şənbə günü, 03 oktyabr 2026
     

Azərbaycan Ermənistanın son müqavimət imkanlarını da qırdı

Image


Ermənistanda iyunun 20-nə təyin edilmiş növbədənkənar  parlament seçkilərinə hazırlıq davam edir.  Seçki kampaniyasında əsas rəqabətin mövcud hakimiyyət və “Qarabağ klanı” arasında getməsi gözlənilir. Seçicilərin dəstəyini qazanmaq üçün Nikol Paşinyan diqqəti daha çox sosial-iqtisadi inkişafa yönəltməyə çalışır. “Qarabağ klanı” isə Ermənistanın 44 günlük müharibədə məğlubiyyətində Paşinyan iqtidarını günahlandıraraq, revanşist mövqe sərgiləməklə cəmiyyətdə dəstək qazanmağa çalışır. Amma belə mövqe Ermənistan üçün yeni problemlərdən başqa heç nə vəd etmir.

Revanşistlərə sonuncu xəbərdarlıq...

Azərbaycan dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, postmüharibə dövründə Ermənistanla əməkdaşlığa hazırdır. Əks addımlara, o cümlədən bəzi erməni dairələrinin revanş cəhdlərinə isə çox sərt cavab veriləcək. Elə Prezident İlham Əliyev də Dövlət Sərhəd Xidmətinin Cəbrayılda yeni hərbi hissəsinin açılışında iştirakı zamanı bu xüsusda Ermənistana növbəti dəfə açıq mesaj verdi: “Əfsuslar olsun ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər. Onlara, bax buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi. Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır. Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək”. 

Bu gün Ermənistanda revanşist mövqe sərgiləyən daha çox “Qarabağ klanı”dır. Onlar 44 gün davam edən müharibədə hələ də Ermənistanın məğlubiyyətinin əsas səbəbkarı qismində məhz Nikol Paşinyanı təqdim edərək, bununla cəmiyyəti baş nazirə qarşı qaldırmağa çalışırlar. Lakin Ermənistan müxalifəti tərəfindən ötən il noyabrın 10-dan sonra təşkil edilən etiraz aksiyalarına, bütün gözləntilərin əksinə olaraq, getdikcə az sayda adamın qatılması erməni cəmiyyətinin Paşinyanın siyasi əleyhdarları ilə eyni mövqeni bölüşmədiyini göstərir. Təhlillər bunun əsas səbəbi kimi Ermənistan cəmiyyətinin artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasına qarşı olması ilə birbaşa bağlı olduğunu üzə çıxarır. Müxalif qüvvələr Qarabağ məsələsində revanşist mövqedən çıxış etdikləri, müharibənin yenidən başlanıla biləcəyi haqda fikir sərgilədikləri halda, cəmiyyətdə mütləq əksəriyyət əks mövqedən çıxış edir. Erməni cəmiyyətində böyük çoxluq qəbul edir ki, Azərbaycanla yeni savaş Ermənistanı daha böyük fəlakətlər girdabına sürükləyəcək, o cümlədən çoxsaylı insan itkisi ilə qarşılaşmasına səbəb olacaq. Bu kontekstdə erməni cəmiyyəti 44 günlük müharibə zamanı yaşadıqlarının yenidən təkrarlanmasını istəmir. Elə bundan irəli gəlir ki, müxalifətin revanşist çağrışlarına cəmiyyət dəstək nümayiş etdirmir. Erməni mediası yazır ki, “Qarabağ klanı” və onun təmsilçiləri cəmiyyətdə heç bir avtoritet sahibi deyil və sərgilədikləri mövqe ciddi qəbul edilmir.

Qeyd edək ki, “Qarabağ klanı”ndan Ermənistanın sabiq prezidenti Robert Köçəryan Paşinyanı seçkilərdə devirmək iddiasındadır. Lakin erməni cəmiyyəti, eləcə də digər müxalif partiyaların yer aldığı “Vətənin xilası uğrunda hərəkat”da təmsil olunan qüvvələr Köçəryanı Paşinyana qarşı çıxacaq əsas lider qismində qəbul etmək istəmir. O, erməni xalqının cəlladı, terrorçu və Ermənistanı satan siyasətçi kimi qəbul edilir. Bundan başqa, Köçəryanın və tərəfdarlarının müharibənin gedişində Paşinyanın satqınçılıq mövqeyindən çıxış etməsi barədə iddiaları da cəmiyyət, hətta baş nazirə müxalif olan bəzi siyasi qüvvələr tərəfindən qəbul edilmir. Onlar bu xüsusda hansısa faktın olmadığını açıq bəyan edirlər. İndi Ermənistanda etiraflar da artır ki, 44 günlük müharibədə məğlubiyyətin əsas səbəbi Azərbaycanın kifayət qədər güclü, müasir orduya malik olması olub. Qeyd edilən etiraflar Köçəryanın və digər müxalif qüvvələrin Paşinyanın satqın obrazının yaradılması istiqamətində cəhdlərini sürətlə iflasa uğradır. Elə bu da “Qarabağ klanı”nın və ümumilikdə müxalifətin cəmiyyətdə dəstək qazanmaq şanslarını heçə endirir. Erməni cəmiyyəti və beynəlxalq ictimaiyyət 44 günlük müharibədə Ermənistanın məğlubiyyətinin obyektiv səbəbdən qaynaqlandığını qəbul edir. Bu səbəbdən Köçəryan və tərəfdarlarının baş verənlərə görə bütün günahın Paşinyanın üzərində olması ilə bağlı təbliğatı bu qüvvələr üçün istənilən effekti vermir. Bu vəziyyətdə Köçəryanın və digər müxalif qüvvələrin Nikol Paşinyanı hakimiyyətdən devirməsi müşkül sayılır. Deməli, Ermənistanda revanşist qüvvələrin fiaskosu qaçılmazdır və onlar Azərbaycana qarşı hansısa ciddi addım da ata bilməz.

Bakı xoş mövqe nümayiş etdirir...

Təhlillər göstərir ki, Nikol Paşinyanın hakimiyyətdə qalmasının və Ermənistanın xilaskarı olmasının əsas şərti 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar bəyannamələrinin şərtlərinə tam əməl etməsi, Azərbaycanla münasibətlərin normallaşması istiqamətində Bakının istəkləri əsasında fəaliyyətini davam etdirməsindən keçir.  Bu fikirlər Cənub-Şərqi Asiya regionunda tanınmış nəşrlərdən olan “New Straits Times” qəzetində “Ermənistan rəhbərliyinin təfəkkürü dəyişmədən sülhə nail olmaq çətindir” sərlövhəli məqalədə də xüsusi olaraq vurğulanır. Məqalədə tarix boyunca Azərbaycanla münasibətində Ermənistanın etibarlı qonşuluq nümayiş etdirmədiyi, “Böyük Ermənistan” ideologiyasının təsiri ilə ötən əsrin əvvəllərindən 44 günlük Vətən müharibəsinə qədər günahsız azərbaycanlıları qətlə yetirdiyi, xarici havadarların dəstəyilə dəfələrlə Azərbaycan torpaqlarını işğal etdiyi qeyd olunur: “Lakin 2020-ci il 10 noyabr tarixli bəyanatın imzalanmasından sonra Prezident İlham Əliyevin bu sənədi mahiyyət etibarilə müharibədən sonrakı dövr üçün Azərbaycanla Ermənistan arasında qarşılıqlı inam və davamlı əməkdaşlığı təşviq etmək gücünə malik de-fakto sülh sazişi hesab etdiyini bildirib. Qanlı müharibənin başa çatmasından qısa müddət sonra Prezident İlham Əliyev sülh və əməkdaşlıq yönündə birmənalı mövqe və böyük cəsarət nümayiş etdirib, bu səpkidə Kəlbəcərdə qanunsuz məskunlaşmış ermənilərin rayonu tərk etməsi üçün üçtərəfli bəyanatda nəzərdə tutulan vaxtdan əlavə daha 10 gün möhlət verilib. Əsirlərin və saxlanılan digər ermənilərin geri qaytarılması, 1400-dən çox erməni hərbçisinin cəsədlərinin Ermənistana təhvil verilməsi, Gorus-Qafan yolunun işğaldan azad edilmiş və hazırda Azərbaycan Dövlət Sərhəd Xidmətinin nəzarətində olan hissəsindən Ermənistan vətəndaşlarının istifadəsi üçün icazənin verilməsi də Azərbaycanın sülh niyyətinin göstəricisidir. Eləcə də Rusiya təbii qazının Ermənistana nəqli üçün Azərbaycan ərazisindən istifadəyə şəraitin yaradılması kimi mühüm addımlar atılıb. Lakin qonşu ölkələr arasında davamlı sülh və əməkdaşlıq münasibətlərinin birtərəfli qaydada təmin olunması mümkünsüzdür. İrəvan da müvafiq addımlar atmalıdır. İndilikdə bu müşahidə edilmir. Ermənistanın bu münasibəti müharibə sonrası ruhdan düşmə və yaxud hər hansı siyasi rəhbərliyin travma sonrası davranış pozuntusu kimi qəbul edilməməlidir. Bu məsələ, əsasən, Ermənistanın siyasi mədəniyyətində Azərbaycana qarşı uzun illərdir kök salmış zərərli iddialarla əlaqədardır. Lakin bu vəziyyətin müalicəsinin yükü Ermənistan əhalisinin, bu prosesin təşviq edilməsi məsuliyyəti isə beynəlxalq dairələrin üzərinə düşür. Sülh prosesi ilə bağlı təşəbbüskarlığın təxribata məruz qalmasında erməni diasporunun da xüsusi rolu var. Ermənistan rəhbərliyi mütəmadi şəkildə diaspor dairələrinin törətdiyi təxribatlardan faydalanaraq, gündəlik yaşayış ehtiyacları üçün mübarizə aparan sadə ermənilərə təsir göstərir. Lakin bu vəziyyət daha çox Ermənistan üçün zərərlidir”.

Baş separatçı qorxu içindədir...

İndi Ermənistan üçün əsas məsələ Azərbaycanla mehriban qonşuluq şəraitində yaşaya bilməkdən ötrü əməli fəaliyyət göstərməkdən ibarət olmalıdır. Ermənistan onu da qəbul etməlidir ki, Qarabağ məsələsi artıq başa çatıb. Yaxın tezlikdə Azərbaycan Qarabağ üzərində tam nəzarəti bərpa edəcək. Bunu şərtləndirən əsas səbəblərdən biri də odur ki, Azərbaycanın yardımı olmadan Qarabağ ermənilərinin burada yaşaması mümkün deyil. Qarabağdakı separatçıların lideri Araik Arutyunyanın son etirafları da bunu təsdiq edir. Arutyunyan indiki şərtlər daxilində ermənilərin Qarabağı tərk etdiyini etiraf edir. Öncə 44 günlük müharibəyə nəzər salan Arutyunyan bildirir: “Hələ oktyabrın əvvəlində müharibənin nəticəsi aydın idi, lakin Ermənistanda siyasi qüvvələr döyüş fəaliyyətlərinin tez bitməsilə bağlı konsensus əldə edə bilmədilər. Həmin dövrdə Ermənistanda bir çox siyasi qüvvə müharibənin dayandırılmasını satqınlıq hesab edirdi. Müharibədə məğlubiyyətin əsas səbəbi Ermənistan rəhbərliyinin 1994-cü ildən sonra dünya təcrübəsindən dərs çıxara bilməməsidir. Ermənistan rəhbərliyinin zamanında ermənilərin böyük hissəsinin Qarabağdan getməsinə izn verməsi də ciddi səhv idi. İndi də ermənilər Qarabağı tərk edir”.

Qeyd edək ki, 1989-cu il məlumatına görə, keçmiş Dağlıq Qarabağ Muxtar Respublikasında 145,5 min erməni yaşayıb. 2020-ci ilin 27 sentyabrına qədər isə rəsmi rəqəmlərdə Ermənistan keçmiş Dağlıq Qarabağda 139 min erməninin yaşadığını iddia etsə də, real rəqəm 60 min olub. 44 günlük müharibə zamanı ermənilər Azərbaycan ərazilərini tam tərk etmişdilər. 14 noyabr 2020-ci ildən başlayaraq, rus sülhməramlıları ermənilərin Qarabağa daşınmasını və onların məskunlaşması üçün bütün tədbirləri həyata keçirməyə başladı. Rəsmi məlumata görə, Qarabağa 14 noyabrdan etibarən ümumilikdə 52.7 min erməni gətirilib. Lakin gətirilənlərin bir qismi Ermənistan və Rusiyaya gedib. Hazırda Qarabağda 30 min civarında erməni yaşadığı bildirilir. Onlar da ilk fürsətdəcə buranı tərk etmək niyyətindədirlər. Bütün bunları nəzərə alaraq, Ermənistanın yeni reallıqları qəbul edib Qarabağ məsələsinin tarixə qovuşmasını anlaması və bu əsasda ölkəmizlə münasibətlər qurması vacibdir. Əks təqdirdə Ermənistan məhvə məhkumdur.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur.

 

 

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ