid olan bütün abidələr, monastırlar erməni “abidəsi”, “kilsəsi” kimi qələmə verilərək, onların hamısının tarixi, istiqaməti saxtalaşdırılaraq erməniləşdirilib, kilsələrin, monastırların memarlıq quruluşlarına xələl gətirilib. Bütün bunlar ermənilər tərəfindən alban xristian abidələrinə qarşı həyata keçirilən saxtalaşdırma aktlarındandır. Azərbaycanın torpaqlarını işğaldan azad etdikdən sonra bu ərazilərdə tikinti-quruculuq işləri ilə yanaşı, dini məbədlərin, məscidlərin restavrasiyasına da başlaması erməniləri, xüsusən də revanşist kəsimi, erməni lobbisini yerdən-yerə vurub və onların daha böyük saxtakarlıq kampaniyasına başlamalarına səbəb olub. Son günlər erməni mətbuatı elə böyük qırmızı yalanlar üyüdür ki, adam mat-məəttəl qalır, axı bunu bunlar nəyə əsasən uydurublar? Şuşada Qazançı kilsəsinin bərpası ermənilərin yuxusunu ərşə çəkib. Erməni mediası iddia edir ki, guya Qarabağdakı “erməni abidələri” albanlaşdırılır. Göründüyü kimi, artıq bu toplum saxtakarlıqda həddini aşıb. Qarabağda bir dənə də olsa erməni kilsəsinin olmadığı halda, onların bu iddiaya düşməsi gülüncdür. Ekspertlər deyirlər ki, ermənilər alban mədəniyyətini inkar etməyə başlayıblar və bununla da Qafqaz Albaniyasını da inkar edirlər. Ekspertlərə görə, alban abidələrini inkar etməklə və alban kilsələrini “erməni kilsələri” adlandırmaqla ermənilər daha böyük mənəvi cinayətə əl atmış olduqlarını ortaya qoyurlar.

  • “Alban xristian kilsəsinin müstəqilliyinin bərpasına nail olmalıyıq ki, bununla da erməni saxtakarlığı üzərində qələbə çalmış olaq”

Alban-Udi icmasının sədr müavini Rafiq Danakari  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, erməni saxtaklarlığı artıq həddini aşıb və dəfələrlə buna narazılıqlarını bildirsələr də, yenə də ermənilər yalan təbliğatlarını davam etdirməkdədirlər. R.Danakarinin sözlərinə görə, ermənilər alban kilsələrini erməniləşdirməkdən əl çəkmək istəmir, üstəlik də bizi “erməni kilsələri”ni albanlaşdırmaqda ittiham etməyə çalışırlar. Azərbaycanın qədim mədəniyyətə malik olduğunu deyən R.Danakarinin sözlərinə görə, Qafqaz Albaniyasında xristianlıq mövcud olarkən, özünün ən yüksək inkişaf dövrünə qədəm qoyarkən, heç bu coğrafiyada ermənilərin səsi-sorağı, izləri belə olmayıb: “Ermənilərin özlərinin heç bir tarixi mədəniyyəti yoxdur, onlar həmişə başqa xalqların irsinə qarşı saxtalaşdırma aparırlar. Ermənilər uzun illərdir alban kilsələrini, alban mədəniyyətini saxtalaşdırmaqla məşğul olur və onlara aid olmayan bu mədəniyyəti mənimsəmək istəyirlər. Qarabağda erməni kilsəsi olmayıb, orada alban xristian kilsələri olub və onlara qarşı da ermənilər öz çirkin təxribatlarını davam etdirirlər. Ermənilər alban abidələrini, alban monastırlarını erməniləşdirməyə çalışırlar. Bilirsiniz, ermənilərin bu cür əsassız iddialarının qarşısını bizim alimlərimiz almalı, onlar beynəlxalq səviyyədə elmi əsaslarla erməni yalanlarını ifşa etməlidirlər. Onlar sübut etməlidirlər ki, bu coğrafiyada qədim dövrlərdən ermənilər yaşamayıb və o monastırlar ermənilərə aid deyil. Alimlərimiz isə çox zaman susurlar. Qədim monastırlar elə tikilib ki, onların yanında kəndlər, yaşayış olmayıb. Monastırlar ayrıca olub. Erməni, sən bura nə zaman gəlmisən ki, gəlib burada “qədim monastır” tikmisən, dünən gəlmisən, sən gələndə də Qarabağdakı alban xristian monastırların hamısı var idi. Bu monastırlar XIX əsrdə tikilməyib, IV, V, VI əsrlərdə inşa edilən kilsələrdir. Sən Azərbaycan ərazilərinə dünən gəlmisən, bu monastırlar haradan sənin oldu?

Bir məqamı da deyim ki, erməni kilsəsi apostol kilsəsi olmamalıdır, bu qriqoryan kilsəsidir. Amma ermənilər apostol kilsəsi sözünü 1936-cı ildən sonra bizdən götürüblər. Alban udi kilsəsi apostol kilsəsidir. Qafqaz Albaniyasına apostollar birbaşa Yerusəlimdən gəliblər. Bu zaman isə bizim bölgədə ermənilər olmayıblar. O zaman Fadey Klikiyaya gəlibmiş, amma ermənilər onu qəbul etməyib öldürüblər. Erməni kilsəsi haradan apostol kilsəsi oldu? Heç o Qriqori də erməni deyil, parfiyalıdır, o da apostol deyil. Qafqaz Albaniyasında mövcud olan kilsə apostol kilsəsidir. Bizə bu dini İsanın apostolları gətiriblər, Qafqazda biz xristianlığı birinci qəbul etmişik”.

R.Danakarinin sözlərinə görə, “yersiz gəldi, yerli qaç” prinsipini əlində bayraq edən ermənilər alban kilsələrinə qarşı saxtalaşdırma işlərini davam etdirirlər. O deyir ki, biz erməniləri Xudavəngdən qovuruq, amma onlar rus sülhməramlılarının himayəsi altında yenə də orada peyda olurlar. “Erməni saxtakarlığı həddini o qədər aşıb ki, onlar alban irsinə qarşı saxtalaşdırmanı davam edirlər. Ermənilərin Qafqazda, bizim ərazilərdə heç bir dini, maddi-mədəni irsi yoxdur.

Ermənilərin xristian həmrəyliyindən istifadə edərək onlardan dəstək aldıqları məlumdur, alban-udi icması nə üçün xristian həmrəyliyindən istifadə etmək istəmir? Ümumiyyətlə, dünya xristianlıq mərkəzlərinə əsl həqiqətləri çatdırmaq üçün Alban-Udi icması nə kimi işlər görür, nə üçün xristian təəssübkeşliyindən istifadə etmək istəmir?

R.Danakari bildirdi ki, Alban-Udi icması bu illərdə rahat şəkildə oturmayıb, müxtəlif işlər görüb, beynəlxalq təşkilatlara, hətta Roma Papasına belə məktub yazaraq erməni saxtakarlığını çatdırıb. R.Danakari xatırlatdı ki, ermənilər rus pravoslav kilsələrini də erməniləşdiriblər, lakin ruslar buna göz yumurlar. “Hesab edirik ki, xristian alban kilsəsi erməni kilsəsinin tabeliyindən çıxarılmalı və onun müstəqilliyi bərpa olunmalıdır. Biz çalışırıq ki, xristian alban kilsəsinin hüquqları qaytarılsın və müstəqilliyi bərpa olunsun. Pandemiya bizi bir neçə il geri saldı. Biz beynəlxalq qurumlara mütəmadi olaraq müraciət edirik, Roma Papasına da məktub yazmışıq. Cenevrədə bütün dünya kilsələrinin şurasına da müraciət etmişik. Onların hamısının bundan xəbərləri var. Alban xristian kilsəsinin müstəqilliyinin bərpasına nail olmalıyıq ki, bununla da erməni saxtakarlığı üzərində qələbə çalımış olaq. Alban mədəniyyətini məhv etməklə, erməniləşdirməklə kifayətlənməyən ermənilər hələ bizə qarşı qondarma ittihamlar da irəli sürməyə çalışırlar. Amma tarixi həqiqət bir başqadır, heç zaman erməni saxtakarlığı həqiqətin üzərindən xətt çəkə bilməz” - deyən R.Danakari hesab edir ki, bu gün əsas işimiz xristian alban kilsəsini erməni kilsəsinin tabeliyindən çıxarmaq və onun müstəqilliyini bərpa etmək olmalıdır. Qafqaz Albaniyasının tarixi irsinin tək varisi Azərbaycan dövlətidir və xristian alban kilsəsinin səlahiyyətləri Azərbaycana keçməlidir.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ