şənbə günü, 03 oktyabr 2026
     

ABŞ-ın Azərbaycanla da əlaqələri olan USAİD Agentliyinin yeni Baydençi rəhbəri 24 apreli özünə ad günü götürdü...

Image


ABŞ prezidenti Co Baydenin bu ilin yanvar ayında USAİD-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) rəhbəri vəzifəsinə təyin etdiyi Samanta Powerin ermənpərəstliyi meydana çıxıb. Belə ki, o, “Twiter” üzərindən paylaşdığı statusunda “ermənilərə məftunluğunu” yazıb və 24 apreli özünün “yenidən doğuşu” kimi ifadə edib.

Beynəlxalq İnkişaf Agentliyi bütün dünya ölkələrində ABŞ adından “demokratik inkişafa” yönəlmiş layihələri icra edən və ya layihələrə maliyyə dəstəyi verən bir təşkilatdır. O cümlədən də Azərbaycanda “demokratikləşmə” layihəsinə maliyyə ayırıb. Təbii ki, belə bir təşkilat və ona rəhbərlik edən şəxs bütün ölkələrə, o cümlədən də Azərbaycana münasibətdə hər hansı bir ayrıseçkiliyə yol verməməlidir. Belə bir quruma rəhbərlik edən şəxs isə tamamilə tərəfsiz olmalı, heç bir xalqa, ölkəyə simpatiya bəsləməməlidir, çünki bütün dövlətlərlə, xalqlarla işləyir. Amma, göründüyü kimi, S.Power açıq münasibət bildirib və Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatını özünün “doğuluş günü” hesab edir.

24 apreli özünə “doğum günü” seçən USAİD rəhbərinin Azərbaycana münasibəti necə olacaq, onun münasibətində qərəzlilik özünü büruzə verməyəcəkmi?

  • “Azərbaycan bu komanda və qurumla münasibətlərinə yenidən baxmalıdır”

Qeyd edək ki, S.Powerin “Tvitter”də ortaya qoyduğu ermənipərəst mövqeyini ifşa edən tanınmış media eksperti Müşfiq Ələsgərli bu barədə öz “Facebook” hesabında ictimaiyyətə məlumat verib.

M.Ələsgərli “Bakı-Xəbər”ə şərhində də qeyd etdi ki, USAİD rəhbəri S.Powerin davranışları “ABŞ demokratiyasının” mahiyyətini faş edib. “USAİD ABŞ-ın federal hökuməti adından dünya ölkələrində inkişaf məqsədli layihələrə dəstək verən  bir qurumdur. Onun maliyyələşdirdiyi, dəstək verdiyi layihələrin məzmunu çoxçeşidli olsa da, sonucda demokratik düzənin qurulmasını, demokratik inkişafı hədəfləyir. Təşkilatın missiyası barədə şüarında göstərilir ki, USAİD Amerika xalqı adından xarici ölkələrdə demokratik dəyərləri təbliğ edir, azad, firavan, dinc demokratik cəmiyyətlər quruculuğunu hədəfləyir. Hazırda 27 milyard dollarlıq nəhəng büdcəyə malik olan USAİD özünün maliyyə imkanlarından istifadə edərək, dünyanın bütün ölkələrində görünür, ABŞ dövlətinin demokratik inkişafa dəstək verməsi imicini formalaşdırmağa çalışır. Azərbaycanda da bu təşkilatın dəstəyilə yüzlərlə layihə icra edilib, hazırda da icra edilməkdədir. 

Amma USAİD-in yeni rəhbəri S.Powerin davranışları  bu qurum, o cümlədən, ümumilikdə, ABŞ demokratiyası barədə təsəvvürləri alt-üst edir. Görünür, ABŞ-ın demokratiya anlayışına yanaşması imitasiya xarakterlidir, ABŞ-ın siyasi maraqlarını həyata keçirmək üçün bir vasitədir”.

M.Ələsgərlinin fikrincə, standartlara görə, beynəlxalq təşkilat obyektiv, qərəzsiz, tərəfsiz olmalıdır, missiyasına, şüarına uyğun davranmalıdır. “S.Power isə siyasiləşmiş, qütbləşmiş bir şəxsdir, konkret siyasi görüşləri var və USAİD rəhbəri postundan faydalanıb öz siyasi ambisiyalarını dünyaya qəbul etdirir. S.Power qatı ermənipərəst çıxışlar edir. Daha doğrusu, beynəlxalq erməni şəbəkəsinin təsir dairəsində olan, erməniliyə xidmət edən biridir. Bunu həm əməlləri, həm də sosial şəbəkələrdəki çıxışları ilə sübut edib. Onun indi “Twitter” üzərindən paylaşdığı statusları  buna əyani misaldır. O, ermənilərə məftunluğunu ifadə etmək üçün 24 aprel qondarma “erməni soyqırımı” gününü  özünün “doğuş günü” kimi ifadə edir, yalançı “soyqırım” iddialarına dəstək verir. Belə nəticə çıxır ki, Samanta və onun rəhbəri olduğu USAİD bundan sonra beynəlxalq demokratik inkişafa deyil, konkret siyasi qruplara, daha çox da ermənilərə xidmət edəcək.  Bu qədər siyasiləşmiş, qütbləşmiş biri USAİD kimi möhtəşəm, beynəlxalq statuslu, bütün dünya ölkələrində görünən təşkilata necə rəhbərlik edəcək? Əgər edirsə, deməli, ortada başqa məqamlar var. Məsələ ondadır ki, Samanta ABŞ-ın yeni prezidenti Baydenin komandasının üzvüdür, onun kadrıdır. Bayden özü də aprelin 24-də qondarma “erməni siyqırımı” ifadəsini işlətdi. Problem ABŞ prezidentinin ermənilərə rəğbət bəsləməsində deyil. Problem ABŞ prezidentinin ikiüzlü, qərəzli davranışlarındadır. Məsələ ondadır ki, “erməni soyqırımı” barədə iddialar  mübahisəlidir, tarixçilərin araşdırıb qiymət verməli olduğu bir məsələdir. Mövzu bu günə qədər tarixi təsdiqini tapmayıb. Tarixən  mübahisəli olan bir mövzunun ABŞ prezidentinin dilindən real fakt kimi dəyərləndirilməsi təəccüb doğurur. Qeyri-adi görünən məqam odur ki, Bayden yaşadığı dövrdə onun müşahidəsi ilə bir çox real soyqırım törədilib”.

M.Ələsgərli vurğuladı ki, bunların sırasında 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən bizim soydaşlarımıza qarşı törədilmiş soyqırım aktı da var. Ekspertin sözlərinə görə, 2020-ci ildə 27 sentyabr-10 noyabr aralığında davam etmiş 44 günlük Qarabağ müharibəsi dövründə də Ermənistan silahlı qüvvələri eyni hərəkətləri təkrarladılar: Azərbaycanın Bərdə, Tərtər, Gəncə şəhərlərinin dinc əhalisini istifadəsi qadağan edilmiş kütləvi qırğın silahları ilə atəşə tutaraq qətliamlar törətdilər, yenidən soyqırımı aktı təşkil etməyə çalışdılar. “Bütün bunlar gerçək həyat hadisələri olsalar da, ABŞ dövləti və onun indiki prezidenti Bayden tərəfindən qınanmadılar, konkret bəyanatlarla pislənmədilər.

Bütün bunlar o nəticəni doğurur ki, ABŞ dövləti və onun prezidentləri faktlara ikili standartlarla yanaşırlar: soyqırım aktları barədə münasibətlərini onun reallıq dərəcəsinə görə deyil, etnoslara, dinlərə mənsubluğuna görə müəyyən edirlər. Hansı ki, ABŞ-ın özünün də iştirakı ilə qəbul edilmiş beynəlxalq konvensiyalar, demokratik prinsiplər, beynəlxalq insan haqları standartları insanların, toplumların dini, milli, sosial vəziyyətlərinə görə diskriminasiya edilmələrini yolverilməz sayırlar. ABŞ prezidenti indiki hərəkətləri ilə bu prinsipləri tapdalayır, öz siyasətində ikiüzlülük prinsipinə söykənir, beləliklə, ABŞ-ın demokratik imicinə də ləkə vurur.

Görünən budur ki, Baydenin qondarma "erməni soyqırımı"nı dilə gətirməsi, sadəcə, "ermənilərin könlünü almaq üçün" atılmış addım deyil. Bayden komandasının erməniliyə xidmətlə bağlı xüsusi tərtibli geniş planları üzə çıxır. Onun S.Poweri USAİD-ə rəhbər təyin etməsi də bu planın tərkib hissələrindən biridir. Azərbaycan bu komanda və qurumla münasibətlərinə yenidən baxmalıdır. Xüsusən USAİD  Azərbaycanda etibarını itirmiş sayılır” - deyə M.Ələsgərli qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ