şənbə günü, 03 oktyabr 2026
     

Fransa yenə Azərbaycan qarşısında özünü pis vəziyyətdə qoyur...

Image


Bu gün beynəlxalq hüquqa, demokratik dəyərlərə ən çox zərbə vuran Qərb ölkələrinin başında Fransanın gəldiyi heç kimə sirr deyil. Bu ölkə ikili standartlar baxımından da seçilir və bunun real təsdiqini Fransanın ölkəmizə olan qərəzli münasibəti fonunda görmək mümkündür.

Rəsmi Paris Minsk Qrupunun həmsədri kimi ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində heç bir real addım atmayıb. Eyni zamanda, başa çatan Qarabağ münaqişəsi ilə bağlı da yenə obyektiv mövqe sərgiləməyərək, daha çox əvvəlki qaydada erməni tərəfinin mövqeyini dəstəkləyir. Ermənistan da Fransa və digər Avropa ölkələrindəki xristianların dəstəyini almaq üçün Qarabağ böhranına dini və mədəni don geyindirməyə çalışaraq, onu dinlərarası qarşıdurma kimi təqdim etmək istəyir. Paris bu məsələdə də ermənilərə dəstək verir. Bu günlərdə Ermənistanda səfərdə olan Fransa Senatının sədri Jerar Larşenin açıqlamaları da bunu təsdiq edir. O, heç bir fakta əsaslanmadan Dağlıq Qarabağda erməni mədəni irsinin guya dağıdıldığı iddiası ilə çıxış edir. Halbuki, bu xüsusda hansısa real fakt yoxdur və Azərbaycana qarşı səsləndirilən ittihamlar qəbuledilməzdir. Eyni zamanda, Minsk Qrupunun həmsədri kimi Fransanın üzərinə götürdüyü öhdəliklərlə qətiyyən uzlaşmır.

Reallıq odur ki, bu gün Fransada bir çox senator, deputat, bələdiyyə sədri, siyasətçilər, jurnalistlər erməni icmasının maraqlarını irəli sürür. Bu da onların Fransada erməni lobbisinin təsir dairəsində olmasından irəli gəlir. Ən dəhşətlisi isə odur ki, onların fəaliyyətləri beynəlxalq hüquqa, Fransa qanunlarına zidd olaraq həyata keçirilir. Hər halda, Fransa yerli hakimiyyət orqanlarının qanunazidd fəaliyyət göstərərək Qarabağdakı qanunsuz rejimlə 27 müqavilə imzalaması da bunun təsdiqidir. Ekspertlər qeyd edir ki, , Fransanın seçkili məmurları erməni icmasının əlində girovdur. Elə bu səbəbdən 44 günlük müharibə zamanı Fransa Ermənistanın tərəfində olduğunu açıq-aydın göstərdi. Fransa hökuməti və parlamentinin bəzi üzvlərinin Vətən müharibəsi günlərində nümayiş etdirdiyi ədalətsiz və birtərəfli mövqe təbii olaraq Azərbaycan xalqının yaddaşında dərin mənfi iz buraxıb. Xalqımız ötən il Fransa Senatı və Milli Assambleyasının Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin tanınması ilə bağlı qəbul etdiyi qərarları unutmayıb. Bunların fonunda Fransa Senatı sədrinin açıqlamaları postmüharibə dövründə də Parisin qeyri-obyektiv mövqe tutduğunu göstərir.

Ekspertlər hesab edir ki, Fransanın addımları postkonflikt dövründə Azərbaycan və Ermənistan xalqları arasında qarşılıqlı dialoq mühitinin formalaşmasına, davamlı sülh səylərinə də ciddi zərbədir. Azərbaycan haqlı olaraq ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biri olan Fransadan balanslaşdırılmış, ədalətli mövqe gözləyir. Fransa rəsmilərinin açıqlamaları isə bu ölkənin Azərbaycanla Ermənistan arasında əlaqələrin bərpasında, etimad mühitinin formalaşmasında, davamlı sülhün təmin edilməsində maraqlı olmasına ciddi şübhələr yaradır. Bu hal həm də Fransanın öz maraqlarına ziddir. Belə ki, Azərbaycan Fransa üçün regionda daha güclü iqtisadi tərəfdaş ola bilər. Lakin bunun üçün Parisin səmimi və konstruktiv davranması günün tələbidir. Bunu, hətta fransız mediası da etiraf edir. Fransanın məşhur “Le Monde” nəşrinin bu günlərdə dərc etdiyi yazıda da bildirilir ki, 44 günlük müharibə Azərbaycanla Fransa arasındakı ikitərəfli münasibətlər praktikasını pozub: “Müharibə vaxtı rəsmi Ankara Bakıya qəti hərbi və diplomatik dəstək təklif edib, Paris isə daha çox İrəvana meyl edib. Bu fonda indi Fransanın iri şirkətləri Qarabağın yenidən qurulması üçün iddialı layihələrdən məhrum olacaqlarından ehtiyatlanırlar. Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının idarə heyətinin sədri Teybə Quliyeva bildirir: "Fransız şirkətlərinin təklifləri daha cazibədar olsa da, yeni müqavilələr gözləməyə dəyməz. Bu yalnız emosional reaksiya deyil, etibar məsələsidir. Siyasi vəziyyət dəyişsə, fransızlar orada qalacaqmı? Bu kədərlidir, çünki iki ölkə arasında əməkdaşlıq potensialı çox yüksəkdir. İyirmi illik səylərin heç nəyə gətirib çıxarmaması hissi yaranır". SUEZ Şirkətinin Mərkəzi Asiya və Qafqaz üzrə direktoru Alen Karbonel deyib: "Bizim layihələrimiz bloklanıb və ya çox yavaş-yavaş inkişaf edir". Fransa parlamentinin deputatı Frederik Düma hesab edir ki, Fransa-Azərbaycan münasibətlərini bərpa etmək lazımdır. O etiraf edir ki, Frsansa parlamentinin bəzi təşəbbüsləri obyektiv səbəblərdən Azərbaycan ictimaiyyəti tərəfindən pis qəbul edilib”.

İndi bu vəziyyətdə Fransa Senatının sədri Jerar Larşenin açıqlamaları Bakı-Paris münasibətlərinə zərbə vurur. Digər tərəfdən ekspertlər hesab edir ki, Fransa öz daxilində üzləşdiyi irqçilik, dözümsüzlük problemlərinin həllinə daha çox diqqət etməlidir. Belə ki, Fransada istefada olan yüzdən çox general və zabit prezident Emmanuel Makrona ölkədə irqi ayrıseçkilik müharibəsi, dövlət çevrilişi təhlükəsi barədə açıq xəbərdarlıq məktubu göndərib. Məktubu “Valeurs actuelles” həftəlik jurnalı dərc edib. Məktubda müəlliflər bildirib ki, Fransa konstitusiyasına zidd fəaliyyət göstərən dini fanatlar və “islamçılar” ölkədə vətəndaş müharibəsi təhlükəsi yaradır: “Zorakılıq gündən-günə artır”. Onlar bildirib ki, Emmanuel Makronun fəaliyyətsizliyi səbəbindən dövlət çevrilişi də baş verə bilər. Mütəxəssislərin fikrincə, müraciət müəllifləri bununla Fransada dini ayrıseçkilyi və milli ədavəti təbliğ edir.

Ramil QULİYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ