şənbə günü, 03 oktyabr 2026
     

Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir

Image


Əgər ulu öndər  Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycan bəlkə də ancaq  bir yarımmüstəmləkə kimi yaşaya bilərdi

  • Xalq xilaskarına üz tutdu

Bir necə aydan sonra dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövlət  müstəqilliyinin yenidən bərpasının 30-cu ildönümünü  qeyd edəcək. Qürurvericidir ki, müstəqilliyimizin 30 illiyini Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edəcəyik. 2020-ci ilin 8 noyabr tarixini səlnaməsinə Zəfər Günü kimi yazan ölkəmiz bir daha sözün əsl mənasında müstəqil siyasət yürütdüyünü, heç kimin diktəsi ilə oturub durmadığını, milli maraqların hər şeydən öndə dayandığını dünyaya nümayiş etdirdi. Xalqımız dillərdə əzbər olan “Zəfərin mübarək, Azərbaycan!” çağırışından fərəh hissi keçirir,  bu günü gec-tez yaşayacaqlarına şübhələrinin olmadığını bildirirlər. Çünki müstəqil Azərbaycanımız 1993-cü ildən elə bir uğurlu yola çıxıb ki, ancaq inkişaf, tərəqqi, problemlərin həlli, xalqın sabaha ümidlərinin böyüklüyü, Prezidentinə inamı və etimadı arxada qalan illərin əsas xarakteristikası olub.

Bugünümüzü düzgün dəyərləndirmək, Heydər Əliyev yolunun dövlətimizə, xalqımıza qazandırdığı uğurların miqyasının genişliyini dərk etmək üçün müstəqillik tariximizin ayrı-ayrı dövrlərinə nəzər salmağa böyük zərurət var. Azərbaycan xalqı  müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qaldı. Həmin dövrdə ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı  «olum, ya ölüm» dilemması qarşısında qoymuşdu. Digər tərəfdən də silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb oldu. Ölkədə yaşanan xaos, anarxiya, özbaşınalıqlar, vətəndaş qarşıdurması, torpaqlarımızın itirilməsi xalqımızın sabaha ümidlərini itirdi, insanlar vəziyyətdən çıxmağın yollarını axtarmağa başladılar. Belə çətin günlərdə xalqımızın xilaskar kimi üz tutduğu yeganə ünvan ulu öndər Heydər Əliyev oldu.    Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq göz önünə Onun xilaskarlıq missiyası gəlir.

  • Bugünkü uğurlarımızın  başlanğıcı

Dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən, düşünülmüş və məqsədyönlü siyasətinin  Azərbaycanımızın qarşısında açdığı imkanlardan, üfüqlərdən bəhs etmədən öncə onun ən böyük xidməti olaraq 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasını qeyd etməliyik. Çünki uğurlarımızın başlanğıcı kimi  partiyanın yaranması qeyd edilməlidir.  1992-ci il oktyabarın 16-da xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi dəyərləndirilən 91 nəfər ziyalının müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevə bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı «Azərbaycan Sizin sözünüzü gözləyir» müraciəti dövlətçilik tariximizdə dönüş nöqtəsi oldu. "91-lər"in, 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunmuş 91 nəfər tanınmış ziyalının Ümummilli Liderə  ünvanladıqları müraciətdə dövrün reallıqlarının doğurduğu  fəsadlar - respublikanın iqtisadi potensialının sürətlə dağılması, təbii sərvətlərimizin talan edilməsi, vəziyyətin ağırlığından, çıxılmazlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikanı yüzlərlə ziyalı - yüksək ixtisaslı kadrların tərk etməsi  barədə məlumat verilir. Müraciətdə, həmçinin xalqımıza qarşı törədilən ən dəhşətli cinayətləri - 20 Yanvar, Xocalı, Şuşa, Laçın və digər faciələri törədənlərin cəzasız qalması xüsusi olaraq qeyd olunur və baş verən problemin həllinin güclü bir liderin iradəsinə bağlı olduğu vurğulanırdı. «91-lər» ölkəyə rəhbərlik edəcək həqiqi bir lideri Heydər Əliyevin simasında görərək belə bəyan edirdilər ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu  təcrübələrinizə əsaslanaraq qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək  çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz.

91 nəfər ziyalı xalqımızın böyük əksəriyyətinin istəyini ifadə edərək   dahi şəxsiyyətə müraciət etdi və   Ümummilli Liderin «Yeni, müstəqil Azərbaycan uğrunda» cavabı həmin dövrün çətinliklərindən xilas yolunu açıqlamaqla yanaşı, bugünkü uğurlarımızın  başlanğıcı oldu. «Azərbaycanın bugünkü həyatı və gələcək taleyinə dair digər  problemlər də  məni narahat edir» söyləyən ulu öndər Heydər Əliyev «Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı bu  problemlərin həllində biganə qalmağa heç kəsin haqqı yoxdur» bildirərək bu inamı da ifadə etmişdir ki,  müstəqil  Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində yaradılması  obyektiv zərurətdən irəli gələn  Yeni Azərbaycan siyasi partiyası ölkənin ictimai-siyasi həyatında  fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində  və inkişafında tarixi rol oynaya bilər.

Bu istəklə Yeni Azərbaycan Partiyasının yaradılmasından bizləri 29 ilə yaxın zaman ayırır. Təsis konfrasını 1992-ci il noyabrın 21-də  respublikanın müxtəlif bölgələrindən   550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası bu gün milyonların partiyasına çevrilərək  ulu öndər Heydər Əliyevin  ideyalarının,  həyata keçirilən siyasətin təbliğatçısı və iştirakçısı kimi davamlı uğurları ilə diqqət mərkəzindədir. Ən əsası bugünümüzün reallıqları ulu öndər Heydər Əliyevin ziyalıların müraciətinə cavabında  əksini tapan arzu və istəklərinin təsdiqidir. Dünənin, bu günün partiyası kimi  gələcəyə böyük inamla addımlayan Yeni Azərbaycan Partiyası sözlə əməl birliyini, monolitliyini daim qoruyur, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir. Bu gün 760 mindən artıq üzvü sıralarında birləşdirən partiya dünya təcrübəsində analoqu olmayan bu mühüm uğura da imza atıb ki, yaranmasından 7 ay sonra iqtidar partiyası kimi fəaliyyətini davam etdirir, arxada qalan 29 illik tarixini qələbələr və uğurlar səhifəsi ilə zənginləşdirib. Azərbaycanın müstəqillik tarixinin 29 ilinə bələdçilik edən Yeni Azərbaycan Partiyası gələn il yaradılmasının 30 illiyini qeyd edəcək. Cari ilin martın 5-də ölkəmizin 44 günlük İkinci Qarabağ müharibəsində yaratdığı yeni reallıqlar fonunda VII qurultayını keçirən Yeni Azərbaycan Partiyasının 29 ilə yaxın dövrdə qazandığı uğurlardan geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev bir daha bu məqamı xüsusi qeyd etdi ki,   partiyanın  adı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyası  Heydər Əliyevin ətrafında yaradılmış, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə nümayiş etdirdiyi  əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.

“Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı” söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev bu vəzifəni qarşıya qoydu ki, biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir.

Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiyamızın böyük ənənələri var.   Həyat dəyişir, dövr dəyişir.  Bütün bunları önə çəkən cənab İlham Əliyev   partiyanın  yeni proqramının  hazırlanması, bu sənədin yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməsini qarşıya mühüm vəzifə kimi qoydu. Və bir daha bu çağırış edildi ki, o tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın: “Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox... Ona görə bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir?”

  • Heydər Əliyev yeni Azərbaycan yaratdı, müstəqilliyimizi əbədi, dönməz etdi

Əlbəttə, müstəqillik tariximizin ilk illərini düzgün təhlil edərək bugünkü uğurlarımızın Heydər Əliyevin adı ilə bağlı olduğunu böyük inamla qeyd edirik. Möhtərəm Prezidentimiz İlham Əliyev daim bu çağırışı edir ki, müstəqillik tariximizi tarixi paralellər fonunda təhlil etməli, o günlər haqqında tam təsəvvürə malik olmayan  gənc nəsil  nəyin bahasına  müstəqilliyimizi  qoruyub saxlaya bildiyimizi bilməlidir.

Dahi şəxsiyyət Heydər Əliyev  bildirirdi ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər çətindir. Bugünkü uğurlarımız üçün kimə borclu olduğumuzu gənc nəsil bilməlidir. Bu, inkaredilməz həqiqətdir ki, əgər ulu öndər  Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə  hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan bəlkə də ancaq  bir yarımmüstəmləkə kimi yaşaya bilərdi. Heydər Əliyev Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. Ulu Öndər hər bir ölkənin inkişafında sabitliyin əsas rol oynadığını önə çəkərək ölkəmizi xaosdan, anarxiyadan xilas etdi. Bu tarixi paralel daim xalqımız tərəfindən aparılır ki, ümummilli lider Heydər Əliyev necə hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın geridə qalmış ölkəsindən ən qabaqcıl ölkəsinə çevirdi, eləcə də 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu. Azərbaycan qısa müddətdə sabitlik məkanına çevrildi, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin  müstəqilliyimizin ilk illərinin tərəddüdlərinə son qoyuldu, Azərbaycan qısa müddətdə investisiyalar məkanına çevrildi. Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi olaraq iqtisadiyyatımızın inkişafında neft amilinə yüksək dəyər verildi, malik olduğumuz təbii resurslardan səmərəli istifadə etmək məqsədilə gərgin səylərin nəticəsində 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycanın iqtisadi müstəqilliyinin əsası qoyuldu, siyasi müstəqillik üçün  möhkəm təməl formalaşdı. “Əsrin müqaviləsi”nin əhəmiyyətindən bəhs edərkən onun iqtisadi tərəfi ilə yanaşı, siyasi əhəmiyyəti daha çox təhlil edilir. Çünki bu saziş Azərbaycana inamı artırdı, etibarlı tərəfdaş kimi nüfuz qazanmasında mühüm rol oynadı. Təsadüfi deyil ki, “Əsrin müqaviləsi”ndən sonra neçə-neçə neft-qaz sazişləri, Anlaşma Memorandumları imzalanıb. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, əməkdaşlığın coğrafiyasının regional çərçivədən çıxaraq beynəlxalq müstəvidə inkişafı da deyilənlərin təsdiqidir. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrildi, Cənub Qaz Dəhlizi layihəsi görülən işlərin zirvəsi kimi dəyərləndirilərək reallaşdırıldı. Onun əsas seqmentlərindən olan TANAP və TAP layihələri uğurla icra edilərək istifadəyə verildi. Ulu Öndərin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipini qoruyaraq mühüm sosial-iqtisadi layihələrin icrasını təmin edir.

Ümummilli Lider Azərbaycanda demokratik cəmiyyətin yaradılması istiqamətində mühüm addımlar atdı. 1995-ci il 12 noyabrda ümumxalq səsverməsi yolu ilə qəbul olunan milli Konstitusiyamız dövlətçiliyimizin əsaslarının yaradılmasında əsas rol oynadı. Demokratik cəmiyyətin varlığının əsas atributları olan insan hüquqlarının qorunması, azad mətbuatın formalaşması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan addımların uğurlarını bugünkü reallıqlarımızda aydın görürük. Azərbaycanın demokratiya təcrübəsi dünyaya nümunə göstərilir.

Dahi şəxsiyyətin Azərbaycan dövləti qarşısında xidmətlərindən bəhs edərkən onun müstəqil dövlət kimi beynəlxalq aləmdə yeri və rolunun möhkəmlənməsi istiqamətində gördüyü işləri, böyük səyləri nəticəsində  Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yarmasını xüsusi qeyd etməliyik. Ümummilli Lider Dağlıq Qarabağ həqiqətlərini faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırmaqla erməni yalanlarının ayaq tutub yeriməsinin qarşısını aldı. Bir daha dünyaya sübut edildi ki, Azərbaycan müstəqil dövlətdir, beynəlxalq səviyyədə tanınan ərazilərinin geri qaytarılması, ərazi bütövlüyünün bərpası üçün bütün imkanlardan istifadə edəcək və bu, onun suveren hüququdur. Məhz Ümummilli Liderin qətiyyətli addımları sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşdı, xarici siyasətimizin əsas məsələsi olan   Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişdi, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüququn normativ sənədlərində öz əksini tapmışdır. Ulu öndər Heydər Əliyev, eyni zamanda, “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır” tezisini önə çəkərək ordu quruculuğu sahəsində önəmli addımlar atdı. Bu faktı xüsusi qeyd etməliyik ki, hələ hakimiyyətinin birinci dövründə Azərbaycanı gələcəkdə müstəqil dövlət kimi görmək istəyən Ümummilli Lider  bir sıra mühüm addımlar atmışdır ki, bunlardan ən önəmlisi gənclərimizin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsili və C.Naxçıvanski adına hərbi liseyin yaradılması idi. Bu gün Azərbaycan Ordusunda xidmət edən zabitlərin böyük əksəriyyəti bu liseyin yetirmələridir.

Bu ümumiləşdirməni apara bilərik ki, Ümummilli Lider  yeni, müasir Azərbaycanı qurdu. O, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” fikirləri ilə xalqına, dövlətinə bağlılığını ifadə etdi. Onun düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın gələcəyi üçün möhkəm baza formalaşdı ki, son 17 ildə bu siyasi kursun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində  Azərbaycan ən yüksək zirvələri fəth edir.

  • Xalq 2003-cü ildə  Heydər Əliyev siyasətinə səs verdi

2003-cü ildən başlanan Böyük yolun davamının Azərbaycana qazandırdığı ən böyük uğur 30 ilin işğalına, torpaq həsrətinə son qoyulması, ərazi bütövlüyümüzün bərpasıdır. Bu Zəfəri şərtləndirən amillər ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlar, ən əsası gənc nəsildə Vətən, torpaq sevgisinin dərinləşməsi, vətənpərvərlik hissinin daha da  artmasıdır. 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirən cənab İlham Əliyevin son 17 ildə fəaliyyətinə diqqət yetirsək hər vədini konkrekt əməli işdə təsdiqlədiyini görmək mümkündür. Ölkədə sabitliyin, iqtitsadi  tərəqqinin  mövcudluğunu bütün inkişafın əsası kimi dəyərləndirən ölkə Prezidenti neft gəlirlərindən səmərəli istifadəni təmin etməklə qeyri-neft sektorunu inkişaf etdirdi. Cənab İlham Əliyev bütün çıxışlarında bəyan etdi ki, inkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirsək, bu tərəqqinin əsasında bilik, savad, yeni texnologiyalar dayanır. Məhz bu kontekstdən yanaşaraq dövlətimizin başçısı İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürdü. Son 17 ilin  uğurlarına diqqət yetirsək bu tezisin artıq real həyatda öz təsdiqini tapdığını görərik. Bu gün paytaxt və bölgələr arasında fərq tamamilə aradan götürülüb. Rayonlar arasında sağlam rəqabət gedir. Regional inkişaf proqramlarının uğurlu icrası hər bir bölgənin, kənd və qəsəbənin həyatında özünü qabarıq şəkildə göstərir.

Dayanıqlı inkişafın təmin edilməsi üçün  ciddi islahatların aparılması  əsas hədəflərdən biri kimi qarşıya qoyulub. «İslahatlara alternativ yoxdur… Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər» söyləyən dövlətimizin başçısı İlham Əliyevin uğurlara yol açan düşünülmüş və məqsədyönlü  siyasəti,  ayrı-ayrı sahələri əhatə edən  Dövlət proqramları, ənənəyə uyğun olaraq   hər ili bir sahələnin adı ilə bağlanması və bu istiqamətdə təkmil islahatların həyata keçirilməsi Azərbaycanın beynəlxalq maliyyə qurumlarının, reytinq agentliklərinin hesabatlarında da liderliyini qorumasını şərtləndirir.  İnkişaf modeli dünyaya nümunə göstərilən Azərbaycan beynəlxalq maliyyə və iqtisadi qurumların  hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşıb.

Son 17 ildə Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində  ölkəmiz sabitlik diyarı,  iqtisadi möcüzələr ölkəsi kimi mövqeyini daha da möhkəmləndirib,  müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkanda yerləşən ölkə olaraq beynəlxalq tədbirlərə ev sahibliyi ilə diqqət çəkib. Dünyada, o cümlədən ölkəmizdə koronavirus infeksiyası ilə mübarizə dövrü kimi xarakterizə olunan son bir ildə də Azərbaycan qlobal təşəbbüsləri, videoformatda təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilatçısı və iştirakçısı kimi də diqqət çəkib. Dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirilib. Azərbaycan 30-dan artıq ölkəyə humanitar dəstək göstərib. Bütün bunlar Azərbaycanın hər addımında  səmimi olduğunu, dövlətlərlə, beynəlxalq təşkilatlarla münasibətlərində reallığa əsaslanaraq qarşılıqlı hörmət və maraq prinsiplərini əsas tutduğunu təsdiqləyir.

Bu gün Azərbaycana hansı sahədən baxsaq inkişaf, tərəqqi qaçılmazdır. Ölkəmizdə ordu quruculuğu sahəsində atılan addımların uğurlu nəticələri də göz önündədir. 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazan Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında olduğunu bir daha təsdiqlədi.

Bu gün  harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu Qələbənin sevincini yaşayır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Qalib ölkənin qalib  Lideri kimi işğaldan azad edilmiş torpaqlarımıza davamlı səfərlər edən cənab İlham Əliyev hər dəfə bu fikri bildirir ki, hətta hava da sevinir, çünki bu torpaqlara əsl sahibləri gəlib. Azərbaycan Ordusu erməni silahlı qüvvələrini iti qovan kimi torpaqlarımızdan qovdu. Ordumuzun gücü, qüdrəti qarşısında  diz çökən Ermənistanın illərdir yaratdığı “məğlubedilməz erməni ordusu” mifi darmadağın edildi. Bu gün dünya Azərbaycan Orldusunun qəhrəmanlığından, döyüş taktikasından bəhs edir. “Əlbəttə ki, hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir. Amma, eyni zamanda, təcrübədir” söyləyən ölkə Prezidenti bildirir ki, indi beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb: “Biz elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olaq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu, belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər.”

Vətən müharibəsi beynəlxalq münasibətlərdə güc və beynəlxalq hüququn nə kimi rol oynadığı açıqladı. Azərbaycanın son illərdə informasiya mübarizəsində qazandığı uğurlar  diqqəti  cəlb edir.  2011-ci ildə  Azərbaycanın 193 ölkədən 155- nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 2019-cu ildə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük   siyasi təsisat olan, 120 üzvü sıralarında birləşdirən  Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi,  dövlətimizin başçısı İlham Əliyevin   Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun «Şərq şəfəqləri və dünya siyasi quruluşu» mövzusunda  XVI illik iclasında,  MDB Dövlət Başçıları Şurasının Aşqabad sammitində çıxışı, «Qarabağ Azərbaycandır və nida işarəsi» bəyanatı və sair kimi diplomatik uğurlarımız münaqişənin həllində stimulverici amil oldu. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, ölkəmizin həyatında yeni səhifə açılıb, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işləri həyata keçirilir. Tezliklə xalqımız hər bir vədini konkret əməli ilə təsdiqləyən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdışın da sevincini yaşayacaq. 

Heydər Əliyev siyasətinin uğurlarının miqyası o qədər genişdir ki, bir yazıda əhatə etmək qeyri-mümkündür. Bunların ümumiləşdirilmiş ifadəsi bu gün Azərbaycanın adının tarixə qalib ölkə, Prezident İlham Əliyevin qalib Sərkərdə, xalqımızın məğrur, yenilməz xalq, ordumuzun rəşadətli ordu kimi yazılmasıdır. Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edən dövlətimizin başçısı İlham Əliyev hər birimizin qürur ünvanıdır. Cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən xalqımızın Liderinə sevgisi sonsuzdur.

Musa Musayev
Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ