şənbə günü, 03 oktyabr 2026
     

Azərbaycan Prezidenti Zəngilan rayon sakinləri ilə görüşüb - FOTO

Image


Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.

Səfər çərçivəsində dövlətimizin başçısı Zəngilan rayonunun sakinləri ilə görüşdü.

Prezident İlham Əliyev: Salam, gəlin yaxına, gəlin, yaxınlaşın.

Qadın sakin: Ağalı kəndinə xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Bu, bizim kəndimizdir. Mən Ağalı kəndində, bu kənddə anadan olmuşam, burada boya-başa çatmışam. Atamın, anamın, həyat yoldaşımın, əmilərimin, dayılarımın məzarları bu qəbiristanlıqdadır. Həyat yoldaşımın məzarı o görünən ağacın yanındadır, iş başında həlak olubdur.

Prezident İlham Əliyev: Eviniz harada, hansı tərəfdə olub?

Qadın sakin: Evimiz aşağıdadır.

Prezident İlham Əliyev: Böyük Ağalıda.

Qadın sakin: Siz birinci dəfə maşınla keçəndə göstərirsiniz ki, bu ev kimindir, yəqin tanıyacaq. O, bacımın evidir. Çox sağ olun, çox şadam ki, Sizinlə, xanımınızla, qızınızla burada görüşürəm. Hamınızı bağrıma basıram, öpürəm.

Prezident İlham Əliyev: Sizi təbrik edirəm, Ağalıya qayıtmısınız.

Qadın sakin: Sağ olun, mən də Sizə cansağlığı, uzun ömür arzulayıram ki, bizi gətirib öz yerimizə çıxartdınız, torpağımızı gördük. Torpağımızı azad etmisiniz. Siz torpaqlarımızla bərabər şəhidlərimizin qisasını almısınız, qazilərimiz var. Qazilərimizə Allahdan sağlıq, şəhidlərimizə rəhmət diləyirəm. Onların analarının qarşısında baş əyirəm. Sizin qarşınızda baş əyirəm ki, Ali Baş Komandan kimi onları ətrafınıza toplayıb dünyada görünməyən 44 günlük müharibədə qalib gəlmisiniz. Birinci Qarabağ müharibəsində mənim dayımın oğlu, üzr istəyirəm, həm də kürəkənim 5 il 8 ay müharibədə iştirak etdi. 44 günlük müharibədə könüllü iştirak edən nəvəm qazidir. Allah Sizə cansağlığı versin, ömrünüz uzun olsun. Ağalı camaatı bu dəqiqə startda durub, hamımız bir nəfər kimi. Uşaqdan böyüyə hamı deyir ki, gedirik Ağalıya qurub-yaradaq. Ağalı camaatı zəhmətkeşdir. Mən 28 ildir şəhərdə yaşayıram.

Prezident İlham Əliyev: Harada, Bakıda yaşamısınız?

Qadın sakin: Bəli, Biləcəridə yaşayıram.

Prezident İlham Əliyev: Biləcəridə yataqxanada, yoxsa?

Qadın sakin: Xeyr, öz evimizdə yaşayırıq. Öz torpağımıza gəlməyə hazırıq. Bir arzum var, o gün olsun, bu layihə başa çatdırılsın, Ağalı camaatımız gəlsin kəndə yığışsın. Çünki camaatımız zəhmətkeş adamlardır, bərpa edəcəyik. Sizdən xahiş edirəm ki, ikinci dəfə bu kəndə gələndə mənim evimə gəlib bir stəkan çayımı içəsiniz.

Prezident İlham Əliyev: Yaxşı. Söz verirəm sizə. Mütləq gələcəyəm, açılışa da gələcəyəm və İnşallah, yaxın zamanlarda kənd yenidən qurulacaq. Bilirsiniz ki, birinci bərpa olunacaq kənd Ağalı kəndidir.

Qadın sakin: Bu kənd varlı kənd olub, kolxozu ilə. Mənim belə bir bayatım var:

Mən aşiqəm kəndə gəl,

Mən gəlmişəm, sən də gəl.

Ermənilərin dağıtdığı kəndə baxıb,

Təzə tikilən texnikalı kəndə bax.

Prezident İlham Əliyev: Özü də bu kənd nümunəvi bir kənd olacaq.

Qadın sakin: Bəli, çox sağ olun. Çox şadam ki, Sizinlə burada görüşdüm. Canım mənim, hamınızı bağrıma basıram, öpürəm Sizi.

Prezident İlham Əliyev: Siz nə vaxt çıxmısınız Ağalıdan?

Qadın sakin: 1993-cü ildə çıxmışam və həmişə Siz yumruğunuzu göyə qaldıranda Sizinlə bərabər mən də qaldırmışam, yenə də qaldırıram və deyirəm: Qarabağ bizimdir! Ağalı bizimdir! Zəngilan bizimdir! Gənclərimiz Sizin arxanızdadırlar. Yaşasın Qarabağ! Yaşasın Azərbaycan!

Prezident İlham Əliyev: Sağ olun. Ağalı kəndi oktyabrın 28-də işğalçılardan azad edildi. Bilirsiniz ki, burada Zəngilan uğrunda, bütün kəndlər uğrunda şiddətli döyüşlər gedirdi. Biz qan tökərək bu torpaqları qaytardıq.

Qadın sakin: Bəli, nəvəm də burada döyüşlərdə iştirak edib.

Prezident İlham Əliyev: Düşmənləri qovduq və mən birinci dəfə buraya gələndə, dağıntıları görəndə və maşınla keçəndə dedim ki, görəsən, bu ev kimindi? Çünki o evin bir hissəsi qalmışdı.

Qadın sakin: Bəli, indi də qalır, gördüm.

Prezident İlham Əliyev: Qanunsuz məskunlaşmışdılar, dedim ki, yəqin Ağalı camaatı tanıyar kimin evidir.

Qadın sakin: Bəli, mən qulaq asmışam.

Prezident İlham Əliyev: İndi isə yeni layihə ilə yəqin ki, tanış olmusunuz. Burada 200-dən çox ev, məktəb, uşaq bağçası, poliklinika tikiləcək, iş yerləri yaradılacaq. Bu gün mənə verilən təqdimatda göstərilir ki, böyük ferma - camış ferması yaradılacaq, pendir istehsal ediləcək, burada əkin sahələri nəzərdə tutulub, su elektrik stansiyası olacaq, yəni, bütün şərait. Burada yaşamaq üçün nə lazımdırsa olacaq. Burada tətbiq olunacaq texnologiyaların bir çoxu Azərbaycanda yoxdur. Bu, birinci layihədir, pilot layihədir və əminəm ki, maksimum gələn ilin əvvəlində bütün işlər hazır olacaq. Evlər tikilməlidir, kommunikasiyalar tikilməlidir, ondan sonra iş yerləri yaradılmalıdır, əkin yerləri olmalıdır və burada yaşayacaq insanların hər biri işlə təmin edilməlidir. Mən burada gəncləri də görürəm, onlar yəqin ki, müharibədən sonra dünyaya gəliblər, ya da ki, müharibədən əvvəl.

Qadın sakin: Bir yaşında, yeddi aylığında köçkün düşən uşaqlardır.

Prezident İlham Əliyev: Neçə yaşın var?

Oğlan: Möhtərəm cənab Prezident, mən Sizi kəndimizdə görməyimə çox məmnunam. Mən Zəngilanda doğulan ən son körpələrdənəm, buranı məcburi köçkün kimi tərk edəndə yeddi aylıq olmuşam. Bu gün, 28 ildən sonra ilk dəfədir ki, biz öz dədə-baba torpağımıza qədəm qoyuruq və sevindirici hal ondan ibarətdir ki, cənab Prezident, Sizinlə bir yerdə ayaq basırıq.

Cənab Prezident, biz Sizin siyasətinizi hər zaman dəstəkləmişik. Biz Sizin çıxışlarınızı hər zaman izləmişik, 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş hərbi paradda Sizin çıxışınızda bir ifadə bizim diqqətimizi çəkdi. Siz dediniz ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və tezliklə Şuşada dalğalanan Azərbaycan bayrağı nümayiş üçün Azadlıq meydanına gətiriləcək.

Prezident İlham Əliyev: Bəli.

Oğlan: Cənab Prezident, biz 2020-ci ildə o möhtəşəm Qələbə paradında buna şahidlik etdik. Cənab Prezident, ümumiyyətlə, biz Zəngilan gəncləri daim öz dövlətinə, millətinə, Ali Baş Komandanına sadiq gənclərdir. Ümumiyyətlə, Zəngilan mühüm coğrafi-strateji əhəmiyyətə malik bir rayondur. Zəngilan bizim Naxçıvana keçid qapımızdır. Zəngilan bizim tarixi torpaqlarımız olan Zəngəzura giriş qapısıdır. Zəngilan burada bir çox yolların qovuşuğunda yerləşir. Ümumiyyətlə, Zəngilanda kənd təsərrüfatının inkişafı üçün çox böyük potensial var. Zəngilanda münbit torpaqlar, bol sular, təmiz hava var. Zəngilanda əkib-becərmək üçün hər cür şərait var.

Prezident İlham Əliyev: Zəngilanı görməyib, baxın, görün Zəngilanı necə sevir. Bax, budur Vətən sevgisi. Vətən sevgisi budur.

Qadın sakin: Zəngilan bizim uşaqlıq nağıllarımızdır.

Oğlan: Cənab Prezident, yeri gəlmişkən deyim ki, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bizim hər birimizin evində oldu. Bizimlə ayrıca sorğular keçirildi, orada əhalinin yaş qrupu müəyyənləşdirildi, əhalinin əmək fəaliyyətinin istiqaməti müəyyən olundu. Sizi əmin edirəm ki, o sorğuda iştirak edən hər bir Zəngilan sakini Zəngilana qayıdacağını qeyd edib. Mən əminəm və Sizi də əmin edirəm. Çünki bura bizim dədə-baba yurdumuzdur. Mənim babam uzun illər burada kolxoz sədri işləyib, cənab Prezident. Atam daş ustası olub. Öz əlinin zəhməti ilə bu Ağalı kəndində 30-a yaxın ev inşa edib. Təəssüflər olun ki, erməni vəhşiliyi nəticəsində o evlərdən heç bir əsər-əlamət yoxdur. Ancaq biz kədərlənmirik, əksinə, sevinirik ki, bu gün “ağıllı kənd” layihəsinə start verilir və ikiqat sevinirik ki, bu layihə məhz bizim kəndimizdən başlayır. Bunun üçün Sizə ikiqat təşəkkür edirik, cənab Prezident, var olun.

Cənab Prezident, biz həmişə oktyabr ayında hüznlə bir yerə toplaşırdıq, Zəngilanın işğal gününü qeyd edirdik. Amma bu ildən etibarən biz oktyabr ayında qələbə gününü, bayram gününü qeyd edəcəyik. Əminəm ki, Siz də bizimlə bir yerdə Ağalı kəndində bayram şənliklərində iştirak edəcəksiniz. Var olun, cənab Prezident, təşəkkür edirəm.

Prezident İlham Əliyev: Mütləq. Bundan sonra oktyabr ayı zəngilanlılar üçün ancaq bayram ayı olacaq. Çünki həm Ağalı kəndi, həm Zəngilan şəhəri oktyabr ayında azad edildi. Bu gəncin sözlərinə qulaq asaraq bir daha görürük ki, Azərbaycan xalqının nə qədər güclü iradəsi və öz doğma torpağına bağlılığı var. Ermənilərin aləmində əsas ümidverici amil o idi ki, bizim camaat bu yerləri unudacaq, yaşlı camaat unudacaq, sonra vaxt keçəcək yaşlı camaat təbii olaraq həyatdan gedəcək. Gənclər, başqa şəraitdə böyüyüb başa çatan insanlar isə heç vaxt buraya qayıtmaq istəməyəcəklər. Bax, bu, onların böyük səhvi idi. Çünki biz qəlbində güclü Vətən sevgisi olan bir gənc nəsil tərbiyə edib yetişdirdik. Hətta buranı görməyən hər bir gənc, - indi sən görməmisən buraları, sən də görməmisən, - bir arzu ilə yaşayıb ki, qayıtsın öz doğma torpağına, ədalət bərpa olunsun və artıq biz bunu görürük. Ağalı kəndi heç bir il keçmədən yenidən qurulacaq, - yəqin ki, siz maketlərdə görmüsünüz, layihə ilə tanış olmusunuz, - dünyanın bəlkə də ən mütərəqqi kəndlərindən birinə çevriləcək.

Kişi sakin: Ona görə Sizə minnətdarıq, cənab Prezident, çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Siz də burada yaşamısınız?

Kişi sakin: Bəli, hazırda Sumqayıtda məskunlaşmışıq.

Qadın sakin: Mənim nəvəm Bakıda anadan olub. Ancaq hərbi xidmətini qurtarandan sonra özü gəlmişdi buraya. Gəlib Füzulinin kəndindən zəng etmişdi ki, məndən nigaran olmayın, amma Şuşada imiş. Yəni, demək istəyirəm ki, o uşaq burada anadan olmasa da, buranın havası, buranın torpağı, danışdığımız nağıllar o uşağı çəkib buraya gətirdi. Şükür Allaha sağ-salamatdır, Allah-Təala qazilərimizə də şəfa versin. Mehriban xanım Sizin sayənizdə qazilərimiz xaricdə müalicə alırlar, onlara köməklik göstərirsiniz.

Prezident İlham Əliyev: Zəngilan çox səfalı yerdir, gözəl yerdir. Dağları, çayları, meşələri.

Kişi sakin: Bizim kəndimizə dəyər verdiyinizə görə, cənab Prezident, Sizə çox minnətdarıq. Allah Sizdən razı olsun.

Qadın sakin: Allah Sizə cansağlığı versin. O körpə uşaq ki var, Siz bir ana kimi ona qayğı göstərdiniz, Sizə minnətdarıq, çox sağ olun.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun.

Kişi sakin: Bunlar hamımızın ürəyindən gələn sözlərimizdir.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Biz həmişə Sizin arxanızda durmuşuq.

Prezident İlham Əliyev: Gəlin indi birlikdə təməl daşını qoyaq. Böyük qayıdış bu gün başlayır.

Kişi sakin: İnşallah.

X X X

Daha sonra Prezident İlham Əliyev Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoydu.

Prezident İlham Əliyev: “Ağalı kəndində “Ağıllı kənd” layihəsinin təməl daşı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulmuşdur. Qarabağ Azərbaycandır!”. Həmin bu yazı gilizdədir.

Kişi sakin: Qoy hamının burada zəhməti olsun.

Prezident İlham Əliyev: Əlbəttə, bu, tarixdir. Kişilər özlərini qabağa verirlər.

Qadın sakin: Xeyirli, uğurlu olsun.

Prezident İlham Əliyev: Burada da abidə ucaldılacaq.

Kişi sakin: Cənab Prezident, buraya gəlməyən sakinlər də bizə tapşırdılar ki, Sizə təşəkkür edək. Çox sağ olun ki, bizim kəndə bu cür dəyər verdiniz.

Prezident İlham Əliyev: Sağ olun məndən də onlara salam söyləyin. Kənd hazır olanda bir də gələcəyik.

Qadın sakin: Mütləq bizə gəlin.

Birinci xanım Mehriban Əliyeva: Mən də istəyirəm.

Prezident İlham Əliyev: Hə, əlbəttə. Sən yaddan çıxdın. Leyla sən də gəl.

Qadın sakin: Bu həyəcanı bizə yaşatdığınız üçün sağ olun. 70 yaşım var özümü 15 yaşda hiss edirəm. O qədər cavanlaşdırdınız ki.

Birinci xanım Mehriban Əliyeva: Göyərçinlər indi uçmalıdır. Çəkin şəkilini

Prezident İlham Əliyev: Eybi yoxdur bir azdan uçacaqlar.

Kişi sakin: Cənab Prezident, mən bu kənddə doğulmuşam amma burada olmamışam.

Prezident İlham Əliyev: Gələn ilin əvvəlində, inşallah, bir də görüşəcəyik, Ağalı kəndinin bütün camaatı ilə.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

02.10.2026 / 07:35
Napoleon Bonapartın generalına göndərdiyi şifrəli məktub deşifrə edildi - 217 il sonra…

02.10.2026 / 07:30
Zəfər xronikası - 2 oktyabr 2020-ci il: Prezident İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib - FOTO

02.10.2026 / 07:25
ABŞ Səudiyyədəki neft-qaz obyektlərini “Patriot”la qoruyacaq

02.10.2026 / 07:01
Putinin ömrünü uzadan layihəyə 216 milyon büdcə vəsaiti ayrıldı - digər səhiyyə xərcləri 17 faizin altında…

02.10.2026 / 06:51
Pentaqon Yaxın Şərqə 3-cü aviadaşıyıcı zərbə qrupunu göndərir

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ