Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda beynəlxalq hava limanının təməlqoyma mərasimində iştirak ediblər.